Nöqtələr
●“Sulalə” dedikdə cövhər, “ələqə” dedikdə laxta qan, “muzğə” dedikdə bir parça sümüksüz ət nəzərdə tutulur.
●İmam Baqir (ə) buyurur: “Yeni yaranış dedikdə ruhun bədənə üfürülməsi nəzərdə tutulur.”1
●İmam Rzanın (ə) buyruğuna əsasən, “ən üstün yaradan” dedikdə Allahın başqalarına da yaratmaq qüdrəti verməsi nəzərdə tutulur. Məsələn həzrət İsa Allahın istəyi ilə yaradırdı.”2
●Allahın ən üstün yaradan olmasının bir çox dəlilləri var: Onun xaliqliyi daimidir, bu yaranış xüsusi bir əşya ilə məhdudlaşmır, bu işdə çeşidlilik sonsuzdur, ən sadə şeydən ən mürəkkəbi yaradılır, ilkin maddə özündəndir, Allah yaratdığı vaxt təqlid etmir, bu yaradılışda peşmanlıq və tərəddüd yoxdur, yaranış Allahın mərhəmətinə əsaslanır və bütün yaranışlar məqsədlidir, Onun yaratdıqları varlıq nizamına uyğundur.
Dostları ilə paylaş: |