Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə13/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

Bildirişlər


1. Allah heç bir ümməti məktəbsiz qoymur.

2. Din Allah tərəfindən olmalıdır.

3. Xalq ilahi yolda qədəm götürməlidir.

4. Təbliğatçının vəzifəsi ümmətin hidayəti və bu yolda sabitqədəmlikdir.

5. Doğru yol peyğəmbərlərin yoludur.

6. Müxaliflərin təzyiqləri, düşmənçiliklərinə cavab üçün həqiqi rəhbərlərdən güc almaq lazımdır.

7. Başqalarının doğru yola çağırışını öhdəsinə götürmüş kəs özü haqq yolda olmalıdır.1


Ayə 68:


﴿وَإِن جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ﴾

Əgər (kafirlər) səninlə mübahisəyə başlasalar, onlara de ki, Allah sizin əməllərinizdən daha çox agahdır.”


Ayə 69:


﴿اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

Allah Qiyamət günü aranızdakı ixtilaflar barəsində mühakimə aparacaq.”



Bildirişlər


1. Allah Öz peyğəmbərinə təsəlli verib onu məlumatlandırır.

2. Peyğəmbərlər hətta möcüzə və məntiq vasitəsi ilə də inadkar fərdləri razı sala bilmirdilər.

3. Allahın zikri və işlərin Ona həvaləsi ən üstün aramlıq vasitəsidir.

4. İnadkar və höcətkeş fərdlərlə ağız-ağıza verməyin.

5. Qiyamətdə hökm verən hər şeyə şahid və hər şeydən agah olan Allah-təaladır. (Kamil mühakimənin kamil elmə ehtiyacı var.)

6. Allahın elm və mühakiməsinə iman möminləri arxayınlaşdırır, kafirləri hədələyir.

7. Qiyamətə iman ixtilaf və çəkişmələrin qarşısını almaq üçün ən üstün vasitədir.

8. Haqq və batil cəbhələri arasındakı döyüşün uzun tarixi var.


Ayə 70:


﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاء وَالْأَرْضِ إِنَّ ذَلِكَ فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ﴾

Bilmirsənmi ki, Allah yerdə və göydə olanları bilir? Bütün bunlar Kitabdadır və bu, Allah üçün asandır.”



Bildirişlər


1. Allah bütün varlıq aləmindən tam xəbərdardır.

2. Allahın elmi bir kitabda vardır. (Və ya sizin gördüyünüz işlər (əvvəlki iki ayədə qeyd olunanlar) kitabda təsbit olunmuşdur.)

3. Allah üçün bütün işlərdən xəbərdar olmaq və onları kitabda qeydə götürmək asandır.

Ayə 71:


﴿وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُم بِهِ عِلْمٌ وَمَا لِلظَّالِمِينَ مِن نَّصِيرٍ﴾

Kafirlər Allahdan qeyri elə bir şeyə pərəstiş edirlər ki, onun haqqında heç bir dəlil göndərilməmişdir. Kafirlərin onun haqqında heç bir məlumatı yoxdur. Sitəmkarlara heç bir yardımçı tapılmaz.”



Nöqtələr


●Müşriklər elə düşünürdülər ki, Allah bəzi əşyalara, bütlərə tədbir tökmək gücü vermişdir, amma özü onların fövqündə dayanır. Onların nəzərincə, varlıq aləmini tanrılar idarə edirdi. Allahı isə tanrıların tanrısı kimi tanıyırdılar. Bu ayədə isə buyurulur ki, Allah sizin xəyali məbudlarınızın heç birinə qüdrət verməyib, varlıq aləmi yalnız Onun tərəfindən idarə olunur.

●Ola bilsin ki, ayədə “sultan” (sultə, hakimiyyət) dedikdə elmi dəlillər nəzərdə tutulmuşdur. Yəni müşriklərin üz tutduğu məbudlar və bütlər haqqında Allah tərəfindən heç bir elmi və məntiqi dəlil, vəhy nazil olmamışdır.


Bildirişlər


1. İnsanı ya Allah göstərişi, ya ağıl və biliyi, ya da ilahi yardıma ümidi pərəstişə sövq edir.

2. Vəhyə əsaslanmayan, elmi dəlili olmayan pərəstiş zülümdür.


Ayə 72:


﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنكَرَ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكُمُ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا وَبِئْسَ الْمَصِيرُ﴾

Aşkar ayələrimiz onlara oxunan vaxt küfrə uğrayanların çöhrəsində qəzəb görərsən. Onlar az qalır ayələrimizi oxuyanlara hücum edələr. De ki, sizə bundan da pisini xəbər verimmi? Bir od ki, Allah kafirlərə vəd etmişdir və necə də pis aqibətdir.”



Nöqtələr


●“Yəstunə” sözü hücum mənasını bildirir.

●Küfrlə imanın mübarizəsində kafirlər mənəvi mərkəzləri və şəxsiyyətləri hədəfə alırlar. Onlar bəzən ibadət mərkəzlərinə də hücum çəkir.1


Bildirişlər


1. Kafirlər daim inkar mövqeyindədirlər.

2. Allah kafirlərə höccəti tamamlayır, yetərli dəlillər gətirib bəhanələri kəsir.

3. Höccət və dəlillər aydın olmalıdır.

4. Kafirlərin kin-küdurəti gizli qalmaz.

5. Qəlbin inkarı cismə təsir göstərir.

6. Əlində dəlil olmayan fərd zora əl atır. Zor, məntiqdə acizlik nişanəsi sayılır.

7. Din təbliğatçıları və ardıcılları özlərini müxaliflərdən müdafiəyə hazırlasınlar.

8. Dinin aşkar təbliğatı kafirlərin canı üçün bir oddur.

9. İnadkar insanlara xəbərdarlıq edərkən cəhənnəmi xatırladın.

Ayə 73:


﴿يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ لَن يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِن يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ﴾

Ey insanlar! Bir məsəl çəkilib, onu dinləyin. Həqiqətən, Allah əvəzinə çağırdıqlarınız əl-ələ versələr , heç vaxt bir milçək belə yarada bilməzlər. Əgər həmin milçək onlardan bir şey oğurlasa, apardığını geri ala bilməzlər. İstəyən də, istənilən də acizdir.”



Ayə 74:


﴿مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ﴾

(Müşriklər) Allahı layiqincə böyük tutmadılar. Şübhəsiz, Allah qüvvət və izzət sahibidir.”



Bildirişlər


1. Müraciət qarşı tərəfin halına uyğun olmalıdır. (Müşriklərin səviyyəsinə uyğun olaraq onlara “ey insanlar” deyə müraciət olunur.)

2. Təbliğdə öncə qarşı tərəfi dinləməyə hazırlayaq, sonra sözə başlayaq.

3. Quran misallarına lazımınca diqqət yetirək.

4. Əgər insanlar bütün güclərini işə salsalar, ən kiçik canlı varlığı yarada bilməzlər.

5. Ən xırda yaranmışı da kiçik saymayaq.

6. Milçək qarşısında aciz qalan kəs ibadətə layiq deyil.

7. Müşriklər Allahı qəbul edirdilər, amma ondan başqalarına da əyilirdilər.

8. Başqalarından yardım diləmək insanı şirkə aparır. Allahdan qeyrilərini kənara qoymaq, yalnız Onun sorağınca getmək lazımdır. Qüdrət və izzət Allaha məxsusdur.


Ayə 75:


﴿اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ﴾

Allah mələklər və xalq arasından elçilər seçər. Həqiqətən, Allah eşidən və görəndir.”


Ayə 76:


﴿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَإِلَى اللَّهِ تُرْجَعُ الأمُورُ﴾

(Allah) onları öndə gözləyəni və başlarına gələnləri bilir. Bütün işlər Allaha doğru qayıdasıdır.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin