Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə16/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

Nöqtələr


●“Firdovs” dedikdə bağça, behiştin ən yaxşı yeri nəzərdə tutulur.1 Bu söz “cənnət” sözünün yerinə işləndiyindən, o, qadın cinsini bildirən işarə əvəzliyi ilə işlədilmişdir.

●İmam Sadiq (ə) istimna (özündən sperma xaric etmək) hökmü ilə bağlı suala 7-ci ayəni tilavət etməklə cavab vermişdir.2


Əmanətin əhəmiyyətini göstərən rəvayətlər


–Xalqın namaz, oruc, həccinə yox, sədaqət və əmanətdarlığına fikir verin.3

–Həzrət Peyğəmbər (s) ömrünün son anlarında Həzrət Əliyə (ə) buyurdu: “Əmanət sahibi istər xeyirxah olsun, istər günahkar, əmanət istər dəyərli olsun, istər dəyərsiz, istər sap qədərində olsun, istər parça və ya libas, əmanəti sahibinə qaytar.”4

–Bütün maddi və mənəvi nemətlər ilahi əmanətdir. (İmam Rahil buyurmuşdur: “İslam respublikası ilahi əmanətdir.)

–Qurani-Kərim əmanətdar olan bəzi kitab əhlini tərifləmişdir: “Kitab əhlindən bəzisinə böyük miqdarda malı əmanət tapşırsan, onu sənə necə varsa elə qaytararlar.”1


Bildirişlər


1. Qanunun pozulması Allahın təyin etdiyi hədlərə təcavüzdən ibarətdir.

2. Günah sorağınca getmək də günahdır.

3. Mömin vədinə vəfa qılır. Vədə xilaflıq imanın zəifliyini göstərir.

4. Əməldə vəfa qıla bilməsək də əhd-peymana riayət etmək lazımdır.

5. Möminlərin siması tanıtdırılarkən əvvəldə və sonra namazın adı çəkilir. Bu təkrar namazın əhəmiyyətini göstərir.

Ayə 12:


﴿وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ﴾

Həqiqətən, Biz insanı sıxılmış torpaqdan yaratdıq.”


Ayə 13:


﴿ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ﴾

Sonra onu nütfə şəklində möhkəm bir yerdə qərar verdik.”


Ayə 14:


﴿ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ﴾

Sonra nütfədən laxta qan yaratdıq. Laxta qanı bir parça ət etdik. Ət parçasını sümüklər şəklinə gətirdik. Sümüklərə ət geyindirdik. Sonra ona yeni bir yaranış verdik. Yaradanların ən üstünü olan Allah təzimə layiqdir.”



Nöqtələr


●“Sulalə” dedikdə cövhər, “ələqə” dedikdə laxta qan, “muzğə” dedikdə bir parça sümüksüz ət nəzərdə tutulur.

●İmam Baqir (ə) buyurur: “Yeni yaranış dedikdə ruhun bədənə üfürülməsi nəzərdə tutulur.”2

●İmam Rzanın (ə) buyruğuna əsasən, “ən üstün yaradan” dedikdə Allahın başqalarına da yaratmaq qüdrəti verməsi nəzərdə tutulur. Məsələn həzrət İsa Allahın istəyi ilə yaradırdı.”3

●Allahın ən üstün yaradan olmasının bir çox dəlilləri var: Onun xaliqliyi daimidir, bu yaranış xüsusi bir əşya ilə məhdudlaşmır, bu işdə çeşidlilik sonsuzdur, ən sadə şeydən ən mürəkkəbi yaradılır, ilkin maddə özündəndir, Allah yaratdığı vaxt təqlid etmir, bu yaradılışda peşmanlıq və tərəddüd yoxdur, yaranış Allahın mərhəmətinə əsaslanır və bütün yaranışlar məqsədlidir, Onun yaratdıqları varlıq nizamına uyğundur.


Bildirişlər


1. Keçmişin və zəifliklərin yada salınması, Allahın qüdrət və lütfünə diqqət imanın güclənməsi və daha çox ibadət üçün zəmindir.

2. İnsanın yaranışı bir neçə mərhələdə gerçəkləşmişdir.

3. Ana müxtəlif hərəkətlər etsə də, onun bətni övlad üçün ən etibarlı yerdir.

4. Yaranışın bütün mərhələləri Allahın nəzəri altda həyata keçir.

5. İnsanın dəyəri onun ruhundadır.

6. İnsanın özünü tanıması onun Allahı tanıması üçün müqəddimədir.


Ayə 15, 16:


﴿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ﴾

Sonra heç şübhəsiz ölərsiniz, Qiyamət günü ayağa qaldırılarsınız.”



Nöqtələr


●Allah bu ayələrdə ölümü labüd sayır. Bu məqamda Əmirəl-mömininin (ə) kəlamını yada salmaq yerinə düşər: “Əgər dünyada həmişəlik qalmaq və ölümdən qurtarmaq üçün bir kəs çarə axtarsa o, Davud oğlu Süleyman ola bilər ki, cin və insana hakim idi. Bundan əlavə peyğəmbərliyə, böyük məqama malik idi... Lakin bununla belə yoxluq kamanları ölüm oxları ilə onun həyatına son qoydu.”1

●Ötən ayədə insanın təkamül yolu bəyan olundu və Allah özünə «əhsən» söylədi. Bu iki ayədə isə təkamülün ölümdən sonrakı axır mərhələləri bəyan olunur.


Bildirişlər


1. Ölüm yox olmaq deyil, təkamülün növbəti mərhələsidir.

2. Ölüm qaçılmaz bir taledir.

3. İnsan məqsədli yaradılmışdır.

4. Ölümlə Qiyamət arasında yetərincə uzun fasilə var.


Ayə 17:


﴿وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ﴾

Həqiqətən, Biz sizin başınız üstə yeddi yol (yeddi səma) yaratdıq və Biz xilqətdən (varlıq aləmindən) xəbərsiz deyildik.”



Nöqtələr


●«Təraiq» kəlməsindən məqsəd ya mələklərin keçib getdiyi yol, ya digər planetlərin hərəkət istiqaməti və orbiti və yaxud da bir-birinə yolları olan yeddi göydür.

●Ötən ayələrdə insanın, bu ayədə göylərin yaranışından danışılır.


Bildirişlər


1. Allah həm xaliqdir, həm də nəzərdə saxlayan. (Aləm Allahın hüzurundadır.)

2. Yaradılış və varlıq aləminin idarəsi üçün daimi müdiriyyətə ehtiyac var.


Ayə 18:


﴿وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ وَإِنَّا عَلَى ذَهَابٍ بِهِ لَقَادِرُونَ﴾

Səmadan müəyyən qədər su nazil etdik. Ona yer üzündə yer verdik. Həqiqətən, Biz onu aparmağa qadirik.



Bildirişlər


1. Allah nemət verməyə və neməti geri almağa eyni dərəcədə qadirdir.

2. Yağış damlalarının hesabı var. (Yağış təsadüfi təbii hadisə deyil.)

3. Su hövzələrinin yaranışı ilahi lütfdür və Allahın Öz məxluqundan xəbərdar olduğunu göstərir.

4. Allah hadisələrə hakimdir.

5. Nemətlərin daimi olduğunu düşünməyək.

Ayə 19:


﴿فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَّكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ﴾

Onun (suyun) vasitəsi ilə sizin üçün xurma və üzümdən ibarət bağlar yaratdıq. Həmin bağlarda sizin üçün bol meyvələr var və onlardan yeyirsiniz.”


Ayə 20:


﴿وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَاء تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْآكِلِينَ﴾

Sina dağında cücərən bir ağac, yeyənlər üçün yağ və yavanlıq bara gətirər.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin