Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə17/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

Bildirişlər


1. Su nəbatat aləmi üçün həyat qaynağıdır.

2. Ağaclar və otlar insanların istifadəsi üçün yaradılmışdır.

3. Meyvələr arasında xurma və üzüm kimi nemətlərin ayrı yeri var.

4. Hikmət sahibi olan Allah insanların maddi ehtiyaclarını təmin etmişdir.

5. Allah insanların istifadə etdiyindən daha artıq yaradır.

6. Allahın yaratdığı hər bir şey faydalı və bərəkətlidir. (Harada zərər varsa səbəbkar insandır. “Nəhl” surəsinin 67-ci ayəsində buyurulur: “Siz ondan şərab hazırlayırsınız.”)

7. Hər məntəqə müəyyən bir qrup ağac və ot üçün münasibdir.

8. Bəzi torpaqlar mənəvi və maddi baxımdan bərəkətlidir. (Sina dağı vəhyin nazil olduğu və zeytun ağaclarının cücərdiyi məhəldir.)

9. Zeytun yağı ilahi nemətlərdən biridir.

Ayə 21:


﴿وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً نُّسقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ﴾

Həqiqətən, dördayaqlılarda sizin üçün ibrət var. Onların qarnında olandan (süddən) sizə içirərik. Onlarda sizin üçün böyük faydalar var və onlardan (onların ətindən) yeyirsiniz.”


Ayə 22:


﴿وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ﴾

Onlara və gəmilərə süvar olursunuz.”



Bildirişlər


1. Dördayaqlılar insan üçün yaradılmışlar.

2. Heyvanların əbəs yaradıldığını düşünməyək. Torpaqdan dəmiri ayırmaq üçün yüzlərlə mütəxəssisə və alətə ehtiyac var. Amma Allah-təala otdan süd çıxarır. O elə bu qüdrətlə də insanları torpağın köksündən bayıra çıxarasıdır.

3. Süd Quranın qeyd etdiyi nemətlərdəndir.

4. Meyvələr və bitki yağları heyvan mənşəli qidalardan öndə gəlir.

5. Süd, ət və minik heyvanların mənafelərinin bir hissəsidir. Süd məhsulları, yağ, konserv, sap-ip istehsal edən müəssisələr heyvandarlıq sayəsində fəaliyyət göstərir və milyonlarla insan üçün iş yeri açılır.

6. Sərnişin və yük daşınmasında gəmiçiliyin rolunu lazımınca qiymətləndirək.


Ayə 23:


﴿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ﴾

Həqiqətən, Nuhu öz qövmünə doğru göndərdik. Onlara dedi: “Ey mənim qövmüm, (bir olan) Allaha pərəstiş edin. Sizin üçün Ondan savay məbud yoxdur. Qorxmursunuzmu?”



Nöqtələr


●Allah ötən ayələrdə insanın yaranışından və onun ehtiyaclarının təmini üçün nəzərdə tutulmuş maddi nemətlərdən danışdı. Bu ayələrdə isə düşüncə ehtiyaclarının təminindən söz açılır.

Bildirişlər


1. Dini təbliğatda xalqa məhəbbətlə müraciət edin.

2. Peyğəmbərlərin ilkin vəzifəsi tövhidə dəvətdir. (Təbliğdə əsas məsələlərə diqqət yetirin.)

3. İnsanın batinində pərəstiş ruhu var. Peyğəmbərlər isə pərəstiş nümunələrini bəyan edir.

4. Allahdan qeyrisinin sorağınca getmək özünü təhlükəyə atmaqdır.


Ayə 24:


﴿فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاء اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَذَا فِي آبَائِنَا الْأَوَّلِينَ﴾

Onun qövmünün küfrə uğramış başçıları dedilər: “Nuh yalnız sizin kimi bir insandır və sizin üzərinizdə üstünlük əldə etmək istəyir. Əgər Allah sizə peyğəmbər göndərmək istəsəydi, hökmən mələkləri göndərərdi. Biz bunu ata-babalarımız arasında görməmişik.”



Bildirişlər


1. Peyğəmbərlərə müxalifət cəbhəsində başçılar, əyanlar ön cərgədə dayanırdı.

2. İnsanın daxilində özünə sevgi hissi var. (Başqalarının ondan üstünlüyü insanı narahat edir.)

3. Üstünlük böhtanı kafirlərin təbliğat vasitələrindəndir.

4. Təkəbbürlü insan Allah üçün də vəzifələr müəyyənləşdirir.

5. Kafirlər əslində kamillik olan bir səciyyəni nöqsan sayırlar. (Peyğəmbərlərin üstün olması onlar üçün nöqsan yox, kamillikdir.)

6. Düzgün məntiq qarşısında tarixə, ata-babalara, milli ənənələrə istinad edib mövqeyinizi müdafiə etməyin.


Ayə 25:


﴿إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّى حِينٍ﴾

O yalnız ağlını itirmiş bir adamdır. Ona qarşı bir müddət səbir edin.”



Ayə 26:


﴿قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ﴾

Nuh dedi: “Pərvərdigara! Onların təkzibi qarşısında bizə yardım buyur.”



Bildirişlər


1. Keçmişdəkilərin tarixindən xəbərdarlıq insanlar üçün təsəlli olur. (“Ey peyğəmbər! Əvvəlki peyğəmbərləri də dəli sayırdılar.)

2. Bəziləri özü yüksələ bilmədiyindən böyüklərin məqamını alçaltmağa çalışırlar.

3. Qürur və inadkarlıq ən ağıllı insanların dəli adlandırılmasına səbəb olur.

4. Küfr başçıları peyğəmbərlərin dəvətini onların ruhi sarsıntısı kimi qələmə verirdilər.

5. Böhtan və təhqirlərə qarşı ən güclü vasitə təvəkkül və duadır.

6. Allahdan yardım istəyində məqsəd fərdin fərdə yox, imanın küfrə qələbəsidir.


Ayə 27:


﴿فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاء أَمْرُنَا وَفَارَ التَّنُّورُ فَاسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُم مُّغْرَقُونَ﴾

Nuha vəhy etdik ki, Bizim nəzarətimiz altında və vəhyimizə əsasən gəmi düzəlt; elə ki, (qəzəb) fərmanımız gəldi və təndir qaynadı, hər heyvandan bir cüt (erkək və dişi) və öz əhlini gəmiyə mindir. Yalnız öncədən haqqında danışılan kəs istisnadır; zalımlar haqqında Mənimlə danışma (onlar üçün şəfaət istəmə), onlar hökmən qərq olasıdırlar.”



Nöqtələr


●İmam Baqir (ə) buyurur: “Həzrət Nuh 950 il aşkar və gizli şəkildə xalqı tövhidə dəvət etdi. Nəhayət, Allah buyurdu ki, sənə iman gətirənlərdən qeyrisi boyun əyməyəcək. Nuh dedi: “Onların nəsli də hidayət olası deyil.”1 Sonda Allah gəmi düzəltmək göstərişi verdi.2

Bildirişlər


1. Peyğəmbərlərin duası qəbuldur.

2. Sənət ilahi bir ilhamdır.

3. İlahi yardım istəyi insanın təlaşlarına mane olmur. Peyğəmbərlər dua ilə yanaşı iş də görürdülər.

4. Təhqir olunmuş insanları himayə edək. (Xalq səni divanə sayır, amma sən Bizim himayəmizdəsən.)

5. Əgər bütün işlərimizi vəhyə uyğun qursaq, müvəffəq olarıq.

6. Allahın iradəsi ilə qaynar təndirdən su çıxır.

7. Heyvanların nəslini kəsilməyə qoymayın.

8. Yolunu azan insan peyğəmbərin ailə-övladı olsa da ilahi qəzəbə gəlir.

9. Şəfaət hər yerdə fayda vermir. Peyğəmbərlərin şəfaətinə yalnız Allahın izni ilə nail olmaq mümkündür.

10. Müşrik zalımdır.

11. Zülmün sonu həlakətdir.

12. Bəzən həyat qaynağı olan su ölüm gətirir.



Ayə 28:


﴿فَإِذَا اسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ﴾

Sən və yoldaşların gəmiyə süvar olduğunuz vaxt de ki, həmd-səna bizi sitəmkar qövmün əlindən qurtaran Allah üçündür.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin