Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə20/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

Nöqtələr


●Qurani-Kərimdə “kulu” (yeyin) ilə yanaşı digər göstərişlər də zikr olunmuşdur. Məsələn: «yeyin və Allaha şükür edin»2; «yeyin və yedirin»3; «yeyin və israf etməyin»4.

●Həzrət Peyğəmbər (s) uyğun ayə ilə bağlı buyurmuşdur: “Həzrət İsa anası Məryəmin toxuduğu ipin qazancı ilə dolanırdı.”5

●İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Pak qida dedikdə halal qida nəzərdə tutulur.”6

Hədisdə oxuyuruq: “Allah bir tikə haram yeyənin ibadətini qəbul etməz.”7


Bildirişlər


1. Peyğəmbərlər də qidadan, təbii nemətlərdən bəhrələnirlər.

2. Xalqı haqqa dəvət etmək üçün öncə onların maddi dolanışığı barədə düşünək.

3. Bütün ilahi dinlər rahiblik, guşənişinlik və riyazətlə müxalifdir. (İsanın adı çəkildikdən sonra “yeyin” göstərişinin gəlməsində məqsəd məsihilikdə özünə yer almış rahibliyin qarşısının alınması ola bilər.)

4. Yediyiniz vaxt iki mühüm şərti unutmayın: Qidanın halallığı və paklığı.

5. Qidalanma da nəfs istəklərinə əsaslanmamalı, məqsədli olmalıdır.

6. Qarına münasibətdə iffət əməldə təqva ilə yanaşıdır.

7. İnsan halal və pak qidalanma sayəsində saleh əməl üçün tövfiq (ilahi yardım) əldə edir.

8. Halal və pak qida, saleh əməl bütün ilahi dinlərdə diqqət mərkəzindədir.

9. Əgər halal yeyib saleh işlər görməsəniz, bilin ki, Allah peyğəmbərlərlə də hesab aparasıdır.

Ayə 52:


﴿وَإِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ﴾

Əlbəttə, sizin bu ümmət vahid bir ümmətdir və Mən sizin Rəbbinizəm. Belə isə, məndən qorxun.”


Ayə 53:


﴿فَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ﴾

Amma insanların işi onların arasında pərakəndəliyə apardı. Hər dəstə bir yolla getdi. Hər firqə özündə olana sevindi.”


Nöqtələr


●“Zubur” dedikdə heyvanın ayrıca yığılmış tükü nəzərdə tutulur. Sonralar bu söz ayrıca toplanmış hər cüzə aid edilmişdir.1

Bildirişlər


1. Dini və ilahi dünya görüşünə əsasən əslində bütün ümmətlər vahid bir ümmətdir. Çünki:

–Bütün ilahi peyğəmbərlərin dəvət üsulu eynidir;

–İnsanların fitri, ruhani və fiziki ehtiyacları eynidir;

–Hamının Yaradanı və Rəbbi eynidir.

2. Təqva və haramlardan uzaqlıq Rəblik məqamına layiqdir.

3. Təfriqə tarixi keçmişi olan böyük bəladır.

4. Təfriqə yaratmaq təqvasızlıqdır.

5. Təfriqənin əsası insanlardakı eqoistlikdir.


Ayə 54:


﴿فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّى حِينٍ﴾

Onları bir müddət (ölüm və əzab vaxtı çatanadək) cəhalət və qəflət içində burax.”


Ayə 55:


﴿أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ﴾

Yoxsa güman edirlər ki, onlara mal və övlad verməyimizin səbəbi...”



Ayə 56:


﴿نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ﴾

Onlara xeyir verməyə tələsməyimizdir? (Qətiyyən belə deyil,) onlar anlamırlar (ki, mal və övlad imtahan vasitəsidir.)”



Nöqtələr


●“Ğəmrə” dedikdə qərq olmaq mənası anlaşılır. Burada Məkkə əhlinin yersiz təəssübə qərq olması nəzərdə tutulur.

Bildirişlər


1. Azğınlığın ən pis növü insanın Allah tərəfindən özbaşına buraxılmasıdır.

2. İxtilaf və təfriqə ölüm girdabı, Allah və Onun rəsulunun qəhr-qəzəb səbəbidir.

3. İnsan özü özünə bədbəxtlik quyusu qazır.

4. Təfriqəçi azğınlara böyük möhlət verilməyib və ilahi qəhr-qəzəb onların intizarındadır.

5. Sərvət sahibləri əsassız yerə təhlil edirlər. Var-dövlət, ailə-övlada aldanan bu zümrə özünü Allaha yaxın sayır.

6. Yalnız mal və övlad əsasında dəyərləndirmə şüursuzluq nişanəsidir.


Ayə 57:


﴿إِنَّ الَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ﴾

Həqiqətən, o kəslər ki, Rəblərinin qorxusundan titrəyərlər...”


Ayə 58:


﴿وَالَّذِينَ هُم بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ﴾

O kəslər ki, Rəblərinin ayələrinə iman gətirmişlər...”


Ayə 59:


﴿وَالَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ﴾

Rəblərinə şərik qoşmazlar...”



Nöqtələr


●“Xəşyət” dedikdə elm və agahlıqdan yaranan qorxu nəzərdə tutulur. Məhəbbət və ehtiram qatqılı qorxu isə “işfaq” adlanır. Xəşyət daha çox qəlbə, işfaq daha çox əmələ aiddir. Ayədə bildirilir ki, möminlər və xeyir işə tələsənlər qəlblərində ilahi əzəmətdən doğan qorxu olanlardır. Onlar əməldə haramlardan çəkinir və həya edirlər.

Bildirişlər


1. Agahlıqdan doğan qorxu və Allahın əzəmətinə diqqət inkişaf qaynağıdır.

2. Allahın nazil etdiyi hər bir qanuna iman, çeşidli şirklərdən uzaqlıq bizim daimi vəzifəmizdir.


Ayə 60:


﴿وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوا وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ﴾

O kəslər ki, sonda Rəblərinə doğru qayıdacaqlarından qorxan halda (mallarından Allah yolunda) əta edərlər.”



Nöqtələr


●“Vəcil” dedikdə iztirab və nigarançılıq nəzərdə tutulur.

●İnsanın mənəvi təkamülü bir neçə mərhələdə gerçəkləşir: xəşyət gətirən elm və agahlıq, dərk olunanlara dərin və daimi iman, istər məxfi, istər aşkar, hər növ şirkdən uzaqlıq, Allahın verdiklərindən infaq etmək, qürrələnməmək və Qiyamət sorğusuna görə narahat olmaq.


Bildirişlər


1. Etdiyimiz infaqlara görə qürrələnməyək.

2. Mömin Qiyamət günü Rəbbinin hüzurunda dayanacağına görə qorxur.


Ayə 61:


﴿أُوْلَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ﴾

Belələri xeyir işə tələsər. Xeyir işdə bir-birindən önə keçən onlardır.”



Nöqtələr


56-cı ayədə bəyan olundu ki, bəziləri mal və övladı xoşbəxtlik səbəbi, xeyir nişanəsi sayır. Amma bu ayədə buyurulur ki, xeyir onların düşündüyü yox, elm, iman, ixlas, qorxu və xəşyətlə müşayiət olunan infaqdır.

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin