Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə23/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

Bildirişlər


1. Məlumat və tanışlıq yolları Allahın böyük nemətlərindəndir.

2. İnsan təkcə hiss üzvləri ilə məlumat əldə etmir. Bu işdə onun qəlbi də rol oynayır.

3. Nemət verən qarşısında şükür vacibdir. Nemətlərdən düzgün istifadə etməyən kəs nankordur və məzəmmətə layiqdir.

4. İlahi nemətlərin yada salınması tanışlıq və şükür üçün zəmindir.

5. İnsan məqsədli yaradılmışdır.

6. Düşüncə insanı tövhid əqidəsinə çatdırır.


Ayə 81:


﴿بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ﴾

(Kafirlər hidayət olmadılar.) Onlar əvvəlkilərin danışdığı kimi danışdılar”.



Ayə 82:


﴿قَالُوا أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ﴾

Dedilər: «Görən ölüb torpaq və sümük olduqdan sonra növbəti dəfə ayağa qaldırılacağıq?»


Ayə 83.


﴿لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَذَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ﴾

Əlbəttə, bizə və atalarımıza öncədən belə vəd olunmuşdu. Bu (sözlər və vədlər) əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.



Nöqtələr


“Əsatir” dedikdə yalan əfsanələr mənası başa düşülür. Bu söz Quranda doqquz dəfə kafirlərin dilindən işlədilmişdir.

Bildirişlər


1. Məadın inkarı ilə bağlı kafirlərin təzə bir sözləri yoxdur.

2. Kafirlərin məntiq və dəlili yoxdur. Onların haqq qarşısında yeganə işləri inkarla müşayiət olunan təəccübdür.

3. Haqqı inkarın kökü düşüncəsizlikdir. (Ölüm və həyata, gecə və gündüzün hərəkətinə diqqət məada iman üçün zəmin yaradır).

Ayə 84-85:


﴿قُل لِّمَنِ الْأَرْضُ وَمَن فِيهَا إِن كُنتُمْ تَعْلَمُونَ سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ﴾

(Kafirlərə) de: «Əgər elminiz varsa, (deyin görək) yer və yer üzündə olanlar kimə məxsusdur?» Onlar deyəcəklər ki, Allaha məxsusdur. De ki, yoxsa agah olmursunuz?”


Ayə 86:


﴿قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾

De ki, yeddi qat göyün Rəbbi, böyük ərşin Rəbbi kimdir?”


Ayə 87:


﴿سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَتَّقُونَ﴾

(Yenə də) deyəcəklər: «Allah üçündür De ki, yoxsa qorxmursunuz?”



Nöqtələr


●“Rəbb” dedikdə öz mülkünü qoruyub idarə edən malik nəzərdə tutulur.

●“Ərş” yeddi qat göydən fərqlənir və Allahın müdiriyyət mərkəzidir.


Bildirişlər


1. Cəhalət və qəflət şirkin köküdür.

2. Sualın bəyan forması təbliğ üsullarından biridir.

3. İnsanı Allahşünas edən elm faydalıdır.

4. Hər bir agah insan bilir ki, yer və yer üzündə olan hər bir kəs sahibsiz və hesabsız deyil.

5. Vicdan ən üstün hakimdir.

6. Xalqın öz danışıq və cavablarından moizə və dəlil üçün istifadə edin.

7. Yeddi qat göy və bütün varlıq aləmi Allahın tədbirinə tabedir.

Ayə 88:


﴿قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ﴾

De ki, əgər bilirsinizsə deyin, bütün mövcudların hökmü kimin əlindədir? O (varlıq) ki, sığınacaq verir, amma qarşısında kimsənin sığınacağı yoxdur.”


Ayə 89:


﴿سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ﴾

Tezliklə deyəcəklər ki, (hər şeyin hökmü) Ona məxsusdur. De ki, bəs necə (deyirsiniz ki, peyğəmbər sizi sehirləyib) ona sehirlənmisiniz?”


Ayə 90:


﴿بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ﴾

(Biz onları sehirləmirik,) əksinə onlar üçün haqqı gətirdik. Şübhəsiz, onlar yalan danışırlar”.



Nöqtələr


●Qurani-Kərimin “Yasin” surəsinin 82, 83-cü ayələrində buyurulur: “Allah bir şeyi istədiyi vaxt əmr edir və o, yaranır. Bütün şeylərin hökmü əlində olan Allah pak-pakizədir”.

●“Yucir” və “yucar” sözləri qonşuluq mənasını bildirən “civar” kökündəndir. Qonşunu başqalarının sui-qəsdindən qorumaq qonşuluq haqqı olduğundan bu söz sığınacaq və himayə verən mənasında işlədilmişdir.”1

●Ayədə “həqq” dedikdə ya məad, ya Quran, ya da tövhid məntiqi nəzərdə tutulur.

Bildirişlər


1. Müxaliflərlə danışıq qaydasını Qurandan öyrənək.

2. İnsanların təkamül və hidayət yolunda onların sağlam fitrət və düzgün inanclarından istifadə edin.

3. Allahın malikiyyəti geniş və hərtərəflidir.

4. Allahın himayəsi daimi, mütləq və özünəməxsusdur.

5. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.

6. Allahın mütləq hakimiyyətini yalnız alimlər dərk edir.

7. Başqalarının azğın əqidəsi qarşısında aydın mövqe tutun.

8. Allahın işləri haqdır və hikmətə əsaslanır.


Ayə 91:


﴿مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ﴾

Allah Özünə heç bir övlad götürməmişdir. Onunla heç bir məbud yoxdur. (Başqa bir məbud olsaydı) hökmən hər bir məbud öz yaratdığına doğru gedərdi və şübhəsiz, məbudların bəzisi digərlərindən üstün olmağa çalışardı. (Beləcə, varlıq aləmi qarışardı.) Allah (müşriklərin) ona aid etdikləri sifətlərdən pakdır.”



Bildirişlər


1. Allahın istənilən bir şəkildə övlad sahibi olmasına etiqad qadağandır. (İstər İsa Ona oğul sayıla, istər mələklər Onun qızları hesab edilə.)

2. Bütün yaranmışlar Allahın hökmü altındadır.

3. Müdirin çoxluğu müvəffəqiyyətə mane olur.

4. Nizamlı quruluş Allahın birliyini göstərir.

5. Övlad sahibi olmaq ehtiyaclılıq və məhdudiyyət nişanəsidir. Məhdudiyyət isə üstünlük axtarışına sövq edir.

6. Qüdrətlər arasındakı ziddiyyət fəsad və qarşıdurma amilidir.

7. Əgər başqalarının yanlış təsəvvür və rəftarlarını dilə gətirsək, öz ruhumuzu və başqalarının ruhunu paklamaq üçün Allaha təsbih deyək.

8. Allahı bütün yanlışlıq və xurafatdan uzaq bilək.


Ayə 92:


﴿عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

O, qeybdən və aşkardan agahdır. Ona şərik qoşulan hər nədən üstündür.”


Ayə 93:


﴿قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ﴾

De ki, Pərvərdigara, əgər onlara vəd etdiyini (əzabı) mənə göstərəcəksənsə...”


Ayə 94:


﴿رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ﴾

Onda, Pərvərdigara, məni sitəmkar qövmün içində qoyma.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin