Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə25/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

Nöqtələr


●“Ləfh” dedikdə çöhrənin yanması, “kəlh” dedikdə isə dodaqların çevrilib, dişlərin ağarması mənaları nəzərdə tutulur.

Bildirişlər


1. Alov hər an, ardıcıl şəkildə cəhənnəm əhlinin üzünü yandırar.

2. Kafirlərə cəhənnəmdə həm fiziki, həm də ruhi əzab verilər.

3. Alov vasitəsi ilə çöhrənin dəyişməsi günahkarların təhqiri üçündür.

4. Allah höccəti tamamladıqdan, tam xəbərdarlıqdan sonra əzab verir.

5. Həqiqətin davamlı inkarı cəhənnəmə gedişin ən əsas rəmzidir.

Ayə 106:


﴿قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ﴾

Deyirlər: Pərvərdigara! Bədbəxtliyimiz bizə üstün gəldi və azğın bir qövm olduq.”


Ayə 107:


﴿رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ﴾

Pərvərdigara! Bizi cəhənnəmdən çıxar. Əgər bir də qayıtsaq, şübhəsiz, sitəmkarıq.”


Ayə 108:


﴿قَالَ اخْسَؤُوا فِيهَا وَلَا تُكَلِّمُونِ﴾

(Allah onlara) buyurar: “Çəkilib odda itin və Mənimlə danışmayın.”


Nöqtələr


●“Xəsəə” dedikdə alçaq vəziyyətdə uzaqlaşma əmri nəzərdə tutulur və bu sözlə it rədd edilir.

●Həzrət Peyğəmbər (s) buyurur: “Şərab içənlərlə əyləşməyin, onlar cəhənnəm itləridirlər.” Sonra həzrət hazırkı ayəni tilavət edir.1

●Hədisdə bildirilir ki, cəhənnəm əhlinin çöhrəsi “ixsəu” əmrindən sonra yalnız nəfəs alan ət parçası şəklinə düşər.2

●İmam Sadiq (ə) buyurur: “Cəhənnəm əhli əməllərinə xatir bədbəxt olur.3


Bildirişlər


1. Qiyamətdə vicdanlar oyanar, günahkarlar öz günahlarına zəlilcəsinə etiraf edərlər.

2. Peyğəmbər yolundan uzaqlıq bədbəxtlik səbəbidir.

3. Allah Qiyamətdə kafirlərlə ən alçaldıcı şəkildə danışar.

Ayə 109:


﴿إِنَّهُ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ﴾

(Yoxsa unutmusunuz ki,) bəndələrimdən bir dəstəsi deyirdilər: «Pərvərdigara! İman gətirdik, bizi bağışla, bizə rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.»



Bildirişlər


1. Allah azğınların möminlərə ünvanlanmış acı sözlərini cavabsız buraxmır.

2. Allah dərgahına dua Qiyamətdə yox, dünyada faydalıdır.

3. Həqiqi Allah bəndələri daim öz nöqsanlarından ehtiyatlanır və tövbə edirlər.

4. İman bağışlanmanın, bağışlanma ilahi mərhəmətə qovuşmanın müqəddiməsidir.

5. Mehribanlıqların qaynağı Allahdır.

6. Allaha həmd-səna demək dua qaydalarındandır.



Ayə110:


﴿فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّى أَنسَوْكُمْ ذِكْرِي وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ﴾

Siz onları məsxərəyə qoyurdunuz. Nəticədə Məni yada salmağı sizə unutdurdu. Siz onlara gülürdünüz.”



Nöqtələr


●“Suxriyya” və “sixriyya” sözləri arasında böyük fərq var.

Əgər cəmiyyətdə insanların rabitələri həmfikirliyə, həmdərdliyə, qarşılıqlı yardıma əsaslansa və bütün insanlar bir-birlərinin imkanlarından bəhrələnsələr, bu cəmiyyət inkişaf edər güclənər. “Zuxruf” surəsinin 32-ci ayəsi də belə bir bəyanatla çıxış edir. Amma insanlar arasındakı rabitələr təhqirə, təcavüzə, biganəliyə əsaslansa, belə bir cəmiyyətdə Allah unudular, süqut labüdləşər. Hazırkı ayədə uyğun nöqtəyə işarə olunur.

●Möminlərin kafirlər üçün qəflət vasitəsi olması belə izah oluna bilər ki, əgər möminlər olmasaydılar, kafirlərin həqiqətlə düşmənçiliyinin mahiyyəti açıqlanmazdı.1

Bildirişlər


1. Təhqirin cəzası təhqirdir. (Allah möminləri himayə edir və onlara qarşı təhqirə cavab verir.)

2. Bəndələrin dua və yalvarışına etinasızlıq Allaha etinasızlıqla sonuclanır.

3. Möminlər daim kafirlər tərəfindən məsxərəyə qoyulmaqdadırlar.

4. Möminlərin məsxərəyə qoyulmasının cəzası Allah zikrinin unudulmasıdır.

5. Alçaldıcı zülm «kəbirə günah»lardandır. (Hansı günaha görə əzab vəd edilmişsə, həmin günah «kəbirə» sayılır. Möminlərə qarşı təhqiramiz gülüşə görə cəhənnəm vəd olunduğundan bu gülüş «kəbirə günah» sayılır.)

Ayə 111:


﴿إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ﴾

Mən bu gün səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlardır qurtuluş əhli.”



Ayə 112, 113:


﴿قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلْ الْعَادِّينَ﴾

(Allah) onlardan soruşar: “Yer üzündə nə qədər qaldınız?” Deyərlər: “Bir gün, ya günün bir hissəsi. Hesab aparanlardan soruş.”


Ayə 114:


﴿قَالَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ﴾

Buyurar: “Əgər agah olsaydınız, bilərdiniz ki, çox az yubandınız.”



Nöqtələr


●“Fovz” sözü məqsədə çatmaq mənasını bildirir.

●Qiyamətdə insanlardan soruşular ki, siz dünyada nə qədər qaldınız! Bu sual Quranda bir neçə dəfə təkrarlanmışdır. Onu hər kəs öz düşüncəsi əsasında cavablandırır. O cümlədən:

–“Bir günün bir saatı qədərində dünyada qaldıq.”1

–“Bir gecə, ya bir sübh.”2

–“Bir gün, ya günün bir hissəsi.”3

●Ola bilsin ki, “yer üzündə nə qədər qaldınız” soruşularkən qəbir və bərzəx aləmində nə qədər qalmaları nəzərdə tutulur.


Bildirişlər


1. Səbir əhli Allahın Özü tərəfindən mükafatlandırılar (Əzab-əziyyətlər, acı sözlər, məsxərələr qarşısında səbrin böyük mükafatı var.)

2. İnsan sabitqədəmlilik sayəsində nicat tapır.

3. Qiyamətdə yalnız səbir əhli nicat tapır.

Səbir və qələbə dostdur qədimdən,

Səbirlə çatarsan qələbəyə sən.

4. Ən böyük peşmançılıq odur ki, insan bir neçə günlük ləzzət və rahatlığa görə həmişəlik cəhənnəm əzabını satın alsın.

5. Möhlət sizi qürrələndirməsin, onun müddəti çox azdır.

6. Dünya ömrü əbədiyyətlə müqayisədə cüzidir.

7. Mələklərdən bəzisinə günlərin hesabı tapşırılıb.

Ayə 115:


﴿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ﴾

Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin