Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə4/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91

Bildirişlər


1. Bütün faydalar və zərərlər Allahın əlindədir, ondan qeyrisinin bu sahədə rolu yoxdur.

2. Allahdan qeyrisinə bağlılıq və şirk ən böyük azğınlıqdır.

3. Şirkin əqli və məntiqi əsası yoxdur. İnsan ya fayda əldə etmək, ya da zərərin qarşısını almaq üçün pərəstiş etməlidir. Bütlərdə isə fayda vermək və zərəri uzaqlaşdırmaq qüdrəti yoxdur.

4. Şirkin bütün növləri məhkumdur. Məbudların şüurlu və ya şüursuz olmasının fərqi yoxdur.

5. Dünyanın ötəri mənafelərinə xatir əbədi axirət zərərləri qazanmayaq.

6. Zalım hakimlərin, qüvvələrin xalqa xeyirdən çox zərəri var.

7. Səni Allahdan çəkindirib özünə tərəf çağıran kəslə ünsiyyətdən qaç, onu özünə rəhbər seçmə.

Ayə 14:


﴿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ﴾

Həqiqətən, Allah iman və saleh əməl əhlini ağacları altdan çaylar axan bağlara daxil edər. (Bəli,) Allah istədiyini edər.”



Bildirişlər


1. Haqq vədlərə iman və ümid ondan qeyrilərini boşlamaq üçün ən böyük amildir.

2. Əməllə müşayiət olunan iman qurtuluş açarıdır. Nə iman, nə də əməl təklikdə səmərə verir.

3. İlahi nemətlərin çeşidliliyi behişt əhlinin daha çox kam alması üçündür.

4. Allah bəşəriyyətin meyillərinə əsasən mükafatlandırır. (İnsan bağ və çaydan ləzzət aldığı üçün behiştdə də bağlar və çaylar qərar verilmişdir.)

5. Allah mütləq qüdrət sahibidir, heç bir işin icrasında çıxılmaz vəziyyətə düşmür. (Məhz bu qüdrət Onun vədlərinə əməl edəcəyinə zəmanət səbəbidir.)

Ayə 15:


﴿مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاء ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ﴾

Allahın dünya və axirətdə ona (Öz peyğəmbərinə) kömək göstərmədiyini güman edən kəs (hiylə gəlmək istəyir, de ki) göydən bir ip assın (boğazından asılsın), sonra (onu) kəssin. Baxsın ki, hiyləsi onun qəzəbini soyudurmu?!”



Nöqtələr


●Bəziləri ayənin həzrət Peyğəmbərə (s) aid olmadığını bildirib, onu belə tərcümə edirlər: “Hər kəs Allahın ona yardım göstərmədiyini güman etsə...”

●Ayə belə anlaşıla bilər ki, Allahdan uzaq insanı kosmosun fəthi də sakitləşdirə bilməz. “Səbəbin iləs-səma” dedikdə kosmosa uçuş, “Liyəqtə” dedikdə yolu adlamaq mənası başa düşülür. Uyğun təbirlər deyildiyi kimi tərcümə olunsa, hazırkı ayə Quranın elmi möcüzəsi, öncə görməsi sayıla bilər. Bir sözlə, bəşəriyyətin psixoloji durumu mütərəqqi texnologiya və kosmosa uçuşla islah olası deyil.


Bildirişlər


1. İlahi yardımlar dünya və axirətdə kəsiləsi deyil.

2. İlahi qüdrət və yardıma ümidsizlik insanın aramlığını pozur.

3. İntihar (insanın özünü öldürməsi) heç vaxt qurtuluş yolu olmur. (Yeganə aramlıq vasitəsi Allaha iman və təvəkküldür. Allahın iradəsindən və Ona imandan uzaq istənilən bir plan əbəsdir.)

4. Yerin və göyün fəthi, imandan kənar atılan istənilən bir addım səmərəsizdir.


Ayə 16:


﴿وَكَذَلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ﴾

Quranı bu sayaq aydın ayələrlə nazil etdik. Əlbəttə, Allah istədiyi kəsi hidayət edir.”



Bildirişlər


1. Ayələr və hidayət vasitələri göndərmək Allahın sünnəsi, qanunudur.

2. Quran nur kitabı, onun ayələri isə aydındır.

3. Quran hidayət, doğru yola sövq vasitəsidir. Amma bu istiqamətdə Allah və Onun lütfü əsasdır.

4. Allah istədiyini hidayət edər, doğru yola yönəldər. Amma Onun istəyi hikmətə əsaslanır. Beləcə, yalnız özündə zəmin hazırlayanlar hidayət edilir.


Ayə 17:


﴿إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَى وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ﴾

Həqiqətən, Allah Qiyamətdə möminlər (müsəlmanlar), yəhudilər, sabiilər, nəsranilər və müşriklər arasında mühakimə aparıb, haqqı batildən ayıracaq. Həqiqətən, Allah hər şeyə şahiddir.”



Nöqtələr


●Sabiilərin kimliyi barədə müxtəlif fikirlər var. Onları kimi ulduzpərəst, kimi məlaikəpərəst sayır. Bəziləri də Nuh ardıcıllarının “sabii” adlandırıldığını qeyd edir.

●Bir şəxs Həzrət Əlidən (ə) soruşdu: “Nə üçün məcusilərdən “cizyə” (vergi növü) alırsınız? Axı onların nə peyğəmbəri, nə də kitabları var. Məgər cizyə kitab əhlinə aid deyilmi?” Həzrət buyurdu: “Məcusilərin həm səmavi kitabı, həm də ilahi peyğəmbəri var.”1

●Ayədə müxtəlif dəstələr arasında “Əlləzinə” (“o kəslər ki”,) sözü ilə fasilə yaradılmışdır. Qiyamətdə də həqiqi möminlərin, digər səmavi din ardıcıllarının və müşriklərin hesabı ayrıdır. “Əlləzinə” sözü üç dəfə işlədilmişdir: birinci dəfə möminlərə, ikinci dəfə digər səmavi din ardıcıllarına, üçüncü dəfə müşriklərə münasibətdə.

Bildirişlər


1. Müxtəlif qrupların adı çəkilərkən həqiqi möminlərin öncə zikr olunmaq haqqı var.

2. Müşrikliklə müqayisədə yəhudiliyin, məsihiliyin, məcusiliyin, sabiiliyin ayrıca qeyd olunması onların təkallahçı və səmavi din olduğunu göstərir.

3. Qiyamət hamı üçündür. Həmin gün bütün qruplar arasında mühakimə aparılar və bütün qarşıdurmalara son qoyular.

4. Qiyamət günü Allah həm hakimdir, həm də şahid.

5. Hakim hərtərəfli məlumata malik olduqda mühakimə kamil sayıla bilər.

6. İslama dəvət və müsbət mücadilə zəruridir. Amma bu işləri görərkən dinlərarası ixtilafların tamamilə aradan qalxacağını gözləmək olmaz. Dünyada sülh, əmin-amanlıq içində yaşayıb, Qiyamət mühakiməsini gözləməliyik. Hansı dinin haqlı olduğunu Allah Özü müəyyənləşdirəsidir.


Ayə 18:


﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاء﴾

Məgər görmədinmi ki, göylərdə və yerdə nə varsa, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların hər biri və xalqın bir çoxu Allaha səcdə edir?! Əlbəttə, insanların bir çoxu (təkəbbür və inadkarlıq səbəbindən) qəti şəkildə əzaba düçar olur. Allahın alçaltdığı şəxsə kimsə ehtiram göstərməz. Həqiqətən, Allah istədiyini həyata keçirər.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin