Nöqtələr
●İman agahlıq və bəsirətə əsaslanmalıdır. ”Ali İmran” surəsinin 191-ci ayəsində bildirilir ki, düşüncəli möminlər öncə göylərin və yerin yaranışı haqqında düşünür, sonra təsdiqləyirlər ki, Allah bütün bunları boş yerə yaratmayıb. Bu ayədə də qeyd olunur ki, möminlər kor-koranə bir şeyi qəbul etməzlər.”
Bildirişlər
1. Bəndəlik və bəsirət rəhman Allahın bəndələrinin sifətlərindəndir. Rəhmanın bəndələri agah halda din sorağınca gedirlər.
2. İnsan ailə-övladı, nəsli qarşısında vəzifəlidir. O öz nəslinin xoş aqibəti üçün çalışmalı və dua etməlidir.
3. Tərbiyə prosesində elm və səydən əlavə, Allahdan yardım da istənilməlidir.
4. Saleh övlad göz işığıdır.
5. Ailə təşkili, ailə-övlad sahibi olmaq, bütün bunlar üçün dua etmək İslamın diqqət mərkəzində dayanır.
6. Cəmiyyətə rəhbərliyi ələ almaq Rəhmanın bəndələrinin arzusudur. Çünki imamət və rəhbərliyin müttəqilər əlində olması bir dəyərdir.
7. Az dua ilə kifayətlənməyin, bu istiqamətdə çox səy göstərin. (Pərvərdigara, bizi kamilliyə çatmaqda təqvalılara rəhbər qərar ver!)
8. Allah bəndələri arasında məqsəd və söz birliyi var.
Ayə 75:
﴿أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا﴾
“Onlara (Rəhmanın bəndələrinə) səbir etdikləri üçün Behişt mənzilləri verilər. Orada hörmət və salamla qarşılanarlar.”
Ayə 76:
﴿خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا﴾
“Onlar orada əbədidirlər. Necə də gözəl yer və mənzildir!”
Nöqtələr
●“Ğurfə” dedikdə yerdən yuxarı, gözəl otaq nəzərdə tutulur.
Bildirişlər
1. Behişti bəhanəyə yox, bahasına verirlər.
2. Allah bəndəsi olmaq üçün səbir və dözümə ehtiyac var.
Ayə 77:
﴿قُلْ مَا يَعْبَوُاْ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا﴾
“De ki, əgər dua etməsəniz Rəbbim sizi dəyərli bilməz. Siz haqqı təkzib etdiniz və tezliklə təkzibinizin cəzası sizi yaxalayacaq.”
Nöqtələr
●«Əl-ib» (cəm: əba) dedikdə çəki, ağırlıq mənası anlaşılır. “Ma yəbəu bikum Rəbbi”, yəni Allah sizi dəyərli bilmir, yalnız dua və ibadət etməklə dəyərli sayılarsınız.
●“Duaukum” sözü iki cür mənalandırılır:
a) Sizin Allah dərgahına dua etməyiniz, nalələriniz, yalvarışlarınız Allahın sizə diqqətinə səbəb olar. Hədisdə oxuyuruq: “Dua əhli olan kəs həlak olmaz.”1 Sonra Allah dua etməyənləri qınayaraq bildirir ki, siz haqqı təkzib etdiniz, yalvarış əvəzinə bütlərin, nəfs istəklərinizin və zalım hakimlərin sorağınca getdiniz. Bildirilir ki, təkzib edənlər öz cəzalarına çatacaqlar.
b) Allahın xalqı dəvəti: xalqı haqqın qəbuluna dəvət və xəbərdarlığın başa çatdırılması ilahi sünnədir. Bu dəvət olmasa, insan dəyərə çatmaz. İnsana dəyər verən onun Allah dəvətini qəbul etməsidir. Bildirilir ki, siz ilahi dəvəti qəbul etmədiniz, sizə heç bir ümid yoxdur və əməlinizin cəzasına çatarsınız.
●“Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “İns və cini yalnız ibadət üçün yaratdım.” Bu ayədə isə buyurulur ki, insan dua etməsə, dəyərə çatmaz. Bəli, dua ibadətin ruhu və canıdır.1
Bildirişlər
1. Dinin təkzibi insanın dəyərdən düşməsinə səbəb olur.
2. Dua dəyərlər əldə etmək üçün vasitədir.
3. Hidayət və ibadətdən uzaq olan insan heç nədir.
4. Haqqa dəvət Allahın rübubiyyət şənlərindəndir.
5. Mənəviyyat varlığın mehvəridir. Çünki varlıq insan üçün yaradılmışdır, insan isə haqqın qəbulu və Allaha ibadət üçün!
6. Hidayət və ibadətdən uzaq olan insan əslində peyğəmbərləri və onların göstərişlərini təkzib edir.
“ŞUƏRA” SURƏSİ (26-cı surə, 227 ayə) On doqquzuncu cüz, “Şuəra” surəsinin siması
Məkkədə nazil olmuş bu surə 227 ayədən ibarətdir. “Şuəra” surəsi “Bəqərə” surəsindən sonra ən çox ayəsi olan surədir. Surədə mömin şairlər tərif, onun son dörd ayəsində boş-boş danışan şairlər məzəmmət olduğundan surə “Şuəra” adlandırılmışdır. Onun digər bir adı “Ta, sin, mim”–dir.
Surədə həzrət Musa (ə), İbrahim (ə), Nuh (ə), Lut (ə), Saleh (ə), Hud (ə) və Şüeyb (ə) kimi peyğəmbərlərin əhvalatlarından, eləcə də xalqın onlara inadkar münasibətindən danışılır. Hər əhvalatdan sonra eyni bir ayə təkrarlanır. Həmin ayə surədə 8 dəfə zikr olunmuşdur ki, İslam Peyğəmbərinə (s) təsəlli olsun, bildirilsin ki, Məkkə camaatının inadkar rəftarı onu üzməsin, çünki bütün peyğəmbərlər belə insanlarla üzləşmişlər. Bəli, möminlərin ruhiyyəsini gücləndirmək üçün ən üstün vasitə tarixdir. Tarixlə tanışlıq nəticəsində bəsirət artır, kök genişlənir, gələcəklə bağlı proqnozlar müəyyənləşdirilir. Bu səbəbdən də cəmiyyətə rəhbərlik edənlər tarixdən xəbərdar olmalıdırlar.
Rəhman və Rəhim Allahın adı ilə
﴿بسم الله الرحمن الرحيم﴾
Ayə1-2:
﴿طسم تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ﴾
“Ta, sin, mim; budur açıq-aşkar kitabın ayələri.”
Ayə 3:
﴿لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ﴾
“Deyəsən, müşriklərin iman gətirməsinə görə özünü həlak etmək istəyirsən?!”
Nöqtələr
●Müqəttəə hərflərin mənası haqqında çox danışılıb. Belə bir məna daha üstün sayıla bilər: Allah bəzi Quran surələrinin (29 surənin) başlanğıcında bu hərfləri bəyan etməklə bildirir ki, Mənim əbədi möcüzəm həmin bu hərflərdəndir, bacarırsınızsa ərəb əlifbasının bu hərflərindən Qurana bərabər kitab düzəldin. “Şura” surəsinin müqəttəə hərflərdən sonra bəyan olunmuş ayəsi də deyiləni təsdiqləyir.
●“Baxiun” dedikdə “həlak edici” mənası anlaşılır.
Bildirişlər
1. Əhatəli bir məktəb güclü, qəti, yazılı və üslublu məntiqə malik olmalıdır. Belə ki, hamının ona əli çatmalıdır.
2. Quranın yetərincə böyük məqamı var. Nə vaxt çətinliyə düşsəniz Quran yolunuzu işıqlandırar.
4. Təkrar tərbiyə üsullarından biridir.
5. Səy və qayğı bəzən səmərəsiz olur.
6. Qəm-qüssəyə batanlara təsəlli vermək ilahi bir işdir.
7. Peyğəmbərlər öz vəzifələrinin icrası üçün gözlənildiyindən çox çalışırdılar.
8. Peyğəmbərlərin bariz sifətlərindən biri onların canıyananlığıdır. (Yanğı məzhəb və ümmətə eşq nişanəsidir.)
9. Təsir üçün zəmin olmasa, ən üstün kitab və mürəbbi də səmərə verməz.
Ayə 4:
﴿إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّن السَّمَاء آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ﴾
“Qarşısında boyun əysinlər deyə onlara səmadan bir möcüzə endirmək istəsək (məcburən mömin olarlar, amma Allahın sünnəsi belə deyil)”.
Dostları ilə paylaş: |