Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə68/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   91

Bildirişlər


1. Dünya rifahı sizi qürrələndirməsin. Rifahlı həyat Allahın razılığını göstərmir.

2. Dünyanın davamsızlığına diqqət təqva vasitəsidir.

3. Peyğəmbərlərə itaət, israfçılardan uzaqlıq təqva şərtidir.

4. Əmin-amanlıq, iqtisad və rifah məsum rəhbərə itaətlə müşayiət olunsa fəsad üçün zəmin yaradar.

5. İnsan başlı-başına buraxılmayıb və nemətlər qarşısında məsuliyyət daşıyır.

6. İsrafçının cəmiyyətə rəhbərlik səlahiyyəti yoxdur.

7. Peyğəmbərlər insanların israfçılığına həssas idilər.

8. İsrafçı sərmayədarların qarşısında boyun əyməyin.

9. Təvəlla və təbərra (Allah dostu ilə dostluq və Allah düşməni ilə düşmənçilik) yanaşı olmalıdır.

10. İsraf fəsaddır, israfa yol verən isə fəsadçı.

11. Əyyaş varlıların islah olacağına ümid bəsləməyin. İnsan yalnız peyğəmbər məktəbi sayəsində islah olur.

12. İsrafçılar öz işlərinə don geyindirir və özlərini saleh tanıtdırırlar.



Ayə 153:


﴿قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ﴾

(Səmud qövmü Salehə iman gətirmək əvəzinə) dedilər: “Həqiqətən, sən sehr olunmuşlardansan.”


Ayə 154:


﴿مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir nişanə göstər.”



Bildirişlər


1. Peyğəmbərlər iki cür ittiham olunurdular: Sehr etməkdə və sehr olunmaqda.

2.Üsyandan da pisi ona don geyindirməkdir. Onlar Allah əmri qarşısında üsyan edib deyirdilər ki, Sənə sehr olunub və rəhbərlik edə bilməzsən.

3. Nübüvvət olan yerdə möcüzə lazımdır. (Möcüzə peyğəmbərlərin sədaqətini göstərir.)

Ayə 155:


﴿قَالَ هَذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ﴾

Saleh (xalqın möcüzə istəyinə cavab olaraq) dedi: «Bu, (Allahın iradəsi ilə dağdan xaric olmuş) dişi bir dəvədir. Sudan bir gün ona, bir gün sizə pay ayırılmışdır.»


Ayə 156:


﴿وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ﴾

Ona bir xətər toxundurmayın. Yoxsa böyük günün əzabı sizi bürüyər.”


Ayə 157:


﴿فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ﴾

Dəvəni öldürdülər, sonra gördükləri işdən peşman oldular.”



Nöqtələr


●Allahın möcüzə üçün qüdrət əli açıqdır, ayı parçalamağın, suyu yarmağın, dağın köksündən dəvə çıxarmağın Onun üçün fərqi yoxdur.

●Salehin dəvəsini öldürən şəxs bir nəfər olsa da, Quran bu işi bir dəstəyə aid edir. Çünki həmin dəstə dəvənin öldürülməsi ilə razılaşmışdı. Bu nöqtəyə Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də işarə etmişdir.1


Bildirişlər


1. Möcüzə o qədər aydın olmalıdır ki, istənilən səviyyəli şəxs onun qeyri-adiliyini dərk etsin.

2. Müqəddəsliklərin təhqiri böyük günahdır. Allah-təala “Əraf” surəsinin 73-cü ayəsində bu dəvəni Özünə aid edir.

3. Su ehtiyatları Allah göstərişi əsasında ədalətlə bölünməlidir.

4. İlahi rəngə malik dəvə adi insanlardan irəlidir.

5. Zalım insan hətta zərərsiz heyvana belə rəhm etmir.

6. Peyğəmbərlərin xəbərdarlıqlarına ciddi yanaşaq.

7. Başqa birinin işi ilə razılaşan şəxs həmin işin savab və ya günahına şərikdir.

8. Hər peşmançılıq və tövbə qəbul deyil. (Əzab yetişən anda tövbə və peşmançılıq səmərəsizdir.)


Ayə 158:


﴿فَأَخَذَهُمُ الْعَذَابُ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ﴾

Belə ki, əzab onları yaxaladı. Həqiqətən bunda nişanə və ibrət dərsi var. Amma onların əksəri iman gətirən deyil.”


Ayə 159:


﴿وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”



Bildirişlər


1. İlahi müqəddəsliklərin təhqiri o qədər ciddi məsələdir ki, bir heyvanın ölümünə görə bir dəstə məhv olur.

2. Allahın həm lütfü, həm də qəhr-qəzəbi ibrət nişanəsidir.

3. Bəzən insan Allahın ən böyük nişanələrini görsə də inad göstərib iman gətirmir.

4. İnadkar kafirlərə peyğəmbərlər və möcüzə göndərmək, onları qəhr-qəzəblə yaxalamaq Allahın rübubiyyət şənlərindəndir.

5. Xalqın iman və küfrü Allaha təsirsizdir.

6. Allah mehribandır, bizim öz əməllərimiz Onun qəzəbinə səbəb olur.



Ayə 160:


﴿كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ﴾

Lut qövmü (də) peyğəmbərləri təkzib etdi.”


Ayə 161-162:


﴿إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ﴾

Bir zaman qardaşları Lut onlara dedi: “(Şirk və azğınlıqdan çəkinib Allahdan) qorxmursunuzmu? Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.”


Ayə 163-164:


﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

Allahdan qorxun və mənə itaət edin. Mən öz peyğəmbərliyim müqabilində sizdən muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbi tərəfindəndir.”



Nöqtələr


●Həzrət Lut Həzrət İbrahimlə eyni bir dövrdə yaşamışdır. Bu surədə İbrahimlə (ə) Lutun (ə) əhvalatı arasında yüzədək ayə var. Çünki Quran buyruqlarında əsas məsələ tarixi ardıcıllıq yox, öyüd-nəsihətdir.

Bildirişlər


1. Əsas mövzuları sözümüzə sərlövhə edək. (Bu surədə bütün peyğəmbərlərin tarixindən danışılarkən öncə “təkzib etdilər” sözü qeyd olunur. Demək, hazırkı surədə peyğəmbərlərin tarixini bəyan etməkdə məqsəd inadkar xalqın təkzibi və onların cəzalandırılması məsələlərinin açıqlanmasıdır.)

2. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək kimidir. (Hər qövm öz peyğəmbərini təkzib etsə də, peyğəmbərlər ümumi məqsədə malik olduqlarından onlardan birinin təkzibi hamısının təkzibi kimidir.)

3. Səmavi rəhbərin xalqla rabitəsi qardaşlıq rabitəsidir.

4. Daxilən çəkinəcəyi olmayan şəxsi hər tərəfdən təhlükə gözləyir və o heç bir haqqı qəbul etmir.

5. Səmavi rəhbərlər xalqın sorağınca getməli və öz məqsədlərini ona açıqlamalıdırlar.

6. Təqva haqqın qəbulu və peyğəmbərlərə itaət üçün zəmindir.

7. Dini rəhbərə itaətdən uzaq dindarlıq yarımçıqdır.

8. Gözümüz xalqın əlində olmasa, sözümüz daha təsirli olar.

9. Allaha daha çox təvəkkül edən kəs xalqdan ehtiyacsız ola bilər.

Ayə 165:


﴿أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ﴾

Yoxsa dünyadakı insanlar arasında yalnız kişilərin sorağınca gedirsiniz?”


Ayə 166:


﴿وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُم بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ﴾

Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi boşlayırsınız? Bəli, siz həddi aşmış bir qövmsünüz.”


Ayə 167:


﴿قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ﴾

Onlar (öyüd götürmək əvəzinə) dedilər: “Ey Lut! Əgər sözlərindən əl çəkməsən, şübhəsiz sürgün edilənlərdən olacaqsan.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin