Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə69/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   91

Nöqtələr


●Bu ayələrdə Lut qövmü azğın kimi tanıtdırılır. Amma başqa ayələrdə fərqli təbirlər də var. Onlar bəzən israfçı, bəzən fasiq, bəzən cahil kimi tanıtdırılırlar.1

●Livata (həmcinsbazlığa) yol verən insanın cəzası qətldir. Bu əməl o qədər çirkindir ki, hətta heyvanla belə bir yaxınlıq olduqda onun əti haram sayılır. Belə bir heyvan kəsilməli və cəmdəyi yandırılmalıdır.

●Həmcinsbazlıq yalnız insanlar arasında mövcuddur və varlıq aləmində digər mövcudlar arasında müşahidə olunmur.

Bildirişlər


1. Nəhy əz münkərdən öncə ayrı-ayrı zaman və şəraitlərə aid olan günahlardan xəbərdar olmalı və daha sonra onun qarşısını almağa çalışmaq lazımdır.

2. Nəhy əz münkərdə (pisliyə qadağada) tanınmış yollar seçin.

3. Həyat yoldaşını boşlamaq və onun ehtiyaclarını nəzərə almamaq qadağandır.

4. Allah bəşərin daxili hislərinin təmini üçün fitri və təbii yollar müəyyənləşdirmişdir.

5. Səmavi dinlər insanı izdivaca rəğbətləndirir.

6. İzdivac ilahi rübubiyyət cilvəsidir və insanın xeyrinədir.

7. Cinsi azğınlıq təcavüz və tüğyandır. Həmcinsbazlıq, livat dəyərlərə qarşı təcavüzdür.

8. Pis işi aradan qaldırmaq üçün pisliyə qadağanı təkrarlamaq və davamlılıq lazımdır.

9. Pisliyə qadağa qoyarkən özümüzü ətrafdakıların hədələrinə hazırlayaq.

10. Sürgün etmək Lut qövmü zalımlarının qaydası idi.


Ayə 168-169:


﴿قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ رَبِّ نَجِّنی وأَهلی مِماََّ يعْمَلوُنَ﴾

Lut dedi: “Mən sizin əməllərinizə qatı müxalifəm. Pərvərdigara! Məni və mənim adamlarımı onların gördüyü işdən xilas et.”


Ayə 170, 171, 172:


﴿فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ﴾

(Onun duasını qəbul etdik və) ona və bütün ailəsinə nicat verdik. Yalnız geridə qalmışların arasındakı qadından (Lutun arvadından) savay. Sonra o birilərinin kökünü kəsdik.”


Ayə 173:


﴿وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ﴾

Onların başına (daşdan) yağış yağdırdıq. Nə pisdir xəbərdarlıq olunanların yağışı!”


Ayə 174-175:


﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Əlbəttə, bunda (ilahi qüdrətdən) bir nişanə var. Amma insanların çoxu iman gətirən deyil. Həqiqətən, sənin Rəbbin yenilməz və mehribandır.”



Nöqtələr


●“Qalin” dedikdə nigarançılığın izharı və içdən gələn qatı müxalifət mənaları anlaşılır.

Bildirişlər


1. Günahkarla yox, onun pis işi ilə müxalif olun.

2. Peyğəmbərlər hədələrdən qorxmur, öz sözlərini deyirdilər. Lut (ə) sürgün hədəsi qarşısında buyurdu: “Mən sizin işinizə düşmənəm.”

3. Pis işə həm dildə, həm də əməldə nifrət etmək lazımdır. Bəli, nigarançılıq bəs etmir, fəsad mərkəzindən qurtuluş barədə düşünmək lazımdır.

4. Günahkar mühit ilahi insanlar üçün dözülməzdir. Onlar mühitin islahına olan ümidlərini itirdikdə, heç olmasa özlərini xilas edirlər.

5. Cəmiyyətin böyükləri öz ailələri və yaxınları haqqında düşünməlidirlər.

6. Peyğəmbərlərin duası qəbuldur.

7. Qadın yol seçimində ərindən asılı deyil. (Lutun (ə) arvadı azğın yol seçmişdi.)

8. Səmavi dinlərdə bütün qanunlar və dəyərlər rabitələrə yox, normalara əsaslanır. (Peyğəmbərin də zövcəsi yolunu azdıqda həlak edilir. Çünki meyar ailə rabitəsi yox, küfr və imandır.)

9. Şəxsiyyətlər və onların yaxınları ilə ayrı-ayrılıqda hesab çəkin. (Allah rəsulunun da yaxınları azğın yolda ola bilər. Lutun (ə) arvadı peyğəmbər evində olsa da, düşüncə tərzi yanlış idi.)

10. Bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutulub. Lutun arvadı xüsusi imtiyaza malik deyildi və o, fəlakətə düçar olanlar arasında idi.

11. İzdivacda həmcinsbazlığa rəvac verənlərin cəzası rəhmət yağışının əzab yağışına dönməsi və onları məhv etməsidir.

12. Allah əzab verməzdən öncə xəbərdarlıq edir, höccəti tamamlayır.

13. Saleh insanlar cəmiyyətdən uzaqlaşdıqda orada ilahi qəhr-qəzəb üçün zəmin yaranır.

14. Təbiət Allahın qüdrətinə tabedir. (Göydən yağış endirən qüdrət daş da yağdıra bilər.)

15. Tarix ibrət vasitəsidir.

16. Tərbiyə prosesində təkrara ehtiyac var. (Bu surədə hər bir peyğəmbərin macərası nəql olunduqdan sonra “əlbəttə, bunda bir nişanə var” cümləsi təkrarlanmışdır.)

17. İnsanların əksəriyyəti öyüd-nəsihəti qəbul etmir.

18. Mərhəmətlə yanaşı olan qüdrət dəyərlidir.


Ayə 176:


﴿كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ﴾

Əykə əshabı (da) peyğəmbərləri təkzib etdi.”


Ayə 177, 178, 179:


﴿إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾

Bir zaman Şüeyb onlara dedi: “Yoxsa (şirk və azğınlıqdan) qorxmursunuz? Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm. Allahdan qorxun və mənə itaət edin.”


Ayə 180:


﴿وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

Mən risalətim müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi tərəfindəndir.”



Nöqtələr


●“Əykə” sözü meşə mənasını bildirir. Bəziləri belə hesab edir ki, “Əykə əshabı” dedikdə adı Quranda dörd dəfə qeyd olunmuş Mədyən əshabı nəzərdə tutulur. Bəziləri də həmin qövmün Mədyən yaxınlığında yaşadığını bildirirlər. Həzrət Şüeyb hər iki qövmə xitab etmişdir.

●Şüeyb (ə) bu surədə haqqında danışılan yeddinci peyğəmbərdir. Bütün bu əhvalatlarda “qardaşları onlara dedi” cümləsi işlədilsə də, Şüeyb haqqında danışılarkən “qardaşları” sözü qeyd olunmur. Bunun səbəbi Şüeybin (ə) həmin yerdə qəribliyi ola bilər.1


Bildirişlər


1. Bütün peyğəmbərlər həmfikir olmuş, bir söz deyib, bir cəhətə üz tutmuşlar.

Ayə 181-182:


﴿أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ﴾

Ölçünü (peymanəni–ölçü qabının düzlüyünü) gözləyin, əskik satanlardan olmayın. Düz tərəzi ilə çəkin.”


Ayə 183:


﴿وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ﴾

Xalqın malını əskik verməyin, yer üzündə fəsad və günah üçün çalışmayın.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin