Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə70/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

Nöqtələr


●“Kəyl” sözü mayelərə, “qistas” sözü çəkilərə, “əşyaəhum” sözü saylı şeylərə aiddir.

●Bu ayələrdə iki əmr və iki qadağa ilə rastlaşırıq. Onlar bir-birini tamamlayır.

●Rəvayətdə bildirilir ki, satdığı malın eybini müştəriyə deməyən kəs mələklər tərəfindən lənətlənir. Hiyləgərliklə insanları aldadan fərd xalqın ən pisidir.2

●Əskik satmaq böyük iqtisadi günahlardan biridir. Bu işə görə haram tikənin bütün bəlaları qarşıya çıxır. Əskik satmaq təkcə alış-verişə aid deyil. Tədrisdə, təbabətdə, nəzarətdə, mühəndislikdə və həyatın digər sahələrində başqalarının haqqını ödəməməklə uyğun zümrəyə qatılmaq olar.


Bildirişlər


1. Peymanə (ölçü qabı) və tərəzinin uzun tarixi keçmişi var.

2. Əskik satmaq haramdır və xalqın haqqına riayət etmək vacibdir.

3. Peyğəmbərlər cəmiyyətin iqtisadi sağlamlığına nəzarət edirdilər.

4. Səmavi dinlərdə ictimai və iqtisadi ədalətə xüsusi diqqət ayrılır.

5. Ölçü meyarı istənilən sahədə ədalətli və düzgün olmalıdır.

6. Təkcə möminlərin yox, bütün insanların hüquqlarına riayət olunmalıdır.

7. Əskik satmamaq qadağası təkcə peymanə və tərəziyə aid deyil.

8. Əskik satmaq bir növ fəsaddır və cəmiyyətə iqtisadi baxımdan zərbə vuranlar yer üzündə fəsad törədən sayılırlar. Çünki iqtisadi nizamsızlıq ictimai quruluşun dağılmasına səbəb olur.

9. Cəmiyyətin islahında ilk addım mövcud büdrəmələri müəyyənləşdirməkdir.

Ayə 184-185:


﴿وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ﴾

Sizi və əvvəlki qövmləri yaratmış Allahdan qorxun. Xalq (Şüeybin dəvətini qəbul etmək əvəzinə) dedi: “Şübhəsiz, sən sehr olunmuşlardansan.”



Ayə 186:


﴿وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ﴾

Sən bizim kimi bəşər deyilsən və biz səni yalançılardan sayırıq.”



Nöqtələr


●“Cibill” dedikdə ümmət, camaat mənası anlaşılır. “Yasin” surəsinin 62-ci ayəsində oxuyuruq: “Şeytan sizdən olan bir çox dəstələri azdırdı. Dağ “cəbəl”, fitrilik “cibilli” adlandığından qədim, fitri xüsusiyyətli və dağ kimi möhkəm dayanmış qövm və nəsillərə “cibilli” deyilmişdir.

Bildirişlər


1. İnsanı yaradan kəs ehtirama layiqdir və ondan çəkinmək lazımdır.

2. Təqva və iman iqtisadi fəsada mane olur. Sizi yaradan ruzinizi də verər.

3. Ata-babaların puç adət-ənənələrinə istinad etməyək. Hamımız Allahın məxluquyuq və Ona müti olmalıyıq.

4. Böhtan məntiqsiz şəxslərin ilk silahıdır.

5. Xilaf iş görən şəxs öz işinə don geyindirir. (Öz səhvini etiraf etmək əvəzinə peyğəmbərləri sehr olunmuş sayır)

Ayə 187:


﴿فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاء إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

Əgər sən doğru danışanlardansansa, göyün parçalarını başımıza endir.”


Ayə 188:


﴿قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ﴾

(Şüeyb) dedi: “Mənim Rəbbim gördüyünüz işlərdən daha çox xəbərdardır.”


Ayə 189:


﴿فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾

Şüeybi təkzib etdilər (odlu bulud gününün əzabı onları bürüdü. Əlbəttə, o əzab böyük və hövlnak bir günün əzabıdır.”



Ayə 190-191:


﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Şübhəsiz bunda (ilahi qüdrətdən) bir nişanə var. Amma xalqın əksəri iman gətirən deyil. Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”



Nöqtələr


●Quranda dörd yerdə işlədilmiş “kisəf” sözü hissələr, parçalar mənasını bildirir. Burada bulud parçası nəzərdə tutulur. “Bulud gününün əzabı” dedikdə ya insanların istidən kölgəyə sığındığı günün əzabı, ya da buludun onların başına kölgə saldığı günün əzabı nəzərdə tutulur.

●Şüeyb qövmünün əzabı haqqında bir neçə təbir işlədilmişdir. Bir yerdə onların zəlzələ vasitəsi ilə məhv edildiyi bildirilir.1 Digər bir yerdə bildirilir ki, onlara silkələyici səslə əzab verildi.2 Burada isə buluddan danışılır. Və hər üç mövzu uyğun nöqtədə yekunlaşdırıla bilər. Qara buluddan şimşək və səs qopar və canlara titrətmə düşər. Eyni zamanda zəlzələ vasitəsi ilə günahkarlar məhv edilər. Ola bilsin ki, zəlzələ Mədyən, qara bulud Əykə əshabına aiddir. Çünki həzrət Şüeyb hər iki qövmə məbus edilmişdi. “Əraf” surəsində həzrət Şüeybin Mədyən qövmünə doğru göndərildiyi bildirilir. Onların zəlzələ vasitəsi ilə məhv edilməsi qeyd olunur. Bu surədə isə Şüeybin Əykə əshabına məbus edildiyi bəyan olunur.


Bildirişlər


1. Daşqəlblilərin istəkləri də şərtdir.

2. Haqq rəhbərlərin müqaviməti sayəsində müxaliflər öz sərt şüarlarından daşınırlar. Şüeyb qövmü əvvəlcə onu sehr olunmuş və yalançı saydı. Sonra “əgər doğru danışanlardansansa” şərtini irəli sürdülər.

3. Təbliğ və nəsihətdə müxaliflərin istəklərinə uyğun hərəkət etmək lazım deyil. (Onlar səma parçalarının başlarına enməsini istəyirdilər. Amma peyğəmbər “Allah daha agahdır” deyə cavab verir.)

4. Allahın zikri və Ona təvəkkül xurafat qarşısında ən üstün dayaqdır.

5. Bizim taleyimiz öz əlimizdədir.

6. Allah peyğəmbərləri himayə, müxalifləri məhv edir.

7. Dünya sevgisi və var-dövlətə çatmaq istəyi insanı peyğəmbərlər qarşısında azğınlığa sürükləyir.

8. Tarixi bəyan etməkdə Quranın məqsədi nağıl danışmaq yox, öyüd-nəsihət verməkdir.

9. İnsanların əksəri haqq yolda olmur.

10. Tərbiyəçi güclə yanaşı, mərhəmətli olmalıdır.

11. Şüeybi (ə) himayə, onun müxaliflərini həlak edən Allah sənin də Rəbbindir. (Həzrət Şüeyb kimilərin tarixini bəyan etməklə həm peyğəmbərə təsəlli verilir, həm də düşmənlər hədələnir.)

12. Peyğəmbər müxaliflərinin məhvi ilahi qüdrət nişanəsidir. Düşmənlərə verilən möhlət isə Allahın mərhəmətindən qaynaqlanır.


Ayə 192, 193, 194:


﴿وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ﴾

Əlbəttə, bu (Quran) aləmlərin Rəbbi tərəfindən göndərilmişdir. Allahın əmin mələyi (Cəbrail) onu endirmişdir. Qorxudanlardan olasan deyə sənin qəlbinə (nazil etmişdir) ”


Ayə 195-196:


﴿بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ﴾

(Bu Quran) aydın ərəb dilində (nazil oldu). Həqiqətən, o, əvvəlki kitablarda gəlmişdir.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin