Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə75/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

Bildirişlər


1. Məada etiqadsızlıq çirkinliklərin üzə çıxması üçün zəmindir. (İmansız insan çılpaqlığı mədəniyyət, bər-bəzəyi şəxsiyyət, fırıldaqçılığı zirəklik, yalan və riyanı siyasət nişanəsi, istismarı qüdrət göstəricisi sayır.)

2. İmansız fərdlərin anlaqsızlığı və başlarını itirməsi Allahın ən böyük cəzası və silləsidir.

3. Əgər Qiyamətə inansaq, gözəl görünən bir çox işlərin mahiyyətini anlayarıq.

4. Qiyaməti özü üçün aydın gələcək bilməyən kəsi haldan-hala düşən dünya hər an çaşdırır.

5. Qiyamətin inkarı ən böyük xəsarətlərə səbəb olur.

Ayə 6:


﴿وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ﴾

Şübhəsiz, Quran sənə hikmət və elm sahibi tərəfindən verilir.”



Bildirişlər


1. Vəhyi alan tərəf Allahın rəsuludur.

2. Quran ilahi elm və hikmət qaynağıdır.

3. Peyğəmbərin elmi ilahi elmdir.

4. Quranın göndərilməsində və qəbulunda heç bir etibarsız vasitə yoxdur.

5. Dinin hökmləri ilahi elm qaynağındandır və hər bir göstərişdə hikmət mövcuddur.

Ayə 7:


﴿إِذْ قَالَ مُوسَى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ﴾

(Yada sal) o zaman ki, Musa öz ailəsinə dedi: “Həqiqətən, mən od hiss etdim. (Siz burada qalın,) tezliklə sizin üçün ya bir xəbər, ya da od parçası gətirərəm. Bəlkə qızınasınız.”


Ayə 8:


﴿فَلَمَّا جَاءهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ﴾

Elə ki (Musa) onun yanına gəldi, nida olundu ki, odda və onun ətrafında olan hər kəsə bərəkət verilmişdir. Aləmlərin Rəbbi olan Allah pak-pakizədir.”



Ayə 9:


﴿يَا مُوسَى إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ﴾

Ey Musa! Həqiqətən, bu Mənəm, yenilməz və hikmət sahibi olan Allah!”



Nöqtələr


●Quranda 136 dəfə həzrət Musanın adı çəkilir, 34 surədə onun əhvalatı zikr olunur, 900-dək ayədə Bəni-İsrail haqqında danışılır.

●Həzrət Musa hamilə zövcəsi ilə Mədyəndən Misirə gedirdi. Bir tərəfdən gecə, soyuq və külək, digər tərəfdən zövcəsinin hamiləliyi Musanı səy göstərməyə vadar edirdi. Hazırkı ayələrdə həmin əhvalat yada salınır.

●Ehtimallar nəzərdən keçirildikdə məlum olur ki, “odda” dedikdə həzrət Musa, “od ətrafında” dedikdə isə onun ailəsi və ya müqəddəs torpaqdakı peyğəmbərlər nəzərdə tutulur.

Quranda atəş


–İblis atəşlə fəxr etdi.1

–Kafir odla cəzalandırılar.2

–İbrahim od içində salamat qaldı.3

–Musa oda doğru hərəkət etdi və peyğəmbər oldu.4

–Zülqərneyn od vasitəsi ilə dəmiri əridib sədd çəkdi.5

Bildirişlər


1. Musanın əhvalatı yada salınası bir əhvalatdır və ibrət səbəbidir. Bu əhvalatı unutmaq olmaz.

2. Bəzən ailə-övlada yardım zamanı xüsusi lütflər peyda olur.

3. Kişi zövcəsinin işlərini idarə etməyə məsuldur.

4. Peyğəmbərlərin həyat tərzi adi olmuşdur.

5. Biz zahirə əsasən hərəkət edirik. Gizli lütflər Allahın işidir.

6. Musanın Allahla söhbəti, peyğəmbərlik göstərişi, möcüzələrin nümayişi, həmin məntəqəyə digər peyğəmbərlərin göndərilməsi bərəkət rəmzidir.

7. Allahın peyğəmbərlərə nidalarını təxəyyül saymayaq.

8. Peyğəmbərlərin göndərilməsi Allahın rübubiyyət şənlərindən-dir.

9. Rübubiyyət yenilməzlik və hikmətlə şərtlənir.

Ayə 10:


﴿وَأَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِرًا وَلَمْ يُعَقِّبْ يَا مُوسَى لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ﴾

Əsanı at! Musa əsanı atdı, əsanın kiçik ilan kimi atılıb düşdüyünü görəndə arxa çevirib qaçdı, geri dönmədi. (Biz ona dedik:) «Ey Musa! Qorxma, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.»


Ayə 11:


﴿إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ﴾

(Qorxmalıdır) yalnız sitəm edən kəs. (Amma) sonra pisliyin əvəzinə yaxşı bir iş görmüş olarsa, həqiqətən, Mən bağışlayan və mehribanam.”



Nöqtələr


●“Cannun” dedikdə ya kiçik ilan (əsa öncə həmin şəklə düşdü), ya da kiçik ilan tək sürətli böyük ilan nəzərdə tutulur.

●“İlla mən zələmə” (“yalnız zülm edən kəs”) təbirinin ünvanı ilə bağlı müxtəlif ehtimallar var. Daha üstün bir ehtimala əsasən, peyğəmbər olmayanlar qorxur və sitəmdən sonra yaxşı iş görənlər istisnadır. Allah bağışlayan və mehriban olduğu üçün onların da qorxusu aradan götürülür.

●Qorxu iki növdür: heyvani və mənəvi. Ayədə heyvani qorxu nəzərdə tutulmuşdur. Amma ilahi məqam qarşısında qorxudan ibarət olan mənəvi qorxu digər ayələrdə qeyd olunur.

Bildirişlər


1. Səmavi nida əlamətlərə malik olmalıdır ki, təsir göstərsin.

2. Möcüzə adi vasitələrlə həyata keçir.

3. Başqalarını doğru yola çağırışdan öncə yetərincə elm, təcrübə və kamala malik olmaq lazımdır. (Musa öncədən möcüzə ilə tanış edilir ki, Fironun sarayında arxayın danışsın.)

4. Peyğəmbərlər Allah tərəfindən tərbiyə olunur, onlara əmr və qadağalar ünvanlanır.

5. Allahı öz yanında, özünü Allah qarşısında görən insan qorxmur.

6. “Xain xoflu olar” deyiblər. Zülm edən kəs günahını yaxşılıqla əvəz edənədək qorxmalıdır. Çünki Allah bağışlayandır.

7. Günahın yaxşılığa çevrilməsi onun yuyulmasından və ya bağışlanmasından fərqli bir işdir. Məsələn, günahkar günah vasitələrini xeyirxahların ixtiyarına verməklə günahı yaxşılığa çevirir.

8. İnsan xeyir iş görüb günahı aradan qaldırdıqdan sonra bağışlanır.


Ayə 12:


﴿وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ فِي تِسْعِ آيَاتٍ إِلَى فِرْعَوْنَ وَقَوْمِهِ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ﴾

Əlini qoynuna sal, eybsiz, ağ və parlaq şəkildə xaric edərsən. (Bu möcüzə) Firon və onun günahkar qövmünə göndərilmiş doqquz möcüzə sırasındadır.”


Ayə 13:


﴿فَلَمَّا جَاءتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ﴾

Elə ki, açıq-aydın ayə və möcüzələrimiz onların sorağına gəldi, dedilər: «Bu, aşkar bir sehrdir.»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin