Nöqtələr
●Allah zikri həm insana aramlıq verir, həm də iman əhlini lərzəyə gətirir. Necə ki, körpə öz valideynini yada saldıqda həm rahatlaşır, həm də onlardan çəkinib özünü yığışdırır.
Bildirişlər
1. Allah qorxusu bir dəyərdir.
2. Təqva bütün kamilliklərdən öndə gəlir.
3. Vəzifənin icrasında təqvadan sonra, müqavimət və səbir əsas prinsipdir.
4. Çətinliklər qarşısında dayana bilən səbir dəyərlidir.
5. Allahla rabitə məhrumlarla rabitədən ayrı deyil.
6. İnsan təkcə sərvətindən yox, həm də elm, hörmət, sənətindən infaq edə bilər.
7. Yalnız daimi infaqın dəyəri var.
8. İnfaq edərkən orta həddi gözləmək lazımdır.
9. İnsanın mal-mülkü ilahi ruzidir.
Ayə 36:
﴿وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُم مِّن شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“Çağ dəvələri (qurbanlıq etməyi) sizin üçün ilahi ayin qərar verdik. Onlarda sizin üçün xeyir var. (Qurbanlıq zamanı) dəvələr ayaq üstə durmuşkən Allahın adını çəkin. Yanı üstə düşdükləri vaxt (canları çıxdıqda) onlardan yeyin, qane və istəməyə üzü olmayan fəqirə yedirin. Qurbanlıq heyvanları sizin üçün bu sayaq ram etdik. Bəlkə şükür edəsiniz.”
Nöqtələr
●“Budnə” sözünün cəm forması olan “budn” sözü sağlam, çağ dəvə mənasını bildirir. “Səvaff” dedikdə, dizini saf saxlamış heyvan nəzərdə tutulur.
●Yanı üstə düşmək canın çıxması mənasını bildirir. “Qane” dedikdə qane olan fəqir, “mutərr” dedikdə, ehtiyaclı olduğu halda bunu dilinə gətirməyən fəqir başa düşülür. Belələri kömək almaq məqsədi ilə sizin yaxınlığınızdan ötüşür.1
●İslamda harada yeməkdən danışılırsa, digər bir vəzifəyə də işarə olunur: “Yeyin, amma israf etməyin”2; “Yeyin və başqalarına yedirin”3; “Yeyin və saleh iş görün”4; “Yeyin və şükür edin”.5
Bildirişlər
1. İlahi mərasimlərdə səxavətlə xərcləyin.
2. Cahil ərəb elə düşünürdü ki, qurbanlıq ətdən yemək olmaz.
3. Dini mərasimlərin keçirilməsində əsas nöqtə Allahın diqqətidir.
4. Dini hökmlər vəhy yolu ilə müəyyənləşməlidir.
5. İlahi mərasimlərdə insanların da mənafeyi təmin olunur. (Bütlər üçün nəzərdə tutulmuş qurbanlıqda isə israfa yol verilir.)
6. İslamın tərbiyə məktəbində qidalanmada da ilahi məqsəd öndə dayanır.
7. Dəvənin ən yaxşı qurbanlıq üsulu onun ayaq üstə kəsilməsidir.
8. Heyvanın canı çıxmamış onun ətindən istifadə etmək olmaz.
9. Qurbanlıq ət bölüşdürülməlidir.
10. Bütün ehtiyaclı insanlara yardım əli uzadın.
11. Qurbanlıq fəqirlərin yolu üstə yerinə yetirilməlidir.
12. Heyvanların ram olması, qurbanlıq ətdən qidalanma, həcc mərasimində qurbanlıq, ixlas və ilahi rəng hər biri üçün şükür ediləsi nemətlərdir.
Ayə 37:
﴿لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِن يَنَالُهُ التَّقْوَى مِنكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ﴾
“Qurbanlıq heyvanların əti və qanı əsla Allaha çatmaz. Sizin tərəfdən Ona çatası yalnız təqvadır. Allah heyvanları sizin üçün bu sayaq ram etdi. Belə ki, sizi hidayət etdiyi üçün Allahı böyüklüyü ilə yad edəsiniz. Xeyir əməl sahiblərinə müjdə ver.”
Bildirişlər
1. Allah bizim gördüyümüz işlərə ehtiyaclı deyil.
2. Dinin zahiri məsələləri arxasında ali məqsədlər dayanır. (Dini göstərişlərin zahiri ilə kifayətlənməyək. İlahi hökmlərin batinini ixlas, bəndəlik ruhu, təslimçilik təşkil edir.)
3. İnsan Allahla təqva vasitəsi ilə rabitə yaradır.
4. Allahı böyüklüyü ilə xatırlamaq bir növ şükürdür.
5. Şükrü xüsusi tövsiyə olunmuş nemətlərdən biri də hidayət nemətidir.
6. Allahın lütfü olmasa, bütün insanlar yolunu azar.
7. Həcc və onun ayinləri hidayətin aşkar təcəssümüdür.
8. Həcc əməllərinin icrası insanı xeyir əməl sahibləri zirvəsinə qatır.
Ayə 38:
﴿إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ﴾
“Sözsüz ki, Allah iman gətirən kəsləri müdafiə edir. Həqiqətən, Allah heç bir xəyanətkar nankoru sevmir.”
Nöqtələr.
●Möminlərin müdafiəsi və onlara yardım ilahi vəd və sünnələrdəndir. Allah belə bir müdafiə və himayəni Özü üçün zəruri etmişdir.1 Əlbəttə ki, ilahi müdafiə və yardım dedikdə, təkcə dərhal və qısa müddətli himayə nəzərdə tutulur. Uzun müddətli müdafiə də bu qəbildəndir. Möminlər bir döyüşdə zahirən məğlub olsalar da, onların amalları və düşüncələri qalibdir. İbn Mülcəm Həzrət Əlini (ə) şəhadətə çatdırdı. Allah İbn Mülcəmi himayə etdi, yoxsa Əlini (ə). Əlinin (ə) adı, Əlinin (ə) övladı, Əlinin (ə) kitabı, Əlinin (ə) münacatı, Əlinin (ə) izzəti, Əlinin (ə) şiəsi, Əlinin (ə) düşüncəsi nəhayət qələbəyə çatdı.
●“Xəvvan” və “kəfur” dedikdə küfr və xəyanət ruhu xarakterinə hopmuş şəxs başa düşülür.
Bildirişlər
1. Möminlərin müdafiəsi ilə bağlı Allahın vədi hökmən gerçəkləşəsidir.
2. Möminlər tənha və müdafiəsiz deyil.
3. Allahın himayəsi əbədidir.
4. Möminlər Allahın, Allah isə möminlərin ehtiramını qoruyur.
5. Möminlər Allahın sevimlisidirlər.
6. Allahın yardım və himayəsini insana nəsib edən imandır.1
7. Allahın qəhr-qəzəbi meyarlara əsaslanır. (Allahın dini bizim əlimizdə əmanətdir və ona xəyanət etmək olmaz.)
8. Bütün insanlar Allah qarşısında eynidir və kimsənin xəyanəti bağışlanmır.
9. Xəyanətdən də pisi xəyanətə vərdiş etməkdir. Küfrdən də pisi küfrə adət etməkdir.
10. Xəyanət küfr üçün zəmindir.
11. İmanı olmayan şəxs özünə, Allaha və Allahın rəsuluna xəyanət etmişdir.
Ayə 39:
﴿أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ﴾
“Daim və məzlumcasına hücuma, qətlə məruz qalanlara müdafiə və cihad icazəsi verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.”
Dostları ilə paylaş: |