Bildirişlər
1. Düşmənlərin təkzibi yolun davamına mane olmamalıdır.
2. Kafirlərin düşmənçiliyindən qorxmayın. (Allah peyğəmbərə təsəlli verir.)
3. Tarix təkrarlanır.
4. İbrət və tərbiyə üçün tarixdən faydalanın.
5. Nuh, İbrahim və Lut öz qövmləri tərəfindən təkzib olundu. Musa isə qövmü tərəfindən yox, qibtilər tərəfindən təkzib edildi.
6. Peyğəmbərlər göndərmək Allahın sünnəsi, qanunudur.
7. Allah günahkarlara möhlət verir.
8. Günahkarlar Allahın verdiyi möhləti məhəbbət və ya xəbərsizlik nişanəsi saymasınlar.
Ayə 45:
﴿فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ﴾
“Zülmə yol vermiş nə çox şəhərləri həlak etdik; onun (divarları) tavanları başı üzərinə uçulub töküldü. Nə çox (su ilə dolu) quyu boş qaldı, nə çox uca qəsrlər (viran oldu).”
Nöqtələr
●“Xəva” sözündən olan “xaviyə” sözü uçub tökülmək, süqut etmək mənasını bildirir. “Məşid” dedikdə uca qəsr nəzərdə tutulur.
Bildirişlər
1. Allahın sitəmkarlara qəzəbi təsadüfi hadisə yox, təbii cərəyandır.
2. Tarixdən dərs alın.
3. Zülmün sonu həlakətdir.
4. Allahın qəzəbi qarşısında nə tavan, nə də sütun dayana bilir.
Ayə 46:
﴿أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ﴾
“Yoxsa onlar yer üzünü seyr etmirlər ki, həqiqəti dərk edəsi qəlbləri, həqiqəti eşidəsi qulaqları olsun? Əlbəttə, onların gözləri kor deyil, amma sinələrindəki qəlbləri kordur.”
Bildirişlər
1. Elmi və təcrübi səfərlər (seyr) dəyərli iş, məlumatı artırmaq üçün səmərəli yoldur.
2. Yer və zaman bir növ məktəbdir. Bu məktəbdə ibrət götürməyənlər məzəmmətə layiqdirlər.
3. İnsanların bir qrupu nə göndərilmiş peyğəmbərlərə, nə də batini peyğəmbəri olan ağıla tabe olmur.
4. Ağıl, qulaq və göz məlumat əldə etmə vasitələridir.
5. Qəlbin korluğu gözün korluğundan pisdir. Qəlbi kor insan heç vəchlə ibrət götürmür.
Bəli, haqq qarşısında inadkarlıq və düşmənçiliyin israrı insanı eybəcərləşdirir, onu o qədər alçaldır ki, nə ağılı həqiqəti dərk edir, nə gözü haqqı görür, nə də qulağı haqqı eşidir.
Ayə 47:
﴿وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَن يُخْلِفَ اللَّهُ وَعْدَهُ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ﴾
“Kafirlər səndən ilahi əzabın tezləşməsini istəyirlər. Halbuki Allah heç vaxt Öz vədinə xilaf çıxmaz. Rəbbinin yanında bir gün sizin saydığınız min il yerindədir.”
Nöqtələr
Peyğəmbərlərin xəbərdarlıqlarından sonra kafirlər tez-tez belə soruşurdular: “Haqqında danışdığınız ilahi qəzəb bizə nə vaxt gəlib çatacaq?” (Bu ayə Quranda 6 dəfə təkrarlanmışdır.) Hazırkı ayədə kafirlərə cavab verilir ki, tələsməyin, ilahi vəd dəyişməzdir.
Bildirişlər
1. Allahın möhlət verməsini Onun xəbərsizliyi, özümüz üçün qurtuluş kimi dəyərləndirməyək.
2. Yersiz istəklər, bəhanələr, yersiz suallar bizi süstləşdirməməlidir.
3. Zaman Allahın yanında fərqli mahiyyətə malikdir.
Ayə 48:
﴿وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ﴾
“Bir çox abadlıqlara möhlət verdim, halbuki onlar sitəmkar idilər. (Onlar bu möhlətdən tövbə üçün istifadə etmədilər.) Sonra onu qəzəbimlə yaxaladım. Qayıdış yalnız Mənə doğrudur.”
Bildirişlər
1. Sitəmkarlara möhlət verilməsi ilahi sünnələrdən biridir. Demək, tələsməyimiz yersizdir.
2. Zülm ilahi qəzəbə səbəb olur.
Ayə 49:
﴿قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُّبِينٌ﴾
“De ki, ey insanlar, həqiqətən, mən sizin üçün aşkar bir qorxudanam.”
Ayə 50:
﴿فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ﴾
“İman gətirib saleh işlər görənlər üçün bağışlanma və yaxşı ruzi olacaq.”
Ayə 51:
﴿وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُوْلَئِكَ أَصْحَابُ الْجَحِيمِ﴾
“Ayələrimizə qarşı çalışanlar və Bizi aciz qoya biləcəyini düşünənlər cəhənnəm əhlidirlər.”
Bildirişlər
1. Peyğəmbərlər özbaşına danışmırdılar.
2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.
3. Peyğəmbərin xalqı məcbur etmək haqqı yoxdur.
4. Xalqın müjdədən çox xəbərdarlığa ehtiyacı var.
5. Peyğəmbər xalqla açıq-aşkar danışır.
6. İman saleh əməldən ayrı deyil.
7. Mənəvi mükafat maddi mükafatdan öndə gəlir.
8. Yalnız minnətsiz ruzi dəyərlidir.
9. İlahi amalların həyata keçməsinə kimsə mane ola bilməz. Qoy kafirlər boş yerə çalışsınlar!
10. Kafirlərin nə yeni bir sözü, nə də məntiqi var. Onların işi yalnız haqq yolda maneə yaratmaqdır.
11. Xalqın bir hissəsi üçün cəhənnəm əbədidir.
Ayə 52:
﴿وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾
“Səndən öncə elə bir peyğəmbər göndərmədik ki, o arzu etdikdə şeytan Öz təlqini ilə onun arzularına mane olmasın. Amma Allah şeytanın bütün təlqinlərini aradan götürər, sonra öz ayələrini möhkəmləndirər. Allah elm və hikmət sahibidir.”
Nöqtələr
●Şeytanın vəsvəsələrinə, təlqinlərinə münasibətdə, xalq bir neçə qrupa bölünür:
1. Şeytanın vəsvəsələri ruhuna təsir göstərənlər.1
2. Şeytanla təmasda olub, məsələni tez bir zamanda anlayıb onu rədd edənlər.2
3. Daim şeytanla birlikdə olanlar.3
Peyğəmbərlər bu qrupların heç birinə daxil deyildirlər. Onlar məsumdurlar. Şeytan onlara yaxınlaşa bilmir, ruhlarına vəsvəsə etməkdə, onlarla təmas qurmaqda acizdir. Şeytanın peyğəmbərlərin arzularına təlqini ola bilər. Amma məlum məsələdir ki, peyğəmbərlərin proqramları onların şəxsi məsələlərindən fərqlənir.
Dostları ilə paylaş: |