Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə24/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

Nöqtələr


●İmam Sadiq (ə) “qeyb və aşkardan xəbərdardır” cümləsi haqqında buyurur: “Hələ baş verməyənlər qeyb, baş verənlər isə aşkardır.”1

Bildirişlər


1. Allahın hər şeydən xəbərdarlığı Onun şərikə ehtiyac duymadığını göstərir.

2. Allah qeyb və aşkardan eyni dərəcədə xəbərdardır.

3. Qeybdən xəbərdarlıq mühümdür və qeybi məsələlər aşkar məsələlərdən daha çoxdur. (Quranda qeyb sözü aşkardan daha çox işlənir.)

4. Peyğəmbər vəhyə münasibətdə etibarlıdır, hətta “de ki,” kəlməsini belə nəql edir.

5. Sitəmkarlar arasında olmaq insan üçün ilahi əzab təhlükəsi yaradır.

Ayə 95:


﴿وَإِنَّا عَلَى أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ﴾

Şübhəsiz, Biz onlara vəd etdiyimizi sənə göstərə bilərik.”


Nöqtələr


Allah bu ayədə Öz peyğəmbərinə təsəlli verir ki, azğınları və kafirləri cəzalandırmağa qadirdir. Amma bu əzab müəyyən səbəblərdən təxirə salınmışdır. O cümlədən:

a) Onlara tövbə üçün möhlət verilir;

b) Höccət tamamlanır, xəbərdarlıq başa çatdırılır;

v) Gələcəkdə onların nəsillərindən möminlər vücuda gəlir;

q) Rəhmət və bərəkət səbəbi olan Peyğəmbərin (s) vücuduna görə möhlət verilir.

Bildirişlər


1. Əzabın təxirə düşməsi Allahın zəifliyini göstərmir.

2. Kafirlərin aqibətini gözünüzlə görmədiyinizə görə Allahın qüdrətinə şəkk etməyin.


Ayə 96:


﴿ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ﴾

(Ey peyğəmbər,) pisliyi ən yaxşı tərzdə dəf et. (İntiqam fikrində olma.) Biz, kafirlərin vəsflərindən daha çox agahıq. (Bilirik ki, müşriklər Bizi övladı və şəriki olan, səni sehr, cadu sahibi kimi vəsf edirlər.)”


Ayə 97, 98:


﴿وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ﴾

De ki, Pərvərdigara, şeytanların vəsvəsələrindən Sənə pənah aparıram; onların mənim yanımda hazır olmasından Sənə pənah aparıram, ya Rəbb!”



Bildirişlər


1. Həzrət Peyğəmbər (s) Allahın tərbiyəsi altındadır və ona əmr olunmuşdur ki, düşmənlərin pisliklərinə qarşı ən yaxşı şəkildə rəftar etsin.

2. Pisliyə pisliklə cavab vermək olar. Amma bu üsul rəhbərlərə layiq deyil.

3. Allahın elminə iman səbirli və həlim olmağımıza gətirib çıxarır.

4. Hamilik Allahın rübubiyyət şənindəndir.

5. Peyğəmbərlər də Allaha pənah aparmalıdırlar.

6. İnsan Allaha ardıcıl və ciddi şəkildə sığınmalıdır.

7. Yeganə etibarlı sığınacaq Allahdır.

8. Şeytanın nüfuz yollarından biri bizim başqaları ilə pis rəftarımızı qabartmaqdır.

9. Şeytanlar çoxsaylıdır, onların vəsvəsələri müxtəlifdir.

10. Şeytanlar peyğəmbərlərin də imanına tamah salır.

11. Ən böyük vəsvəsə şeytanların hüzurudur.

12. Cəmiyyətdə günahkar və azğın fərdlərin mövcudluğu başqalarının fəsada sürüklənməsi üçün müqəddimədir.


Ayə 99:


﴿حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ﴾

(Onlar öz yersiz vəsflərini və çirkin rəftarlarını davam etdirirlər,) o zamana qədər ki, ölüm onlardan birinin sorağına gəlsin. Onda deyərlər: Pərvərdigara, bizi geri döndər.”


Ayə 100:


﴿لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ﴾

Ola bilsin ki, özümdən qalandan (var-dövlətdən) yaxşı bir iş görəm. (Ona deyilər:) «Heç vaxt!» Bu sözü (zahirdə) dildə deyirlər. (Amma əgər geri dönsələr, ona əməl etməzlər.) Onların sorağında ayağa qaldırılacaqları günə qədər bərzəx var.”



Bildirişlər


1. Müəyyən bir qrup üçün təkəbbür və qəflət daimidir.

2. Azğınlar bir gün qəflət yuxusundan oyanacaq və dünyaya qayıtmaq istəyəcəklər. Amma bu istək gerçəkləşəsi deyil.

3. Ömür və fürsəti əldən vermək ölüm zamanı peşmançılığa səbəb olur.

4. Kafirlər doğrudan da geri dönmək istəyərlər. Amma onların saleh əmələ qayıdışla bağlı vədləri şübhəlidir.

5. Saleh əməl ölümdən sonra üçün azuqədir.

6. Geniş imkanı olanlar daha çox saleh iş görməlidirlər.

Əlin açıq ikən çalış xeyirə,

Zaman gələr əlin çatmaz heç yerə.

7. Dünya axirət üçün əkinəcəkdir.

8. Kafirlər yalnız dildə etiraf edirlər, qəlbən islah olmurlar.



Ayə 101, 102:


﴿فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءلُونَ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ﴾

Sur üfürülən zaman, həmin gün aralarında nə qohumluq qalar, nə də bir-birlərinin halını soruşarlar. Əməl tərəzisi ağır gələnlər həmin nicat tapanlardır.”


Ayə 103:


﴿وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُوْلَئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ﴾

Əməl tərəzisi yüngül gələnlər həmin varlıq sərmayəsini əldən verənlərdir və onlar həmişə cəhənnəmdə qalarlar.”



Nöqtələr


Sual: Bəzi ayələrdə bildirilir ki, Qiyamət günü insanlar bir-birlərinə müraciət edərlər.1 Bəyan edilir ki, behişt əhli cəhənnəm əhlindən soruşar: Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?”2 Bəs nə üçün hazırkı ayədə insanların bir-birinə sual verməyəcəyi bildirilir?

Cavab: Bu iki bəyanat bir birinə zidd deyil. Xalqın bir-birini sorğuya çəkməsi hesab-kitabdan sonraya aiddir və behişt əhli ilə cəhənnəm əhli arasında baş verir. Hazırkı ayədə isə Qiyamət və hesabın başlanğıc vaxtından danışılır. Bəli, insanlar behişt və ya cəhənnəmə daxil olmazdan öncə bir-birlərinə sual vermirlər.3


Bildirişlər


1. Qiyamət sur üfürülməsi ilə başlayır.

2. Dünyaya aid iftixarlar Qiyamətdə məhv olar.

3. Bütün dünyəvi işlərin hesab-kitabı var.

4. Hər bir iş üçün mizan var.

5. İnsanın ən böyük zərəri onun öz ömrünü və istedadlarını hədərə verməsidir.

6. Yalnız Qiyamət üçün ehtiyac hazırlayanlar qurtuluş əhlidir.



Ayə 104:


﴿تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ﴾

Alov onların üzünü yandırar, cəhənnəmdə çöhrələri turşumuş olar. (Dodaqları sallanar, dişləri ağarar.)”


Ayə 105:


﴿أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ﴾

(Onlara deyilər:) «Ayələrim sizə oxunmadımı? Demək, onları yalan sayırdınız?»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin