Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə32/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

Bildirişlər


1. Adətən, çirkin insanlar çirkin işlərin, pak insanlar yaxşılıqların sorağınca gedirlər.

2. Pak nemətlərdən istifadə iman əhlinin haqqıdır.

3. Pak nəsillərin sağlam qalması Quran proqramlarındandır.

4. Pak insanları himayə etmək lazımdır.

5. Mənəviyyat maddiyyatdan öndə gəlir.

Ayə 27:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّى تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَى أَهْلِهَا ذَلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ﴾

Ey iman gətirənlər! Başqalarının evlərinə icazə almadan və onun əhlinə salam vermədən daxil olmayın. Bu göstəriş sizin xeyrinizədir. Ola bilsin ki, öyüd götürəsiniz.”



Nöqtələr


●“İstinas” dedikdə icazə istəmək, giriş üçün bildiriş nəzərdə tutulur. Rəvayətlərə əsasən, insan Allah zikri, ayaq səsi, salamla xəbərdarlıq edə bilər.3

●Bir şəxs Peyğəmbərdən (s) soruşdu: “Anamın otağına daxil olmaq üçün icazə istəyimmi?” Həzrət buyurdu: “Bəli.” Həmin şəxs dedi: “Evdə ondan başqa kimsə yoxdur, yalnız mən xidmət göstərirəm! Həzrət buyurdu: “Ananı çılpaq görmək sənə xoş gələrmi?” Həmin şəxs bildirdi: “Xeyr.” Həzrət buyurdu: “Belə isə, icazə al.”

●Digər bir rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) ailə başçısı kənarda olan qadınların otağına daxil olmağı kişilərə qadağan etmişdir.4

●Rəvayətdə oxuyuruq: “Ev əhlinə hazırlıq imkanı vermək üçün üç dəfə icazə almaq lazımdır. Əlbəttə, söhbət başqalarının evindən gedir. İnsan öz evinə qapını döyüb daxil ola bilər. Boğulanı, məzlumu, od içində olanı xilas etmək üçün icazə almaq lazım deyil.1

●Həzrət Peyğəmbər (s) bir evə daxil olmaq istəyərkən icazə üçün qapı ilə üzbəüz durmaz, qapı açılarkən evin içini görməmək məqsədi ilə onun sağında və ya solunda dayanardı.2

Bildirişlər


1. İman əhli bütün işlərdə ilahi vəhyə əsaslanmalıdır.

2. Ev əhlinin əmin-amanlığı və azadlığı qorunmalıdır. Başqalarının evinə xəbərdarlıqsız daxil olmaq haramdır.

3. Böhtan şəraitindən uzaq olun.

4. Qapının açıq olması giriş üçün icazə sayılmır.

5. İnsanların mal-mülkü möhtərəmdir.

6. Öncə mehriban rəftar etmək lazımdır.

7. İffət pərdəsinin yırtılma ehtimalı olan işlərdən uzaq olun.

8. Başqalarının mənzilinə məcburiyyət və sərtliklə daxil olmaq qadağandır.

9. Qapıya çıxan kəs yaşca kiçik olsa da, daxil olan kəs salam verməlidir.

10. Başqalarının hüquqlarına riayət edilməsi xoşbəxtliyin əsasını təşkil edir.

11. Peyğəmbər göstərişlərini unutmayaq.

12. Dini ədəb və əxlaq oyaq fitrətin nidasıdır.


Ayə 28:


﴿فَإِن لَّمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّى يُؤْذَنَ لَكُمْ وَإِن قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا هُوَ أَزْكَى لَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾

Bir şəxsi evdə tapmadıqda sizə giriş icazəsi verilənədək oraya daxil olmayın. Sizə “qayıdın” deyilsə, qayıdın (və narahat olmayın). Bu, sizin pak qalmağınız üçün daha yaxşıdır və Allah sizin əməlinizdən agahdır.”



Bildirişlər


1. Evdə bir şəxs olmadığını bilərək oraya daxil olmaq haramdır.

2. Giriş üçün hökmən icazə lazımdır. Evdən çıxmaq üçün isə ev sahibinin icazəsinə ehtiyac yoxdur. Ev sahibinin narahat olduğunu hiss etdikdə evdən çıxmaq lazımdır.

3. Xalqın evinə daxil olmaq üçün icazəyə ehtiyac var. Evə daxil olmaq üçün ya ev sahibi, ya da İslam hakimi kimi bir məsul icazə verməlidir.

4. Kiminsə evinin kənarında dayanmaq qadağandır.

5. Çağırılmamış qonağı qəbul etməmək olar.

6. Ev sahibinin üzrünü qəbul edək və məcburi şəkildə evə daxil olmayaq.

7. Səfa-səmimiyyət, yersiz istəkdən uzaqlıq İslam əxlaqının bərəkətlərindəndir.

8. Özünütərbiyə və paklanma yolu İslam qaydalarına əməl və insanların hüququna riayət etməkdən ibarətdir.

9. Bəzən insan başı daşa dəydikdə tərbiyələnib inkişaf edir. Hər dönüş uğursuzluq sayılmır.

10. İctimai rabitələrin tənzim meyarı inkişaf və paklıqdır. İlahi əmr və qadağalar inkişaf və paklıq açarıdır.

11. Allahın bizim əməllərimizdən məlumatlı olması təşviq və xəbərdarlıq rəmzidir.

Ayə 29:


﴿لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَّكُمْ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ﴾

Daxilində bir şeyiniz qalmış məskunlaşmamış evə daxil olmaq sizin üçün günah deyil. Allah sizin aşkarladığınızdan və ya gizlətdiyinizdən agahdır.



Nöqtələr


●Mehmanxana, yataqxana, dükan və hamam kimi qapısı hamının üzünə açıq olan ümumi mərkəzlər sahibi olan evlərdən fərqlənir. Həmin yerlərə daxil olmaq üçün icazəyə ehtiyac yoxdur.1

Bildirişlər


1. Faydalı bir məqsəd olmadan, vaxt öldürmək və çənə vurmaq üçün ümumi mərkəzlərə getmək qadağandır.

2. Ümumi mərkəzlərə daxil olarkən Allahı nəzərdə saxlayaq və bilək ki, Allah bizim düşüncə və rəftarlarımızdan xəbərdardır.


Ayə 30:


﴿قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ﴾

Mömin kişilərə de ki, bəzi şeylərə baxmaqdan çəkinsinlər və ayıb yerlərini hifz etsinlər. Bu, onların daha pak qalması üçün yaxşıdır. Allah onların gördükləri işdən agahdır.”



Nöqtələr


●Bu ayənin nazil olma şəni haqqında oxuyuruq: “Bir kənc gözünü yolda gördüyü qadına zilləyib onun ardınca getdi. Özünü yaddan çıxardığından başı divara dəydi və yaralandı. O, əhvalatı olduğu kimi Peyğəmbərə (s) danışdı. Sonra bu ayə nazil oldu.”1

Baxış haqqında rəvayətlər


–Həzrət Əli (ə) buyurur: “Birinci dəfə baxmağın eybi yoxdur. Növbəti baxış pisdir, çünki fitnəyə səbəb olur.”2

–Bir hədisdə oxuyuruq: “Qiyamət günü yalnız üç göz ağlamaz: Dünyada Allah qorxusundan ağlayan göz, günah görüntüyə yumulan göz, Allah yolunda oyaq qalan göz.”3

–“Səhih Buxari”də oxuyuruq: “Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xalqın yolu üstə oturmayın.” Bir qrup adam yolda oturmağa məcbur olduğunu bildirdi. Həzrət buyurdu: “Belə isə, bunun haqqını ödəyin.” Soruşdular ki, bunun haqqı nədir? Həzrət buyurdu: “Göz zilləmək və xalqı incitməkdən uzaqlıq, başqalarının salamını almaq, əmr be məruf (yaxşılığa dəvət) və nəhy əz münkər (pisliyə qadağa)”

–Həzrət İsa (ə) buyurmuşdur: “Naməhrəmə baxmaqdan çəkinin. Bu baxış qəlbdə şəhvət toxumu səpir və insanın fitnəyə düçar olması üçün bəs edir.”4

–Həzrət Əli (ə) buyurur: “Göz, qəlbi öz ardınca çəkir. Göz şeytanın qarmağıdır. Şəhvətdən qurtuluş üçün ən yaxşı yol gözü yummaqdır.”5

–Həzrət Peyğəmbər (s) buyurur: “Pis baxış şeytanın zəhərli oxlarındandır. Allah qorxusundan gözünü yuman kəsə Allah elə bir iman verər ki, insan öz daxilində bu işin şirinliyini hiss edər.”6

–Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dünyada haramla dolan göz tövbə edilməsə, Qiyamətdə odla dolacaq.”7

–İmam Sadiq (ə) naməhrəm qadına baxış haqqında buyurmuşdur: “Qadının üzünə, əlinin içinə və ayağının üstünə (şəhvətsiz) baxmaq olar.”8



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin