Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə33/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

Bildirişlər


1. Gözü haramdan qorumaq iman şərtidir.

2. Cinsi ehtirasa nəzarət olunmalıdır.

3. Günahın çeşməsi bağlanmalıdır. Təqvaya gözdən başlayaq.

4. Pak göz paklıq üçün müqəddimədir.

5. Örtük kişilər üçün də vacibdir.

6. Şəhvətli baxış və iffətsizlik insanın mənəvi inkişafına mane olur.

7. Şəhvətlə baxan insan Allahın hüzurunda olduğunu bilməlidir. Allah hüzurunda günah etməyək.

Ayə 31:


﴿وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاء بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاء بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُوْلِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاء وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

İmanlı qadınlara de ki, bəzi şeylərə baxmaqdan çəkinsinlər, ayıb yerlərini hifz etsinlər. Zahirdə olandan savay zinətlərini aşkarlamasınlar. Baş örtüklərini boyunlarına salsınlar (başlarından əlavə boyunları, sinələri örtülsün), zinətlərini ər, ata, qayınata, oğul, ərin oğlu, qardaş, qardaşın oğlu, bacının oğlu, öz qadınları, ya sahib olduqları qadın, kişiliyi olmayan xidmətçi kişilər, cinsi məsələlərdən xəbərsiz uşaqlar istisna olmaqla kimsəyə göstərməsinlər. Eləcə də, ayaqlarını yerə elə vurmasınlar ki, gizli zinətləri aşkar olsun. Ey möminlər! Hamılıqla Allaha doğru dönün və Allah dərgahına tövbə qılın ki, nicat tapasınız.”



Nöqtələr


●Allah-təala Quranda namazın hərəkətlərinin və təvafın sayını, zəkat miqdarını bildirməsə də, bu və bu kimi digər məsələləri həzrət Peyğəmbərin (s) öhdəsində qoymuşdur. Amma ailə, tərbiyə və əxlaq məsələlərində ən incə nöqtələr açıqlanmışdır.

●Allah bu ayədə qadın cinsini bildirən əvəzliyi 25 dəfə işlətməklə qadınlara xüsusi diqqət ayırmışdır.1

●İmam Sadiq (ə) buyurur: “Ayədə ayıb yerlərin qorunması dedikdə nəzərdə tutulur ki, hətta qadınlar da qadınların ayıb yerlərinə baxmasınlar və öz ayıb yerlərini başqalarından qorusunlar.”2

●“İrbə” sözü istək və ehtiyac mənasını bildirir. “Ulil-irbə” dedikdə cinsi yaxınlıq meyli olmayan xidmətçilər nəzərdə tutulur.3

●Həzrət Peyğəmbər (s) “illə li buulətihinnə” cümləsi ilə bağlı buyurur: “Allah çöhrəsini və saçlarını əri üçün bəzəməyən, ərin istəklərinə cavab verməyən qadınlara lənət etmişdir.”4

●Bəzən fərdi bir günaha görə peşmanlıq, bəzən isə günahkar bir «mədəniyyət»in dəyişməsi üçün tövbə qılınır. Ayədə zahirən ikinci məna nəzərdə tutulmuşdur. Çünki cahiliyyət dövründə qadınların boyun və sinələri açıq idi.1

●Hicabın qorunması və özünü nümayişdən çəkinməyin bir sıra səmərələri var. Onlardan bəzilərini nəzərdən keçirək: ruhi aramlıq, ailə təməlinin möhkəmliyi, nəsil-nəcabətin hifzi, sui-qəsd və təcavüzün qarşısının alınması, cinsi və psixoloji xəstəliklərdən uzaqlıq, boşanmaların azalması, intiharların əskilməsi, qanunsuz övladların və abortların sayının azalması, mənfi rəqabətlərin aradan götürülməsi, qadın şəxsiyyətinin hifzi, qadınların şəhvətpərəst göz və qəlblərdən qorunması. (Bu gün qərb və şərq dünyasını məhz bu bəla öz girdabına salmışdır.)

●“Xumur” sözü baş örtüyü mənasını bildirən “ximar” sözünün cəm formasıdır. “Cuyub” dedikdə boyun və sinə mənaları anlaşılır.


Bildirişlər


1. İffətin qorunması və haram baxışdan çəkinmək məsələsində qadınla kişi arasında fərq yoxdur.

2. Qadının cəmiyyətdə özünü nümayiş etdirməsi haramdır.

3. Bədənin öz-özlüyündə zahir olan hissələrinin (üz, əl və ayaq) görünməsinin eybi yoxdur.

4. Örtüklər arasında məqnə və böyük baş örtüyünün adı qeyd olunur. Bu diqqət hicabın əhəmiyyətini göstərir.

5. Qanunçuluqda zərurətlərə, gerçəkliklərə və ehtiyaclara diqqət yetirilməlidir. (Əgər bədənin üz, əl və ayaq kimi öz-özlüyündə görünən hissələrini örtmək vacib edilsəydi, qadınlar üçün çətinlik yaranardı.)

6. İslam bəşəriyyətin fitri və daxili ehtiyaclarına müsbət cavab verir.

7. Kişiliyi olmayan xidmətçilərdən örtünmək vacib deyil.

8. Qadının gizli zinətlərinin aşkara çıxmasına səbəb olan istənilən yeriş qadağandır.

9. Qadının mülkiyyət hüququ var.

10. Qadın öz zinətlərini yalnız müsəlman qadınlara göstərə bilər. Müsəlman qadın kafir qadın qarşısında örtünməlidir.

11. Qadının örtünməsi naməhrəm kişilərin cinsi meyli ilə sıx rabitədədir. Cinsi meyli olmayan insandan örtünmək lazım deyil.

12. Hicab və örtük vacibdir. Qadının zinətini aşkarlayan və bilindirən istənilən bir iş qadağandır.

13. Baş və üzün vacib örtük həddi başa atılan örtüyün boyun və sinəni bürüməsidir.

14. Hicablı qadın cəmiyyətə qatıla bilər. Necə ki, qadın cəmiyyət namazında heç bir mane olmadan iştirak edir.1

15. Baxış və hicabın qorunması bütün insanların vəzifəsidir. İnsan haram baxışa görə tövbə etməlidir.

16. Allah dərgahına tövbə iman şərtidir.

17. Tövbə həm vacibdir, həm də qurtuluşun açarıdır.

18. Azğınlıqdan Allah xəttinə qayıdış qurtuluş yoludur.


Ayə 32:


﴿وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ﴾

Subay oğlanlarınızı və qızlarınızı, ləyaqətli qulam və kənizlərinizi evləndirin. (Yoxsulluqdan qorxmayın,) əgər yoxsul olsalar, Allah Öz fəzli ilə onların ehtiyacını ödəyər. Allah geniş lütf sahibidir və biləndir. (O, sizin ehtiyaclarınızdan xəbərdardır və sizi təmin edəcəyini vəd etmişdir; O, Öz vədini yerinə yetirməyə qadirdir.)”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin