Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə37/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

Nöqtələr


●“Yuzci” dedikdə qayıdışla müşayiət olunan ahəstə hərəkət mənası anlaşılır.

●“Rukam” sözü sıxılma, yığılma, “vədq” sözü yağış mənasını bildirir. “Səna” dedikdə parlama mənası anlaşılır. “Səna bərqihi”, yəni şimşəyin parlaması.

●Təyyarə ilə havaya qalxıb buludları yuxarıdan aşağıya seyr edən insan onları dağ şəklində görür. Bu görüntü Quranın möcüzələrindəndir. Bəli, Quran 14 əsr öncə belə bir görüntü haqqında məlumat vermişdir.

Bildirişlər


1. Öz haqq sözünüzü nümunələr göstərməklə sübuta yetirin.

2. Varlıq aləminə diqqət Allahı tanımaq və Ona eşq üçün ən yaxşı yoldur.

3. Təbiət aləmindəki bütün hərəkətlər Allahın qüdrət və iradəsi ilə, hikmətli bir məqsədlə həyata keçir.

4. Təbii amillər Allahı əvəz etmir, sadəcə Onun iradəsinin gerçəkləşməsi üçün vasitədir.

5. Yağış və dolunun yağması, yağıntının xeyirli və ya zərərli olması Allahın iradəsindən asılıdır.

Ayə 44:


﴿يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّأُوْلِي الْأَبْصَارِ﴾

Allah gecə-gündüzü yerbəyer edir. Həqiqətən, onda (qüdrət nümayişində) bəsirət əhli üçün ibrət var.”



Bildirişlər


1. Gecə və gündüzün dəyişməsi, get-gəli təsadüfi deyil, dəqiq nizam əsasında qurulmuşdur.

2. Varlıq aləmindəki hadisələr ibrətamizdir. Onlar haqqında düşünün.

3. Bəsirət əhli olan kəs bütün zaman və məkanlardan ibrət götürə bilər.

4. Dərin düşüncə və səthi baxışdan uzaqlıq Quranın daimi göstərişlərindəndir.


Ayə 45:


﴿وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ يَخْلُقُ اللَّهُ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Allah hər bir canlını sudan yaratdı. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi dörd ayaq üstə hərəkət edir. Allah istədiyini yaradır. Çünki Allah hər şeyə qadirdir.”



Nöqtələr


●Allah-təala bu ayədə müxtəlif canlıları yada salır: sürünənlər, dördayaqlılar, quşlar.

●Heyvanların vücudu haqqında düşüncə Allahı tanımaq istiqamətində bir addımdır. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də tovuz quşu və qarışqa kimi bəzi canlılardan danışır.

●Bu ayə əvvəlki ayənin davamıdır. Yəni gecə-gündüzün yerdəyişməsi ibrət olduğu kimi, müxtəlif canlıların sudan yaranışı da bir ibrətdir.

●Ayədə belə bir məna da nəzərdə tutula bilər ki, Allah canlıların müxtəlif növlərini müxtəlif sulardan və münasib mayelərdən yaratdı.1


Bildirişlər


1. Bütün canlılar onun istəyi ilə yaradılmışdır.

2. İnsan mənəvi inkişafda olmasa, öz zahiri hərəkətləri ilə heyvandan fərqlənməz.

3. Bütün canlılar üçün ilkin maddə sudur. Sadə bir maddədən çeşidli mövcudlar yaratmaq isə Allahın qüdrətini göstərir.

Ayə 46:


﴿لَقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍ وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Həqiqətən, Biz aydınladan ayələr nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər.”



Nöqtələr


●Bəziləri “səbil” və “təriq” sözlərini “sirat” sözündən fərqləndirərək bildirirlər ki, “sirat” dedikdə heç bir dolaması və çala-çökəyi olmayan hamar yol nəzərdə tutulur.2

Bildirişlər


1. Allah açıq-aydın ayələr göndərməklə höccəti tamamlamış, son xəbərdarlıq etmişdir.

2. Hidayət Allahın işidir, ilahi ayələr isə hidayət üçün vasitədir.


Ayə 47:


﴿وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَ﴾

Deyirlər: “Biz Allaha və Onun rəsuluna iman gətirdik, tabe olduq.” Amma onlardan bir qrupu bu etirafdan sonra arxa çevirər. Onlar həqiqi mömin deyildirlər.”



Nöqtələr


●Bu və bundan sonrakı ayələr Mədinə münafiqləri haqqındadır. Onlar sözdə Peyğəmbərə (s) yardımçı olduqlarını iddia edir, əməldə müxalifətdə dayanırdılar.

Bildirişlər


1. Gözəl və aldadıcı şüarlara uymayaq, iman və sabitqədəmlik lazımdır.

2. Münafiqlər imanlı olduqlarını təkrar-təkrar iddia edir və təkidlə açıqlayırdılar.

3. Əhdi pozan şəxsin dini yoxdur.

4. İman əməldən ayrı deyil. (Hətta münafiqlər də imanı itaətdən fərqləndirmir, sadəcə, əməldə etinasızlıq göstərirdilər.)


Ayə 48:


﴿وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ﴾

Nə vaxt Allah və Onun rəsuluna doğru çağırılırlar ki, peyğəmbər onların arasında mühakimə aparsın, həmin vaxt onlardan bir qrupu üz çevirər.”



Nöqtələr


●Peyğəmbərin mühakimə və hökmü Allah hökmünün bəyanından başqa bir şey deyil. “Nisa” surəsinin 105-ci ayəsində oxuyuruq: “İnsanlar arasında Allahın sənə öyrətdiyi əsasında hökm ver.”

Bildirişlər


1. Peyğəmbər hökmünün qəbulu gerçək iman, bu hökmə müxalifət nifaq nişanəsidir.

2. Mühakimə peyğəmbərlik şənindəndir.

3. Peyğəmbərin hökmü eynən Allahın hökmüdür.

4. Tənqid edərkən insaflı olun, ağı qaraya qatmayın.

5. Ədalətli mühakimə bir qrup insana xoş gəlmir.

Ayə 49:


﴿وَإِن يَكُن لَّهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ﴾

Haqq onların xeyrinə olsa, razılıq və təslimçiliklə peyğəmbərə doğru gələrlər.”


Ayə 50:


﴿أَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ بَلْ أُوْلَئِكَ هُمُ الظَّالِمُونَ﴾

Görün onların qəlbində xəstəlik var, yoxsa şəkkə düşüblər? Bəlkə qorxurlar ki, Allah və Onun rəsulu bunların haqqını zaya çıxara? (Xeyr!) Onlar həmin zalımlardır.”



Nöqtələr


●“Həyf” sözü orta həddən çıxmaq mənasını bildirir.

Bildirişlər


1. Hər marağa və məhəbbətə etibar etməyin. (Onlar peyğəmbərin sorağına gəlirdilər, amma ilahi hökm yox, fayda əldə etmək üçün!)

2. Münafiq münasib fürsət güdür və hər görüşdə fayda axtarır.

3. Həzrət Peyğəmbər (s) münafiqlərin xeyrinə olsa belə, haqq əsasında hökm edirdi.

4. İmansızlıq ruhi bir xəstəlikdir.

5. Peyğəmbər hökmünə etirazın üç səbəbi ola bilər: ruhi xəstəlik, tərəddüd və sui-zənn (bədgümanlıq.)

6. Allaha qarşı şəkk və sui-zənn zülmdür. (Bu zülm insanın özünə, ətrafındakılara və peyğəmbərlərə qarşı yönəlmişdir.)


Ayə 51:


﴿إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ﴾

(Amma) möminlər aralarında mühakimə üçün Allah və peyğəmbərə doğru çağırıldıqda sözləri yalnız bu olur: “Eşitdik və itaət etdik.” Onlar həmin nicat tapanlardır.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin