Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə47/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   91

Bildirişlər


1. Qiyamətdə şikayət edənlərdən biri də həzrət Peyğəmbərdir (s).

2. Quranı bilərəkdən, agahlıqla tərk edənlər məzəmmət olunurlar.

3. Quranın yığılıb tərtib olunması həzrət Peyğəmbərin (s) öz dövründə baş vermişdir. Yoxsa Qurana işarə edilməz, xitab olunmazdı.

4. Quranın tənha buraxılması Peyğəmbərin (s) gileyi və bizim məsuliyyətimiz qəti, gerçək məsələlərdir.

5. Quranı sadəcə tilavət etmək bəs etmir, onu tənhalıqdan, qürbətdən çıxarmaq da lazımdır.

Ayə 31:


﴿وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ وَكَفَى بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا﴾

Biz bu sayaq hər bir peyğəmbər üçün günahkarlardan düşmən qərar verdik. Sənə yol göstərmək və himayə üçün Rəbbin yetər.”



Bildirişlər


1. Haqla batil arasındakı ziddiyyət Allahın iradəsindən kənar deyil.

2. Haqqa çağırışların həmişə müxalifi olmuşdur.

3. Başqalarının çətinliklərini yada salmaqla özünüzə təsəlli verin.

4. İnsan öncə günaha batır və tədricən peyğəmbərlərə düşmən olur.

5. İnsan günah səbəbindən haqq yoldan çıxır.

6. Çətinliklər və müxalifətlər insanı tərbiyə edir.

7. Düşmən üzərində qələbənin yeganə yolu ilahi hidayət və yardıma bağlanmaqdır.

8. Müxaliflər qarşısında Allaha təvəkkül edək.

9. Himayə və hidayət üçün Allah bəs edirsə, nə üçün başqalarına üz tutulmalıdır?!

10. Peyğəmbərlər də Allahın hidayətinə ehtiyaclıdırlar.

11. İnsan haqla batilin döyüşündə iki şeyə ehtiyaclıdır: hidayət və qüdrət.

12. Hidayət və nüsrət Allahın rübubiyyət şənlərindəndir.


Ayə 32:


﴿وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلًا﴾

Küfrə uğrayanlar dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmayıb? (Biz) bu sayaq (nazil etdik ki,) sənin qəlbini onun vasitəsi ilə möhkəmlədək. Onu tədricən, aram-aram sənə oxuduq.”


Nöqtələr


●Bəhanə axtaranlar hər an yeni bir bəhanə tapırlar. Bəzən deyirlər ki, nə üçün bizə vəhy gəlməyib? Bəzən soruşurlar ki, nə üçün vəhy mələyini görmürük, nə üçün peyğəmbərin var-dövləti, taxt-tacı yoxdur? Bəzən də irad tuturlar ki, nə üçün Quran birdəfəyə nazil olmayıb?

Halbuki Quran iki şəkildə nazil olmuşdur: mübarək «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə göndəriş, iyirmi üç il ərzində müxtəlif münasibətlərlə tədrici göndəriş.

Quranın tədricən nazil edilməsinin əsər və dəlilləri:

1. Tədrici nazil olma həzrət Peyğəmbərlə (s) vəhy qaynağı arasında daimi rabitə və həzrətin qəlbinin möhkəmlənmə amilidir. Bu tədricilikdən aydın olur ki, risalət (peyğəmbərlik) davamı olmayan qığılcım deyil.

2. Canlı və kompleks din günün hadisələri ilə güclü rabitədə olur. Hadisələr isə birdəfəyə yox, tədricən baş verir.

3. Xalqın bütün əmr və qadağalara birdəfəyə əməl etməsi çətin idi və sıxıntıya səbəb ola bilərdi.

4. Quranın hər surə və hər ayəsi təklikdə möcüzədir. Tədrici göndəriş möcüzələrin ardıcıl göndərişi kimi idi və hər möcüzə düşmənlərin sıxıntıları qarşısında Peyğəmbərin (s) qəlbi üçün təsəlli olurdu.

5. Hər ayənin ehtiyac əsasında nazil olması ilə bütün ayələrin ehtiyaclar nəzərə alınmadan nazil olması arasında böyük fərq var.

6. Bəzi ayələr xalqın suallarına cavab olur. Demək, öncə sual bəyan olunmalıdır, sonra cavab olaraq ayə nazil olmalıdır.

7. Bəzi ayələr və hökmlər müəyyən bir müddət üçün nazil olmuşdur. Bu səbəbdən də onları əvəz edən ayələr gəlməlidir.


“Tərtil” nədir?


–Həzrət Peyğəmbər (s) buyurur: “Quranı aydın bəyanla oxumaq tərtildir. Onun incəlikləri ilə rastlaşdıqda dayanın, ruhunuza və qəlbinizə səfa verin, tilavətdə məqsədiniz surəni başa vurmaq olmasın.”1

–Həzrət Əli (ə) buyurur: “Tərtil dedikdə vəqf və hərflərin əda qaydalarına əməl etmək nəzərdə tutulur.”2

–İmam Sadiq (ə) buyurur: “Tərtil dedikdə Quranı gözəl və aram oxumaq, vəqf etmək (dayanmaq), od və əzab ayələri oxuduqda Allaha pənah aparmaq, Behişt ayələrini tilavət etdikdə dua etmək, mehriban Allahdan Behişt diləmək nəzərdə tutulur.”3

Bildirişlər


1. Rəhbərin arxayın, möhkəm və aram qəlbi olmalıdır.

2. Peyğəmbər tərbiyəsinin nəticəsi məlumat əldə edilməsi yox, qəlblərin aramlığıdır.

3. Təlim-tərbiyə tədrici olmalıdır.

Ayə 33:


﴿وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا﴾

Sənə elə bir məsəl çəkmədilər ki, onun haqq cavabını ən üstün bəyanla sənə bildirməyək.”



Nöqtələr


●Qurani-Kərim bu ayədə Peyğəmbərə (s) xitabən buyurur ki, müxaliflərin sözləri ya batildir və Biz onun müqabilində sənə haqqı bildirdik, ya haqdır və Biz onların dediyi haqdan da üstün və yığcamını sənə bəyan edirik.

Bildirişlər


1. Quran əhatəli bir kitabdır və bütün iradlara cavab verir.

2. Peyğəmbərlər müxaliflərlə mübarizədə idilər və onlarla dəlillər əsasında rəftar edirdilər.

3. Allah Öz peyğəmbərlərini müdafiə edir, kafirlərin batil sözlərinə haqq kəlamla cavab verir.

4. Müxaliflərin sözləri və dəlilləri cavabsızdır.

5. Haqq batilə qalibdir.

6. Peyğəmbərlərin məqsədi haqqın bərqərar olmasıdır.

7. Deyilən söz məntiqə və həqiqətə əsaslanmalıdır.

8. Peyğəmbərin elmi və buyruqları Allah tərəfindəndir.

9. Başqalarının danışıq və etirazına üstün sözlərlə cavab verək.

Ayə 34:


﴿الَّذِينَ يُحْشَرُونَ عَلَى وُجُوهِهِمْ إِلَى جَهَنَّمَ أُوْلَئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا﴾

Onlar Cəhənnəmə üzləri üstə sürünərək gətirilərlər. Onların yeri ən pis yerdir və ən azğın yolu gedirlər.”



Bildirişlər


1. Müxaliflərin peyğəmbərə yönəlmiş təhqirləri Qiyamətdə onların özlərini yaxalayar.

2. Peyğəmbərlərə irad tutanlar xalqın ən azğın fərdləridir.


Ayə 35:


﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا﴾

Həqiqətən, Musaya kitab (Tövrat) əta etdik və qardaşı Harunu ona köməkçi qərar verdik.”



Ayə 36:


﴿فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا﴾

Həmin iki şəxsə dedik: “Ayələrimizi təkzib edən qövmə doğru gedin.” Sonra onları (kafirləri inadlarına görə) tamam məhv etdik.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin