Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə49/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   91

Bildirişlər


1. Müşriklər İslam Peyğəmbərinin (s) dediyi sözlərin təsirini etiraf edirlər.

2. İnsan bəzən o qədər dolaşıq düşünür ki, hidayəti azğınlıq sayır.

3. Yeganə şüurlu Allahı qəbul etməyənlər çoxsaylı şüursuz bütləri Allah əvəzinə qəbul edəcəklər.

4. Səbr və müqavimət bəzən dəyər yox, inadkarlıq sayılır. Azğın yolda səbir və müqavimət bu qəbildəndir.

5. İslam proqramları günahkar olmayan insanları cəzb edir və yalnız inadkarlar məhrum qalırlar.

Ayə 43:


﴿أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا﴾

Nəfs istəklərini özünə tanrı seçəni gördünmü? Sən ona vəkil ola bilərsənmi (onu hidayət edə bilərsənmi)?”



Nöqtələr


●Haqdan başqa istənilən bir məbuda nəfs istəyinə (“həva”) deyilir.1

Ayə və rəvayətlər baxımından nəfsə uyma (“həvapərəstlik”):

–Nəfsə uyma qəflət qaynağıdır.2

–Nəfsə uyma küfr qaynağıdır.3

–Nəfsə uyma ən pis azğınlıqdır.4

–Nəfsə uyma ədalətli mühakiməyə imkan vermir.5

–Nəfsə uyma fəsad qaynağıdır.6

–Nəfsə uyma qəm-qüssə qaynağıdır;

–Nəfsə uyanın imanı yoxdur;

–Nəfsə uyan ağılsızdır;

–Nəfs istəklərinə itaət və bidətlərin yaranması fitnənin başlanğıcıdır;

–Azğın nəfs istəkləri insanı kor edir, haqqı batildən seçmə gücünü ondan alır;

–İnsanlar arasında ən şücaətlisi azğın nəfs istəyinə qalib gələn şəxsdir;

–həzrət Peyğəmbər (s) buyurmuşdur: “Azğın nəfs istəyi ona görə “həva” adlandırılmışdır ki, öz sahibini alçaldır.”7


Bildirişlər


1. Bütpərəstliyin kökü nəfsə itaət, həvapərəstlikdir.

2. Hər bir insan fitrətən Allah axtarışındadır. Amma bəziləri həqiqi məbudu müəyyənləşdirməkdə səhvə yol verir.

3. Peyğəmbər (s) nəfsə uyanları məcburi şəkildə hidayət etməyə vəzifəli deyil.

4. İnsan ixtiyar sahibidir.

5. Tərbiyə və iman məcburi və ikrahla olmamalıdır.

Ayə 44:


﴿أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا﴾

Güman edirsən ki, kafirlərin əksəri (haqqı) eşidir və düşünür? Onlar yalnız dördayaqlılar kimidirlər, hətta daha da azğındırlar. (Çünki insanın dəyəri onun düşüncə və baxışındadır.)”



Nöqtələr


●Quran kafirləri tənqid edərkən “əksər” sözünü işlədir ki, hidayət olanlar başqalarından seçilsin.

Sual: Nə üçün düz yolda olmayan insan dördayaqlıdan pis sayılır?

Cavab:

1. Heyvanda təkamül imkanı yoxdur. Amma insan belə bir imkana malikdir və onun üçün təkamül şəraiti yaradılmışdır.

2. Heyvanın ağlı yoxdur ki, yaxşını pisdən, haqqı batildən seçsin. Amma azmış insan düşüncəli olduğu halda, bu düşüncəni ayaq altına alıb nəfs istəyi arxasınca qaçır.

3. Heyvan sabit bir meyl ardınca gedir. Azğın insan isə yüzlərlə həvəs dalınca qaçır.

4. Azğın insan həm əyri yolla gedir, həm də öz azğınlığına don geyindirir.

5. Heyvan ona məhəbbət göstərən insana tabe olur. Azğın insan isə mehriban Allahı inkar edir və o çox nankordur.

6. Heyvanlar agah şəkildə Allaha təsbih deyir.1 Azğın insanlar isə zikr və təsbihdən uzaq, Allahdan qəflətdədirlər.

7. Heyvanlar üçün ilahi əzab nəzərdə tutulmur. Azğın insan isə Allahın qəhr-qəzəbinə düçar olasıdır.

Hədisdə deyilir: Allah-təala

Xilqəti yaratdı üç növ ,üç halda:

Bir növdə ağıldan başqa heç nə yox,

Mələk çağrılarlar, səcdələri çox.

Elmdən payı yox ikinci növün,

Qarın dolu olsun, heyvan tək sevin.

Üçüncü növ isə sənsən ey Adəm,

Yarın heyvandandır, yarın mələkdən.

Əvvəlki iki növ hesabdan azad,

Sənsən iki yandan görərsən əzab.

Bir dəstə qərq olmuş başdan-ayağa.

İsa tək mələkdən durmuş qabağa,

Baxanda Adəmdir, içi Cəbrail,

Yendirmiş nəfsini göylərə mail.

Sürüyə qatılmış o biri dəstə,

Daim nəfs ardınca qaçmaq həvəsdə.


İnsanın mayası yoğrular ikən

Alınmış heyvandan, həm də mələkdən.

Bir yana yönəlsə, olası heyvan,

Üz tutsa o yana, mələkdir insan.


Bildirişlər


1. İnsan doğru yola yönəlmək üçün batini peyğəmbər (ağıl) və zahiri peyğəmbəri dinləməlidir.

2. Küfr və peyğəmbərlərin dəvətini inkar etmək düşüncəsizlikdir.

3. Allahın xəlifə seçdiyi insan öz fitrətini unutmaqla heyvandan da aşağı alçalır.

Ayə 45:


﴿أَلَمْ تَرَ إِلَى رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاء لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا﴾

Görmürsənmi Rəbbin kölgəni necə yayıb? Əgər istəsəydi, onu tərpənməz qərar verərdi. Sonra günəşi ona dəlil və göstərici qərar verdik.”


Ayə 46:


﴿ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا﴾

Sonra o kölgəni (aram-aram) Özümüzə doğru yığarıq.”


Nöqtələr


●İmam Baqir (ə) buyurmuşdur: “Ayədə «yayılmış kölgə» dedikdə fəcr tülusu (günəşin doğuşu) və qürub arası kölgə nəzərdə tutulur.”1 Bəziləri gecənin və ya günortadan sonranın kölgəsinin nəzərdə tutulduğunu bildirsələr də, “sonra günəşi ona dəlil və göstərici qərar verdik” cümləsinə əsasən İmamın (ə) buyruğu qəbul olunmalıdır.

Bəsirət sahibi kölgəni görüb,

Günəşin nuruna olası əmin

Dəlilsiz baş vurma dərinliklərə,

«Xəlil»tək sən ol əhli-yəqin.

Bildirişlər


1. Xalqın Allahı tanıması üçün ən yaxşı yol varlıq aləmində ilahi hikmət əsasında baş verənlər haqqında düşünməkdir.

2. Yerin öz oxu və günəş ətrafında dövr etməsi təsadüfi deyil. Bu iş hikmət və tədbirə əsaslanır.

3. İnsan nemətlər içində qərq olsa da, həmin nemətlərə ibrət gözü ilə baxmır.

4. Kölgənin yayılması və müddətinin uzanması tərbiyə, inkişaf və çiçəklənmə üçündür. (Əgər nur sabit, kölgə daimi olsaydı, hər şey ya yanar, ya da donardı.)

5. Allahın təbiətdə böyük dəyişikliklər etməyə qüdrəti çatsa da, O Öz qayda-qanunlarını tərk etmir.

6. Varlıq aləminin davamlı hərəkəti Allahın əlindədir.

7. Günəş və işığın varlığı əsasında kölgəni tanımaq mümkündür. Hər şey öz varlığının ziddi əsasında tanınır.

8. Varlıq aləminin hərəkəti, təbiətdəki dəyişikliklər Allahın işidir.

9. Varlıq aləmi tədricən, aram-aram və altı mərhələdə yarandığı kimi, ondakı dəyişikliklər də tədricən baş verəcək.

10. Nəyisə geri almaq Allah-təala üçün çətin deyil.


Ayə 47:


﴿وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا﴾

O sizin üçün gecəni örtük, yuxunu aramlıq, gündüzü oyanış (səy) vaxtı qərar verən kəsdir.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin