Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə64/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

Bildirişlər


1. Yaxınlara məhəbbət və dua onların nöqsanlarını tənqidlə müşayiət olunmalıdır.

2. Qiyamətdə dünya müqavilələri səmərəsizdir, pak qəlbdən savay heç nəyin faydası yoxdur.

3. Ümid və qorxu yanaşı olmalıdır.

4. İnsan istənilən bir mərhələdə Qiyamətdən qəflətdə qalmamalıdır.

5. Qiyamətdə başqaları da bizim eyblərimizdən xəbər tutur. Çünki rüsvayçılıq o yerdə bizi yaxalayır ki, başqaları bizim rəftar və düşüncələrimiz agah olsunlar.

6. Xarlıq və rüsvayçılıq Qiyamətin ən çətin hallarındandır. Həzrət İbrahim (ə) Qiyamət gününün çətinlikləri arasında rüsvayçılığı qeyd edib kömək diləyir.

7. Qiyamətdəki təhqir və xarlıq cəhənnəm əzabından pisdir.1

8. Dünyada dəyərli sayılan bir çox şey axirətdə öz dəyərini itirər. “Mal” maddi, “bənun” (övladlar) mənəvi yönümlərə işarədir. Yəni Qiyamətdə var-dövlət, övlad, məqam, ad-san və diplomun heç bir faydası yoxdur.


Ayə 90, 91, 92:


﴿وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ﴾

(Həmin gün) Behişt təqvalılar üçün hazır olar. Şölələnmiş od azğınlara göstərilər. Onlara deyilər: Pərəstiş etdiyiniz haradadır?”



Ayə 93:


﴿مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ﴾

Onlar Allahın əvəzində sizə kömək edər, yoxsa özlərini qoruya bilərlər!?”


Ayə 94-95:


﴿فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ﴾

Bütün azğın məbudlar və abidələr Cəhənnəmə atılar. İblisin bütün qoşunları da (cəhənnəmə salınar).



Nöqtələr


●“Uzlifət” dedikdə yaxınlaşma, “burrizət” dedikdə zahir olma mənaları anlaşılır. “Ğavin” sözü əqidə fəsadlarından olan şər və cəhalət mənasını bildirir. “Kubb” dedikdə yerə dəymək mənası nəzərdə tutulur. “Kubkib”u sözü ardıcıl şəkildə yerə dəymək mənasını bildirir. Cəhənnəm əhli pillədən aşağı yuvarlanan və hər pillədə yerə dəyən daş kimi ardıcıl süqut edir.

●İmam Baqir (ə) və imam Sadiq (ə) buyurur: “Bu ayədə ədalətdən danışıb əməldə ədalətli olmayanlar da nəzərdə tutulur.”2

●“Ətyəbul-bəyan” təfsirinin müəllifi belə hesab edir ki, Behiştin yaxınlaşması və Cəhənnəmin görünməsi dedikdə möminin qəbrinə Behiştdən, kafirin qəbrinə Cəhənnəmdən qapı açılması nəzərdə tutulur.

Bildirişlər


1. Təqvalı (pəhrizkar) möminin məqamı Behiştdən ucadır. Ona görə də Behişt möminin gəlişi üçün hazırlanır. Bəli, Behişt bütün əzəmətinə baxmayaraq dünyada günahdan uzaq olmuş möminin görüşünə gətirilir.

2. İlahi müjdə ilahi xəbərdarlıqdan öndə gəlir.

3. Cəhənnəm və əzab vasitələrinin müşahidəsi özü də Cəhənnəm əhli üçün bir növ əzabdır.

4. Danlaq da Qiyamətin ruhi əzablarındandır.

5. İnsanın taleyində onun etiqadlarının mühüm rolu var.

6. Qiyamətdə insandan onun əqidə və düşüncələri haqqında soruşular.

7. Bütün insanlarda pərəstiş ruhiyyəsi var. Amma onlardan bir hissəsi çaşqınlığa sürüklənir.

8. Həm uydurma məbudlar, həm də azğın abidlər Cəhənnəmə gedərlər.



Ayə 96-97:


﴿قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ﴾

Onlar cəhənnəmdə bir-birləri ilə höcətləşən halda deyərlər: “And olsun Allaha ki, doğrudan da biz aşkar azğınlıq içində olmuşuq.”


Ayə 98-99:


﴿إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ﴾

Çünki sizi aləmlərin Rəbbinə bərabər bilirdik. Bizi günahkarlardan başqa kimsə azdırmadı.”



Nöqtələr


●Bütünlüklə salamatlıqdan ibarət Behişt fəzasından fərqli olaraq cəhənnəm fəzası daim danlaq, sıxıntı və lənətlə doludur. Ardıcılların azğın rəhbərlərə nifrini, günahkarların şeytanı məzəmməti, məbudların müşriklərə lənəti, günahkarların bir-birini qınağı bu mühiti əhatə etmişdir. Quranda uyğun mövzu ilə bağlı bir çox ayələr mövcuddur.

Bildirişlər


1. Cəhənnəm əhli arasında höcətləşmə və düşmənçilik mövcuddur. (Müşriklər daim öz məbudları ilə didişmədədirlər.)

2. Qeyri-müqəddəs və qeyri-ilahi eşqlər Qiyamətdə kin-küdurətə çevriləsidir.1

3. Qiyamətdə vicdanlar oyanar.

4. Bir şəxsi və ya bir şeyi Allahla bərabər tutmaq şirk etmək sayılır.

5. Qiyamətdə hər fərd öz təqsirini başqasının boynuna atar.

6. Qiyamətdə müşriklər öz rəhbərlərindən şikayət edərlər.


Ayə 100-101:


﴿فَمَا لَنَا مِن شَافِعِينَ وَلَا صَدِيقٍ حَمِيمٍ﴾

Nəticədə (bu gün) bizim üçün nə şəfaətçi var, nə də səmimi bir dost.”



Ayə 102:


﴿فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ﴾

Əgər (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq.”


Ayə 103-104:


﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

Həqiqətən, bunda (bu sərgüzəştdə) ibrət dərsi, nişanə var. Amma onların çoxu iman gətirən deyildi. Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”



Nöqtələr


●“Məcməül-Bəyan” təfsirində nəql olunmuş rəvayətlərdə bildirilir ki, məsum imamlar şiələrə şəfaət edəcəkləri ilə bağlı and içmişlər.

●İmam Sadiq (ə) buyurmuşdur: “Mömin şəxs həmin gün öz əhli-beytinə şəfaət edər.”1

●İmam Sadiq (ə) buyurmuşdur: And olsun Allaha, Qiyamət günü biz də öz şiələrimizə elə şəfaət edərik ki, azğınların səsi göyə ucalar.”2

●Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü Quran, mömin yaxınlar, Peyğəmbər (s) və onun Əhli-beyti (ə) şəfaət edər.”3


Bildirişlər


1. Qiyamətdə şəfaət ediləcəyi şübhəsizdir. Amma müşriklər də daxil olmaqla bir zümrə bu şəfaətdən bəhrələnməz.

2. Dünyada günahkarlarla dostluq Qiyamətdə səmərəsiz olar.

3. İnsan Qiyamətdə də yaxşı dosta ehtiyaclıdır.

4. Qiyamətdə şəfaət əldə etmək üçün iman şərtdir.

5. Qiyamət günü həsrət, peşmançılıq günüdür.

6. Xalq qurtuluş istəmədikdə və inadkarlıq göstərdikdə hidayət üçün böyük ilahi nişanə də faydasız olar.

7. Qüdrət olan yerdə mehribanlıq ilahi bir sifətdir.

8. Ey Peyğəmbər əksəriyyətin yolunu azmasına görə nigaran qalma. Çünki sən Bizim xüsusi himayəmiz altındasan.

9. Allahın azğınlara möhlət verməsinin səbəbi acizlik yox, Onun rəhmət və lütfüdür.

Ayə 105:


﴿كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ﴾

Nuh qövmü peyğəmbərləri təkzib etdi.”


Ayə 106-107:


﴿إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ﴾

O vaxt qardaşları Nuh onlara dedi: «Yoxsa (Allahdan) çəkinmirsiniz? Həqiqətən mən sizin üçün etibar olunan peyğəmbərəm.»


Ayə 108-109:


﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

Allahdan çəkinin və mənə itaət edin. Mən bu risalət müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi tərəfindəndir.”


Ayə 110-111:


﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ﴾

Allaha münasibətdə təqvalı olun və (göstərişlərimə) itaət edin. Onlar iman gətirmək əvəzinə dedilər: «Yalnız səfillər sənə tabe olduğu vaxtımı sənə iman gətirək?!»




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin