Nöqtələr
●“Zubur” sözü “zəbr” sözündən götürüldükdə “yazmaq”, “zəbur” sözündən götürüldükdə kitab mənasını bildirir.
●Qurana yüngül yanaşmayaq. Çünki bu Kitab aləmlərin Rəbbi tərəfindəndir, vasitəçi Ruhul-əmindir, onun müqabil tərəfi Peyğəmbərin (s) pak qəlbidir, məqsədi xalqı oyatmaqdır, dili fəsahətli və bəlağətlidir, ondakı müjdə əvvəlki kitablarda da bəyan olunmuşdur.
●Həzrət İsmail, Hud, Saleh və Şüeyb ərəb dilində danışmışlar.1
●Vəhy mələyinin bir neçə adı var: Ruhul əmin, Ruhul-qudus, Şədidul-qova, Rəsulun-kərim və Cəbrail. Cəbrailin Ruh adlandırılmasının səbəbi ruhların dirçəldilməsində onun vasitəçiliyi və ya özünün ruhani mövcudluğu ola bilər.
Bildirişlər
1. Quran peyğəmbərin eşitdikləri və toxumaları yox, ilahi vəhydir.
2. Quran qeyb dünyasından hazırkı dünyaya nazil olmuşdur... Vəhy göndərən kəs bütün varlığı idarə və tərbiyə edən kəsdir. (Səmavi qanunlar yaranış nizamı ilə həmahəngdir.)
4. Vəhyin nazil olması təkamül vasitəsidir və Allahın rübubiyyət şənlərindəndir.
5. İlahi sünnə vasitələrlə həyata keçir.
6. İlahi vəhy artırılıb-əskildilmədən nazil olunur.
7. İnsan qəlbi həqiqətlərin qəbul mərkəzidir.
8. Bir şeyə tam əmin olmamış bu barədə ciddi xəbərdarlıq edə bilmərik.
9. Xəbərdarlıq üçün peyğəmbərlər göndərmək ilahi sünnədir.
10. Qafil şəxs qorxutma və xəbərdarlıqla oyanır. Quranda müjdədən çox qorxutma vasitəsinə yer verilir.
11. Təbliğ aydın və xalqın dilində olmalıdır.
12. Qurandakı müjdələr əvvəlki səmavi kitablarda da qeyd olunmuşdur. Məsələn, peyğəmbərin gəlişi Tövrat və İncildə müjdə verilmişdir.2
13. Proqramlaşdırma və müdiriyyətdə gələcək nəsillərin inkişafı, hidayəti və fəaliyyəti üçün zəmin hazırlayın.
14. Quranın məzmun və mahiyyəti əvvəlki səmavi kitablarda da olmuşdur. Amma onun kəlmələri həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil edilmişdir.
Ayə 197:
﴿أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاء بَنِي إِسْرَائِيلَ﴾
“Bəni-İsrail alimlərinin ondan (Qurandan) xəbərdarlığı müşriklər üçün dəlil deyilmi?!”
Ayə 198:
﴿وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الْأَعْجَمِينَ﴾
“Əgər Biz Quranı qeyri-ərəblərdən bəzisinə nazil etsəydik...”
Ayə 199:
﴿فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ﴾
“(Nazil ediləni) onlara oxusaydı, ərəblər ona iman gətirməzdilər.”
Nöqtələr
●İmam Sadiq (ə) buyurmuşdur: “Qeyri-ərəblərin dəyər və fəziləti budur ki, onlar ərəb dilində Qurana üz tutmuşlar. Amma əgər Quran qeyri-ərəb dilində nazil olsaydı, ərəblərdən bəzisi iman gətirməzdi.”1
Bildirişlər
1. ”Müqəssir”, yəni imkanı çatdığı halda öyrənməyən cahilin üzrü qəbul deyil. Alimlərinizdən soruşmadığınız halda məzəmmətə layiqsiniz.
2. Bəni-İsrail alimləri Quranın ilahi kitab olmasını bilirdilər.
3. Təbliğ və tərbiyədə qarşı tərəfin milli hisslərinə və dilinə diqqətli olun.
4. Təəssüb və millətçilik haqqın qəbuluna mane olur.
5. Ərəb qövmündə təəssüb və millətçilik hissləri güclüdür.
Ayə 200, 201, 202:
﴿كَذَلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ لَا يُؤْمِنُونَ بِهِ حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ﴾
“Biz Quranı bu sayaq (səlis və aşkar bəyanla) günahkarların qəlbinə yatırdıq. (Amma onlar) dərdli əzabı görməyincə iman gətirməzlər. (Bu əzab) qəfildən və xəbərsiz olduqları halda onların sorağına gələr.”
Ayə 203-204:
﴿فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ﴾
“Deyərlər: «Görən bizə möhlət veriləcəkmi?» Yoxsa əzabımızın nazil olmasına tələsirlər (soruşurlar ki, Allahın qəzəbi nə vaxt nazil olar)?”
Ayə 205-206:
﴿أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ ثُمَّ جَاءهُم مَّا كَانُوا يُوعَدُونَ﴾
“Gördünmü, əgər onları illərcə (nemətlərimizdən) bəhrələndirsək də, vəd olunmuş əzab onlara yetişəcək.”
Nöqtələr
●Rəvayətdə oxuyuruq: “İslam Peyğəmbəri (s) yuxuda gördü ki, Bəni-Üməyyə onun minbərinə çıxır və xalqı azdırır. Həzrət yuxudan pərişan oyandı. Bu vaxt Cəbrail hazırkı ayələri gətirdi.1
Bildirişlər
1. Allah hətta kafirlərə də xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. Quran kafirlərə təqdim edilir, onların qəlbinə ötürülür.
2. Qabiliyyət olmayan yerdə Quran da təsirsizdir.
3. Günah insandakı hidayət zəminini məhv edir.
4. Quran qeyri-ərəb dilində nazil olsaydı, Məkkənin müşrik ərəbləri iman gətirməzdi. İlahi kitab aydın ərəb dilində nazil olmuş və onun buyruqları qəlblərə çatdırılmışsa da, bir çox ərəblər iman gətirmirlər.
5. Bəla yetişən məqamda iman gətirmək faydasızdır.
6. Allahın möhləti bizi arxayınlaşdırmasın. Çünki ölüm və ilahi əzab qəfildən gəlir.
7. Günahkar insan ölüm məqamı möhlət diləyir.
8. Bir gün yatmış vicdanlar oyanasıdır.
9. İlahi əzabı görməyə tələsənlər bir gün bu əzabdan qurtuluş üçün möhlət istəyəcəklər.
10. Möhlətin qara qəlbli insanlara faydası yoxdur.
Ayə 207:
﴿مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ﴾
“Bəhrələndikləri şey əzabı uzaqlaşdırmaq üçün karlarına gəlmədi.”
Ayə 208-209:
﴿وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ﴾
“Qorxuducu bir peyğəmbər göndərməmiş Biz heç bir məntəqəni həlak etmədik. (Peyğəmbərlər göndərdik ki,) öyüd-nəsihətə səbəb olsun. Biz zalım deyildik (ki, xəbərdarlıqsız cəzalandıraq).”
Nöqtələr
●Allah hər bir fərd və qövmü xəbərdarlıqdan sonra həlak edir. Xəbərdarlıqsız cəzalandırma zülmdür. Zülm isə Allahın şənində deyil. Quran bu həqiqəti müxtəlif ayələrdə bəyan etmişdir: “Biz onlara zülm etmədik.”2; “Allah zülm istəməz”3; “Zülm etmək Allahın şənində deyil.”4; “Onlara azca da zülm olunmayacaq.”1; “Allah xurma dənəsinin sapı qədər və ondan da az zülm etməz.”2; “Allah zərrə ağırlığında zülm etməz.”3
Dostları ilə paylaş: |