Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə74/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   91



NƏMLSURƏSİ

(27-ci surə, 93 ayə)

On doqquz, iyirminci cüzlər

“Nəml” surəsinin siması


93 ayədən ibarət olan bu surənin 18-ci ayəsində qarışqalar və həzrət Süleymanın (ə) əhvalatından danışıldığından surə “Nəml” (“qarışqa”) adlandırılmışdır. Amma bu surə “Süleyman” və “Ta-sin” adları ilə də tanınır.

Surə bütünlüklə Məkkədə, müxtəlif münasibətlərlə nazil olmuşdur. “Bismillahir-rəhmanir-rəhim” cümləsi bu surədə iki dəfə bəyan olunmuşdur: başlanğıcında və 30-cu ayədə; həzrət Süleymanın Səba mələkəsinə yazdığı məktubun əvvəlində.

Surədə həzrət Musa, Süleyman, Saleh və Lut kimi dörd böyük peyğəmbərin öz dövrünün azğınları ilə mübarizələri bəyan olunmuşdur. Bu əhvalatların ən genişində həzrət Süleymanın Səba mələkəsi ilə münasibətlərindən, mələkənin Allaha necə iman gətirməsindən danışılır.

Surənin qalan hissəsində hud-hud (şanapipik) kimi quşların, qarışqa kimi həşəratların danışığı, Süleyman qoşununda və sarayında cinlərin hüzuru, nəhayət Bilqeysin taxtının Yəməndən Şama bir göz qırpımında gətirilməsi bəyan olunur.



Rəhman və rəhim Allahın adı ilə


﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1:


﴿طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ﴾

Ta-sin; budur Quranın və aydın Kitabın ayələri.”


Ayə 2, 3:


﴿هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ﴾

(Bu ayələr) iman əhli üçün hidayət və müjdədir. O kəslər ki, namaz qılar, zəkat ödəyərlər. Axirətə əmin olanlar da yalnız onlardır.”



Nöqtələr


●Zəkat dedikdə iki məna nəzərdə tutula bilər: biri şəriətdə nəzərdə tutulmuş zəkat, digəri istənilən şəkildə ehtiyaclılara göstərilən yardım. Bu ayədə zəkatın ikinci mənası nəzərdə tutulmuşdur. Çünki surə Məkkədə nazil olmuşdur və həmin vaxt rəsmi zəkat göstərişi verilməmişdi.

●“Mubin” sözü həm “aydın”, həm də “aydınladan” mənasında işlənə bilər.


Bildirişlər


1. İlahi sünnələrdən, qanunlardan biri budur ki, vəhy və malik olduğu məqama və üstünlüyünə baxmayaraq əli çatan bir yerdə qərar verilir.

2. Danışıq və dinləmə yolu ilə dəvət yazı və oxu ilə dəvətdən daha geniş əhatəyə malikdir. (Quran sözü kitab sözündən öncə gəlmişdir.)

3. Peyğəmbərlərin hərəkəti maariflə, oxu və yazı ilə müşayiət olunur.

4. Quran yetərincə böyük kitabdır.

5. Quran xalqın dərk edə biləcəyi bir kitabdır.

6. Dəvət və təbliğ aydın məzmuna, iti və qəti üsluba malik olmalıdır.

7. Hidayətin dərəcələri, mərhələləri var: ibtidai hidayət (xalq üçün) və tamamlayıcı hidayət (möminlər üçün).

8. Yazılı olması, aydınlığı, hidayəti və müjdəsi Quranın imtiyazlarındandır.

9. Quranın əsas missiyası hidayət və müjdədir. Quranda digər elmlərə və məsələlərə diqqət verilməsi ikinci dərəcəlidir.

10. İman hidayət və qurtuluş açarıdır.

11. Hidayətdə əsas şərt qabiliyyətdir.

12. Yaxşılığı genişləndirmək üçün xeyir əməl sahiblərini mədh edək.

13. Tərif insanın ad və ünvanına yox, yaxşı işinə ünvanlanmalıdır.

14. Əməl iman nişanəsidir.

15. Davamlılıq üçün hətta namaz və zəkat əhli olan möminlərin belə ilahi hidayətə ehtiyacları var. Qiyamətdə də insan müəyyən hidayətə möhtac olur.1

16. Düzgün və kamil namaz dəyərlidir. (Namazın bərpası dedikdə onu zəruri şərtlər əsasında yerinə yetirmək nəzərdə tutulur.)

17. Allahla rabitə xalqla rabitədən müqəddəmdir. (Öncə namaz, sonra zəkat qeyd olunur.)

18. Namaz və Allahla rabitə digər xeyir işlər üçün zəmin yaratdığından öncə qeyd olunur.

19. Əməlin davamlılığı ona dəyər verir.

20. İslamın imtiyazlarından biri də budur ki, ilahi və ictimai, mənəvi və maddi, dünya və axirət məsələlərini yanaşı nəzərdə tutur.

21. Təbliğdə öncə xalq üçün xərcsiz başa gələn işləri bəyan edin. (Əvvəl namaz, sonra zəkat!)

22. Mömin insan ictimai məsələlər və məhrumların ehtiyacı müqabilində məsuliyyət hiss edir.

23. Həssaslıq tələb olunan yerdə sözü təkrarlayın. (Namaz və zəkat bir, məad isə iki təbirlə qeyd edilir.)

24. Məada imanla müşayiət olunan namaz və zəkatın dəyəri var.

25. Yəqin əhli yalnız xüsusi bir dəstədir.

26. Möminlər qalibdir. Onlar namazla özlərini tərbiyələndirir, zəkatla cəmiyyətin problemlərini aradan qaldırır, məada əminliklə öz gələcəklərini təmin edirlər.

27. Elm unudula bilər, amma yəqinlik daimi diqqətlə yanaşıdır.

28. Güman və bilmək bəs etmir, qəlbən inam və yəqinlik lazımdır.



Ayə 4:


﴿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ﴾

Həqiqətən, axirətə inanmayanların işlərini gözəl göstərərik ki, avara qalsınlar.”


Ayə 5:


﴿أُوْلَئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ﴾

Onlar dərdli əzaba qatlaşacaq kəslərdir. Qiyamətdə ən çox ziyana düşəcək kəslər də onlardır.”



Nöqtələr


●Bu ayədə və “Ənam” surəsinin 108-ci ayəsində pis işlərin yaxşı sayılması Allaha aid edilir. Halbuki Qurani-Kərim digər ayələrdə bu işi şeytan işi saymışdır. Səbəb budur ki, Allah varlıq nizamını səbəblər üzərində qurmuşdur. Görülən bütün işlər hansısa səbəblərlə həyata keçir. Məsələn, həm “qapını əlimlə açdım”, həm də “qapını açarla açdım” demək olar. Yuxarıdakı halda da pis işi gözəl göstərən şeytandır, amma pis işin təkrarı həmin işi xarakterə hopdurur və işin xasiyyətə çevrilməsi ilahi sünnədir.

Ziyankarların siması


●Ziyankarlar bir neçə növdür: “xasir”, “lə fi xusr”, “xusranun mubin”, “əxsərun”. Ömrünü puça çıxaran şəxs “xasir”1, iman və saleh əməl sahibi olmayan şəxs “lə fi xusr”2, Allaha tərəddüdlə bəndəlik edən kəs “xusranun mubin”3, azğınlıq içində ikən düz yolda olduğunu düşünən kəs “əxsərun” adlanır.4

–Rəvayətdə oxuyuruq: “Əxsərun” dedikdə zəkat verməyən, günahı təkrarlayan, bacardığı halda haqqı deməyən kəslər nəzərdə tutulur və onlar insanların ən zalımıdırlar. Onlar dini zaya çıxarmaqla öz dünyalarını bəzəyirlər.



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin