Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə77/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

Bildirişlər


1. İrs hökmünün uzun keçmişi var.

2. Peyğəmbərlərin elmi ilahi elmdir.

3. İlahi nemətləri dilə gətirin.3

4. Quşların şüuru və nitq gücü var.

5. Elm və imkanlarımızı özümüzdən yox, Allahdan bilək.

7. İman və təvəkkül insanın imkanlı olmasına zidd deyil.

8. İlahi nemətləri öz ləyaqətimiz yox, Allahın fəzli sayaq.

Ayə 17:


﴿وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ﴾

Süleyman üçün cin, insan və quşlardan qoşun toplandı. Onlar nizam pozulduqdan sonra saxlanırdılar.”



Nöqtələr


●“Vəz” kökündən olan “yuzəun” sözü “tutub saxlamaq” mənasını bildirir. Bu söz qoşuna aid olduqda belə mənalandırılır ki, pərakəndəliyin qarşısını almaq üçün qoşunun qabağı saxlanılır, arxadakılar dəstəyə qatılır.1 “İyza dedikdə qüvvələrin ağıllı bölgüsü və hər döyüşçünün bir xəttə dayanıb öz yerini tutması başa düşülür.2

●Bu ayədə yalnız misal olaraq cin və quşların adı çəkilir. Əslində külək, bulud və başqa vasitələr də Süleymanın ixtiyarında idi.

●Qurani-Kərimdə dəfələrlə cin mövzusuna toxunulur. Hətta surələrdən biri “Cinn” adlanır. Burada cinlərin bəzi xüsusiyyətlərinə işarə edək:

–Cin şüurlu, Allah tərəfindən müraciət olunan bir mövcuddur.3

–Cinlərin bəzisi mömin, bəzisi kafirdir.4

–Onların kişisi və qadını var, doğub törəyirlər, təbiətən şəhvətləri var.5

–Cinlər Süleyman üçün üzgüçülük və bənnalıq edirdilər.6

Bildirişlər


1. Qoşun Süleymana nümayiş olunurdu.

2. İnsanda cin və quşları özünə tabe etmək qüdrəti var.

3. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.

4. Cin insana kömək edə bilər.

5. Peyğəmbərlər təkcə insanlara hökm etmirlər.

6. Nizam-intizam istənilən bir sahədə dəyər sayılır. Amma qoşunda nizam-intizam xüsusi ilə zəruri və dəyərlidir.

7. İlahi qoşun üçün təlim və hazırlıq bir zərurətdir.

8. Süleymanın elm və biliyi böyük imkanlar əldə etmək və qüvvələrin səfərbərliyi üçün vasitə və müqəddimə idi.


Ayə 18:


﴿حَتَّى إِذَا أَتَوْا عَلَى وَادِي النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ﴾

(Süleyman öz qoşunu ilə hərəkət edirdi) nəhayət, qarışqalar vadisinə çatdılar. Bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu bilmədən sizi tapdamasın.”



Nöqtələr


“Nəml” sözü lüğətdə kiçik ayaqlarla çox hərəkət mənasını bildirir.1

“Nəmlətun” sözü yazıdakı tənvinə (ərəb yazısında işarə) görə böyük və başçı qarışqa kimi mənalandırıla bilər. Belə görünür ki, qarışqaların həyatında müdiriyyət mövcuddur. Amma uyğun tənvin qarışqanın qeyri-müəyyənliyini də anlada bilər. Bu halda ayə belə mənalandırılar ki, hətta tanınmayan bir şəxs canıyananlıqla xəbərdarlıq etsə, bu xəbərdarlıqa diqqətli olaq.


Bildirişlər


1. Heyvanlar öz şüurları ilə yaşayış məntəqəsi seçir.

2. Heyvanlar arasında da danışıq, əmr və qadağalar mövcuddur.

3. Qarışqalar arasında həm komandanlıq, həm xəbərçilik, həm də itaət mövcuddur.

4. Heyvanlar şüurludurlar, xeyir-zərəri anlayıb bir-birlərinə xəbər verirlər.

5. Ehtimal olunan zərərin dəf edilməsi hissi heyvanlarda da var.

6. Təhlükə hiss etdikdə öz həmnövünə xəbərdarlıq etməyən kəs qarışqadan da əskikdir.

7. Yol gedərkən diqqətli olaq ki, qarışqalar ayaq altda qalmasın.

8. Peyğəmbərlərin məişət həyatı başqalarından fərqlənmirdi.

9. Rəhbərin fəsadı xalqın fəsadı üçün bir müqəddimədir.

10. Qarışqalar insanlarla, hətta onların gördüyü işlərlə tanışdır.

11. Allahın övliyaları bilərəkdən hətta qarışqalara zərər vurmur. Qarışqalar həzrət Süleymanın ədalət və təqvasından xəbərdar idilər və bilirdilər ki, o bilərəkdən qarışqalara da zülm etməz.

Ayə 19:


﴿فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ﴾

O (Süleyman) qarışqanın bu sözünə gülümsəyib dedi: “Pərvərdigara! Mənə ilham (tövfiq) ver ki, mənə və valideynimə bəxş etdiyin nemətə görə şükür edim, sənin bəyəndiyin saleh işi görüm. Öz rəhmətinlə məni saleh bəndələrin zümrəsinə qat.”



Nöqtələr


●16-cı ayədə həzrət Süleymanın quşların dilini bildiyi bəyan olundu. Bu ayədən məlum olur ki, quşların dili yalnız nümunə üçün göstərilmişdir. Çünki həzrət qarışqaların da danışığını başa düşürdü.

“İyza” tövfiqdən (ilahi yardımdan) üstün, ilhama bənzər bir lütfdür. Oxşar təbirlə “ənbiya” surəsinin 73-cü ayəsində də rastlaşırıq.

●Saleh iş görmək bəs etmir, salehlər cərgəsinə qatılmaq mühümdür. Çünki:

–Bəzən saleh bir iş görən insan nəfs baxımından saleh olmur, riya, qürur, eqoistlik kimi xəstəliklərə düçar olur.

–Bəzən əməl saleh olsa da, çaşqınlıq səbəbindən aqibət xeyir olmur.

–Bəzən əməl saleh olsa da, insan tənhalığa çəkilib Allah bəndələrinə qatılmaq istəmir.


Bildirişlər


1. Rəhbərlik və müdiriyyət üsullarından, şərtlərindən biri qəlbigenişlikdir. Həzrət Süleyman qarışqanın “bilmədən” sözünü eşitsə də, əhəmiyyət verməyib gülümsəyir.

2. Tənqid və doğru sözü istənilən bir şəxsdən qəbul edin. (Süleyman qarışqanın sözünü bəyəndi.) Tənqidin qəbulu bir dəyərdir.

3. Allah Öz övliyalarına xüsusi tərbiyə verir. Süleymana misilsiz məqam və səltənət vermiş Allah qarışqanın sözü ilə onun vücudunda tarazlıq yaradır.

4. O zaman gülüb danışa bilərik ki, hətta qarışqalar belə bizim ədalətimizə ümid etsin.

5. Peyğəmbərlərin gülüşü qəhqəhə yox, təbəssümdür. Gülmək tutduğu halda Süleymanın çöhrəsində təbəssüm görünür.

6. Süleyman qarışqanın sözlərini anladı və ətrafındakılara xəbərdarlıq etdi.

7. Dua təkcə çətin məqamlar üçün nəzərdə tutulmayıb. Peyğəmbərlər əzəmət və qüdrət zirvəsində olduqları vaxt da dua edirdilər.

8. Şükür üçün Allahdan tövfiq istəyək.

9. İnsan aldığı nemətlərə görə şükür etməli, gələcək məsuliyyətlər qarşısında saleh əməl, Allahın razılığı, salehlərə qatılmaq barədə düşünməlidir.

10. Övladlar həm özlərinə, həm də valideynlərinə əta olunmuş nemətlər üçün şükür etməlidirlər.

11. Şükür təkcə dildə olmur. Saleh əməl, nemətlərdən düzgün istifadə də şükürdür.

12. Süleymanın böyük qoşunu, güclü hakimiyyəti olsa və heyvanların dilini bilsə də, o daha çox ləzzət və daha çox qüdrət ardınca qaçmır, saleh əməl haqqında düşünür.

13. Hakimlər saleh əməl üçün dua etməli və çalışmalıdırlar.

14. Yalnız Allah bəyənən iş salehdir.

15. Dəyərli iş təkcə xalqın yox, Allahın da razılığına səbəb olur.

16. Salehlər hökumətinin ən ali məqsədi Allahın razılığıdır.

17. Peyğəmbərlər də ilahi yardımlara ehtiyaclıdırlar.

18. Rifah və ləzzətə görə günahkarlar arasında yaşamaq yox, paklıq üçün salehlər cəmiyyətində ömür sürmək dəyərlidir.

19. Bu günkü imkanlarınızı və gücünüzü ilahi rəhmətə çatmaq nişanəsi saymayın və təkamül üçün dua edin.

20. İnsanın imkanları onun gördüyü işlərin yox, ilahi mərhəmətin nəticəsidir.

21. Hər bir insan, hətta peyğəmbərlər istənilən bir şəraitdə ilahi mərhəmətə üz tutmalıdırlar.

22. Tənhalığa çəkilmək qadağandır.



Ayə 20:


﴿وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ﴾

(Süleyman) quşların vəziyyəti ilə maraqlandı. (Hud-hudu görməyib) dedi: “Nə üçün hud-hudu (şanapipiyi) görmürəm? (Buradadır görmürəm,) yoxsa burada deyil?”



Ayə 21:


﴿لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُّبِينٍ﴾

Mənə aydın bir dəlil gətirməsə, hökmən onu möhkəm cəzalandıracaq, ya da başını kəsəcəyəm.”


Ayə 22:


﴿فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِن سَبَإٍ بِنَبَإٍ يَقِينٍ﴾

Çox çəkmədi ki (hud-dud gəldi və) dedi: “Bir şey öyrənmişəm ki, (bir belə qüdrətinə baxmayaraq) sən ondan xəbərsizsən. Sənin üçün Səbadan mühüm və doğru bir xəbər gətirmişəm.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin