Nöqtələr
●“Sərhuh” sözü “fəza” və ya “böyük qəsr” mənasını bildirir. “Luccətən” dedikdə təlatümə gəlmiş, “mumərrədun” dedikdə “saf” mənaları anlaşılır.
Bildirişlər
1. Risalət məqamı cah-cəlal, şan-şöhrət və hakimiyyətlə zidd deyil.
2. Təlim-tərbiyə və təbliğdə hər insanı bir üsulla dəvət etmək lazımdır. Varlılarla elə danışmayaq ki, möminliyi yoxsulluq kimi başa düşsünlər.
3. Maddi imkanlar dini təbliğata xidmət etməlidir. Süleymansayaq məqsədlərlə sənət və maddi imkanlardan xalqın hidayəti üçün faydalanmaq olar.
4. Kafir qonaqları ədəblə qəbul edin.
5. Qonaqlıqda insanların şəxsiyyətinə hörmətlə yanaşın.
6. Bəzən insan gözlə görsə də, yanlış qiymətləndirir. (Göz xətası.)
7. Kafir varlıları öz quruluşunuzun sənətkarlığı, ixtiraları, gözəllikləri ilə təslim edin.
8. Güzgüləmə işi və memarlıqda şüşədən istifadə həzrət Süleymanın dövründən mövcuddur.
9. Haqqın qəbulu zəiflik yox, azadlıq nişanəsidir.
10. Allahdan qeyrisinə bağlılıq və Ondan qeyri istənilən bir kəsə pərəstiş zülümdür.
11. Həqiqi tövbə odur ki, keçmiş etirafla islah edib, qarşıdakı yolu ilahi hidayət çırağı ilə adlayaq.
12. Ad-san, məqam və ətraf haqqın etirafına mane olmamalı, yanlış əqidəyə əsir etməməlidir.
13. Təkamülün mərhələləri var: Zülmətdən xaric olma mərhələsi, nura daxil olma mərhələsi.
14. İman ruhu həmin təslimçilikdir. (Həm Süleyman öz dəvətində bu məsələyə toxunur, həm Səba mələkəsi işin sonunda təslim olduğunu bildirir.)
15. İman xalqa yox, varlığın Xaliqinə təslim olmaqdır.
16. Qadın əqidə seçimində və onun izharında azaddır.
17. İman təklikdə bəs etmir, peyğəmbər və övliyalarla yoldaşlıq insanı sığortalayır.
18. Siyasi, iqtisadi, hərbi və qohumluq rabitələri müqabilində ilahi və müqəddəs rabitələr də var.
19. Bər-bəzək insanı sirab etmir. İnsanın itkisi varlıq aləminin qaynağı ilə rabitədir.
20. Peyğəmbər hökumətinin məqsədi fatehlik yox, Allaha doğru dəvətdir. Səba mələkəsi bu həqiqəti anladı və ona görə təslim olduğunu bəyan etdi.
Ayə 45:
﴿وَلَقَدْ أَرْسَلْنَا إِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ﴾
“Həqiqətən, Səmud qövmünə qardaşları Salehi peyğəmbər göndərdik. (O, xalqa dedi:) «Allaha pərəstiş edin.» Həmin vaxt xalq bir-biri ilə vuruşan iki dəstəyə bölündü.”
Ayə 46:
﴿قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ﴾
“Saleh dedi: «Ey mənim qövmüm! Nə üçün yaxşılıqdan öncə tələsik pislik istəyirsiniz? Nə üçün Allahdan bağışlanma diləmirsiniz ki, sizə rəhm olunsun.»”
Nöqtələr
●Həzrət Saleh xalqı ilahi əzabla qorxudur, onlara xəbərdarlıq edirdi. Amma onlar deyirdilər ki, vəd etdiyin əzabı gətir.1 Bu ayədə isə Saleh belə deyir: “Nə üçün siz xeyir əvəzinə şər soraqlayırsınız?” Bəli, kafirlər həzrət Huddan, İslam Peyğəmbərindən (s) də əzabın tezləşməsini istəyirdilər.
●İmam Baqir (ə) buyurur: “Həzrət Salehin dəvətini bir qrup təsdiq, digər bir qrup təkzib etdi.”2
●Bütün peyğəmbərlər xalqla mehriban davransalar da, onlardan bəziləri haqqında “qardaşları” sözü işlədilir. Ola bilsin ki, bəzi peyğəmbərlər mehriban davranışdan əlavə, peyğəmbər göndərildikləri qövmə qohum olmuşlar.
Bildirişlər
1. Peyğəmbərlər xalqla qardaşcasına rəftar etmişlər.
2. Tövhidə dəvət peyğəmbər çağırışlarının sərlövhəsi olmuşdur.
3. Sözünüzün bütün xalq tərəfindən qəbul ediləcəyini gözləməyin.
4. Haqla batil arasındakı müharibə daimidir.
5. Günahkarlar üçün tövbə yolu saxlayın.
6. Peyğəmbərlər xalqa canıyanan olmuşlar.
7. İstiğfar və tövbə ilahi rəhmət üçün zəmindir.
Ayə 47:
﴿قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ﴾
«(İnsanlar Salehə) dedilər: “Sənin və yoldaşlarının varlığı bizə düşmədi. (Mövcud qəhətlik sizə görədir. Saleh) dedi: “Sizin uğurunuz (yaxşı və ya pis taleyiniz) Allahdandır. Əslində siz sınağa çəkilmiş bir qövmsünüz.”»
Ayə 48:
﴿وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ﴾
“Həmin şəhərdə fəsad törədən və islahdan uzaq doqquz dəstə vardı.”
Nöqtələr
●“Rəht dedikdə fərdləri arasında möhkəm rabitə olan dəstə nəzərdə tutulur.1
●“Təyr” sözündən olan “tətəyyur” sözü “quş” mənasını bildirir. Ərəblər səfərə çıxmazdan öncə fal açıb quş uçurardılar. Əgər quş sağ tərəfə uçsaydı, səfərə çıxardılar, sol tərəfə uçsaydı səfəri təxirə salardılar.2
●Quş vasitəsi ilə fala baxmaq İslamda şirk sayılır. Belə bir fal həqiqətdən uzaqlaşıb xurafat ardınca getməkdir.
●Quranda peyğəmbərlərin uğursuzluq gətirməsi ilə bağlı ittihamlar dəfələrlə qeyd olunmuşdur. Fironçular Musanın onlara bədbəxtlik gətirdiyini düşünürdülər.3 Həzrət İsa da bu sayaq ittiham olunurdu.4 Hazırkı ayədə isə eyni ittiham həzrət Salehə ünvanlanır.
●“Bəlkə də siz sınağa çəkilmiş bir qövmsünüz” cümləsi bir neçə cür mənalandırılır.
a) Siz hiyləgərlər tərəfindən aldadıldığınız üçün bu sayaq müqavimət göstərirsiniz. (“Fitnə” sözü yalan kimi mənalandırılsa.)
b) Siz acı hadisələrlə sınağa çəkilirsiniz (“Fitnə” sözü imtahan kimi mənalandırılsa.)
v) Siz inadkarlığınıza görə cəzalandırılırsınız. (“Fitnə” sözü əzab kimi mənalandırılsa.)
Bildirişlər
1. Ayədə İslam Peyğəmbəri (s) və müsəlmanlara keçmiş peyğəmbərlər və onların ətrafındakıların necə təhqir olunduğu xatırladılır, bununla da onlara təsəlli verilir.
2. Düşər-düşməz məsələsinin tarixi keçmişi var. (Allah və ilahi hikmətə inanmayan insan xurafata üz tutur.)
3. Elm, ədəb, məntiq və vəhyin hakim olmadığı quruluşda xilaskarlar bədbəxtlik gətirən insanlar kimi tanıtdırılırlar.
4. Peyğəmbərlərin varlığı təbii və gündəlik problemlərin aradan qaldırılması kimi başa düşülməməlidir.
5. Çətinliklər və acılıqlar Allah tərəfindən nəzərdə tutulmuş dəlillərə əsaslanır.
6. Peyğəmbərlərlə rəftar ilahi bir sınaqdır.
Ayə 49:
﴿قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ﴾
“(Həmin azğın qövm) dedi: “Allaha and için ki, gecə yarı ona və ailəsinə hücum edib öldürəcək, sonra sahibinə deyəcəyik ki, biz onun adamlarının qətl yerində olmamışıq və şübhəsiz doğru danışdıq.”
Dostları ilə paylaş: |