Nöqtələr
Vəhhabi firqəsi bildirir ki, Allahdan qeyrisini çağıranlar müşrikdir. Onlar “Cin” surəsinin 18-ci ayəsini dəlil göstərirlər. Vəhhabilərin nəzərincə, Allah övliyalarını vasitə seçərək çağıranlar müşrikdirlər. Amma hazırkı ayə şərh verir ki, Allahdan qeyrisini məbud olaraq çağıranlar müşrik sayılır. Şübhəsiz ki, şiələr övliyaları məbud yox, Allah yanında hörmətli bəndə kimi çağırırlar. Söhbət peyğəmbərlər və ilahi övliyalar kimi hörmətli insanlardan gedir. Allah yanında hörmətli övliyaları bütpərəstlərin hörmətli saydığı bütlərdən fərqləndirmək lazımdır.
Bu ayədə şirkin aradan qaldırılması müxtəlif təbirlərlə zəruri sayılır: Başqasını məbud olaraq “Allah” deyə çağırmayın; Allahdan savay məbud yoxdur; Allahdan savay hər şey məhv olasıdır; hakimiyyət yalnız Ona məxsusdur; yalnız Ona doğru qaytarılarsınız.
Səudiyyə Ərəbistanı kralı hər il qurban bayramı günü müxtəlif məzhəb alimlərini qonaq çağırır. Qurban bayramlarından birində tanınmış Livan alimi seyyid Şərəfuddin Cəbəl Amili kralın qonağı olur. Seyid Şərəfüddin məclisə daxil olduğu vaxt dəri üzlüklü Quranı şaha təqdim edir. Şah Quranı alıb öpür. Seyyid deyir: “Siz müşrik oldunuz!” Şah narahat olur və izahat istəyir. Seyyid deyir: “Siz heyvan dərisini öpdünüz və heyvan dərisinə ehtiram şirkdir!” Şah deyir: ”Mən hər dərini öpmürəm. Ayaqqabım da dəridəndir. Amma mən heç vaxt onu öpməmişəm. Bu dərini ona görə öpdüm ki, onunla Quran üzlənib.” Əllamə deyir: “Mən də hər dəmiri öpmürəm. Yalnız peyğəmbər və məsum imamların qəbrini əhatəyə almış çərçivənin dəmirlərini öpürəm.”
Bəli, şirk odur ki, biz kimisə və ya nəyisə Allah qarşısında qaldırıb, onu müstəqil qüdrət sahibi bilək. Şiələr isə övliyaların qüdrətini ilahi qüdrətə bağlı sayır. Onlar müvəhhid insanları tanıtdırmaq üçün qəbirləri üzərində məqbərə tikirlər. Xalqın nəzərinə çatdırılır ki, burada dəfn olunan şəxs Allah yolunda şəhid olub, tövhidə qurban gedib. Yəni məqbərə məscidlə bir səviyyəyə qaldırılan mərkəz yox, tövhid fəryadının ucaldığı yer sayılır.
İmam Rza (ə) buyurur: “Vəchullah” dedikdə Allahın peyğəmbəri və onun yer üzündəki höccətləri nəzərdə tutulur. İnsanlar onlar vasitəsi ilə Allaha və dinə yaxınlaşırlar.1 “Nüdbə” duasında Həzrət Mehdini (ə) “vəchullah” sayan cümlələr bəyan olunmuşdur.
Dostları ilə paylaş: |