Nöqtələr
Ötən ayədən və hazırkı ayədən göründüyü kimi imam və saleh əməl cihadın ən üstün nümunələrindəndir.
Bildirişlər
1. İnsan ilahi mükafat əldə etmək üçün iman və saleh əmələ ehtiyaclıdır.
2. Möminlər büdrəmə və günahdan sığortalanmayıblar.
3. İlahi mükafat təkcə keçmiş günahların bağışlanması yox, həm də ən üstün mükafatlar əldə olunmasıdır.
4. İnsan öz günahlarını yuduqdan sonra ona mükafat verilir.
Ayə 8:
﴿وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾
“İnsana tövsiyə etdik ki, ata-anasına yaxşılıq etsin. Əgər o iki nəfər bilmədiyin bir şeyi Mənə şərik qərar verməyə çalışsa onlara tabe olma. Son qayıdışınız Mənə doğrudur. Sizi gördüyünüz işlərdən (bu işlərin mahiyyətindən) agah edəcəyəm.”
Dostları ilə paylaş: |