Nöqtələr
“Aləmin” dedikdə zahirən bütün şüurlu varlıqlar, cinlər, mələklər və insanlar nəzərdə tutulur.2
Bu surənin 1-ci ayəsində oxuduq ki, sınağa çəkilmədən, təkcə iman gətirdiyinizi izhar etməklə sizi qəbul edəcəyimizi düşünməyin. Bu ayədə isə sınaq nümunələrindən biri bəyan olunur.
Bildirişlər
1. Bəziləri yalnız dildə imandan dəm vururlar, qəlblərində isə imandan əsər-əlamət yoxdur.
2. İnsan bəzən iman gətirdiyi üçün ətrafdakıların əzab-əziyyətinə məruz qalır. Bu halda dözmək lazımdır.
3. Mömin insan müqavimətli, münafiq isə dözümsüzdür.3
4. Həqiqi iman çətinliklər zamanı məlum olur. Həzrət Əli (ə) buyurur: “Eniş-yoxuşlarda, çeşidli durumlarda insanın içi aşkarlanır.”4
5. Münafiq fürsət axtarır. Möminlər qalib gəldikdə o özünü möminlərə tərəf verir, üstünlük qazanmaq üçün səy göstərir.
6. Maska taxmağın və xəlvəti iş görməyin heç bir səmərəsi yoxdur. Allah hamının içindən xəbərdardır.
Ayə 11:
﴿وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ﴾
“Şübhəsiz, Allah iman gətirənləri də, münafiqləri də tanıyır.”
Dostları ilə paylaş: |