Bildirişlər
1. Düşmənlər sizdən əl çəkəsi deyil və öz hədəflərini təbliğ edirlər. (Müsəlmanlar kafirlər tərəfindən həm fiziki baxımdan sıxıntıya salınır, həm də ideoloji, təbliğati və psixoloji hücuma məruz qalırdılar.)
2. Küfrə qayıdış böyük günahdır. Kafirlər “bu günah bizim boynumuza” deyirdilər.
3. İslam dünyagörüşünə əsasən, kimsə kimsənin yükünü çəkmir.1 Amma bu məsələyə başqa ideologiyaların münasibəti fərqlidir. Məsələn, kilsə öz ardıcıllarının günahını öz öhdəsinə götürür.
4. Kafirlərin və şeytanın vədləri puç və əsassızdır. (Şeytan da insana küfr göstərişi verir. Amma insan küfrə yol verdikdən sonra onu tənha buraxır.)2
Ayə 13:
﴿وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ﴾
“Şübhəsiz, onlar həm öz yüklərini, həm də başqa yükləri öz yükləri ilə birlikdə çiyinlərinə alasıdırlar. Hökmən Qiyamət günü toxuduqları yalanlara görə sorğuya çəkiləcəklər.”
Dostları ilə paylaş: |