Nur təFSİRİ


﴿وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ﴾



Yüklə 2,21 Mb.
səhifə120/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   116   117   118   119   120   121   122   123   ...   572
﴿وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ﴾

(Yada sal,) İbrahim bir zaman öz qövmünə dedi: “Allaha pərəstiş edin, Ondan qorxun. Əgər anlasanız, bu (iş) sizin üçün daha yaxşıdır.”



Nöqtələr


Həzrət İbrahim (ə) Nuhdan sonra məbus olmuş ikinci “ülul-əzm” (böyük, şəriət sahibi olan) peyğəmbərdir.

Bildirişlər


1. Təbliğə öz yaxınlarımızdan başlayaq.

2. Tövhid və təqva peyğəmbər proqramlarının sərlövhəsidir.

3. Təqvasız ibadət səmərəsizdir.

4. Xeyirə çatmaq Allahpərəstlik və təqvadan asılıdır.

5. Tövhid və təqva əvəzinə büt və fəsad sorağınca gedənlər doğrudan da cahildir. (Təqvasız alim cahildirlər.)

6. Elm və tərəqqi ilə bəndəlik və təqva yolunu tapmaq olar.



Ayə 17:


﴿إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِندَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ إِلَيْهِ تُرْجَعُونَ﴾

Həqiqətən, siz Allah əvəzinə bütlərə pərəstiş edir, yalan toxuyursunuz. Həqiqətən, Allah əvəzinə pərəstiş etdikləriniz sizə ruzi verən deyildirlər. Ruzini Allahın yanında axtarın. Ona pərəstiş edin və şükrünü yerinə yetirin ki, Ona doğru qaytarılarsınız.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin