Nöqtələr
Ötən ayədə həzrət İbrahim (ə) insanları ibadət və itaətə dəvət etdi. Bu ayədə isə Allahdan qeyrisinə ibadət puç və səmərəsiz sayılır. Ayənin sonunda bir daha Allaha ibadət məsələsi üzərində dayanılır.
Şirk və bütpərəstliyin heç bir dəlili və məntiqi yoxdur. Çünki bütlər cansız cisimlərdir, bütpərəstlər tərəfindən düzəldilmiş və pərəstişkarlarına heç bir faydaları yoxdur.
Bu ayədə həzrət İbrahim (ə) müşriklərə üç dəfə müraciət edir. Bu nöqtə o həzrətin azğınlarla birbaşa ünsiyyətdə olduğunu göstərir.
Dostları ilə paylaş: |