Nöqtələr
Öncə mərhəmətdən, sonra əzabdan danışmaq Quranın tərbiyə üsullarındandır. Amma bu ayədə kafirlərin təkzibindən danışıldığı üçün öncə əzab, sonra rəhmət yada salınır.
Qurani-kərimdə harada Allahın istək və iradəsindən danışılırsa hikmət və ədalətə əsaslanılır. Çünki Allahın iradəsi hikmətdən uzaq deyil.
“Məcməul-bəyan” təfsirində oxuyuruq: “Vəliyy” dedikdə əl açmamış kömək edən, “nəsir” dedikdə əl açdıqda kömək edən şəxs nəzərdə tutulur. Kafirlər hər iki sifətdən məhrumdurlar.
Bildirişlər
1. Din düşmənləri heç bir tədbir və təlaşla Allahın iradəsinə qalib gəlib Onun qəzəbindən qurtula bilməzlər.
2. Şirki aradan qaldırmaq üçün müəyyən təsəvvürləri rədd etmək lazımdır. Kafirlər və din düşmənlərinə deyilir ki, nə özünüz bir iş görə bilərsiniz, nə də başqalarının əlindən bir iş gələr.
Ayə 23:
﴿وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُوْلَئِكَ يَئِسُوا مِن رَّحْمَتِي وَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ﴾
“Allahın ayələrini və Onunla görüşü inkar edənlər Mənim rəhmətimdən məyusdurlar. Onlar üçün ağrılı əzab var.”
Dostları ilə paylaş: |