Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə13/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   9   10   11   12   13   14   15   16   ...   572

Bildirişlər


1. Allah çətinliklər və çıxılmaz vəziyyətlərdə möminlərin ən üstün yol göstərəni və himayədarıdır.

2. Qadına da Allah tərəfindən ilham oluna bilər.

3. Qeybi yardımlarla maddi vasitələrdən faydalanma arasında ziddiyyət yoxdur. Körpəyə süd verib onu sandığa qoymaq Allaha təvəkkülə zidd deyil.

4. Heç bir şəraitdə körpəni ana südündən məhrum etmək olmaz.

5. İlahi göstərişlərdə ilk baxışdan anlaşılmayan sirlər ola bilər.

6. İlahi qanunların icrasında heç nədən qorxmayaq, hansısa məsələ bizi narahat etməsin. (Musanın (ə) anası iki şeyə görə nigaran idi: o həm övladının ölümündən qorxur, həm də ondan ayrılığa görə narahat olurdu. Allah (növbəti ayələrdə açıqlandığı kimi) hər iki nigarançılığı ən gözəl şəkildə aradan qaldırdı.)

7. Allah yolunda qurban verilmiş şey ən gözəl şəkildə geri qaytarılar. (Musanın (ə) anası Allahın əmri ilə övladını dəryaya atdı. Allah da Öz növbəsində onu anasına qaytarıb peyğəmbərlik məqamına ucaltdı.)

8. Allah istədiyi şəxsi qeybi xəbərlərdən agah edər.

9. Firon Musanın (ə) dəryadan qurtuluşu üçün vasitə oldu, sonda onun əli ilə həmin dəryada batdı. (Bəli, Allah əlli-ayaqlı insanın batdığı dəryada “əlsiz-ayaqsız” körpəni qoruya bilər.)

10. Allahın iradəsi qarşısında insanın istəyi əhəmiyyətsizdir. Firon güman edirdi ki, ona hədiyyə verilib. Amma Allah onun düşmənini elə ağuşundaca böyütmək qərarına gəlmişdi.

11. Firon, onun vəziri və qoşunu plan cızıb hərəkət etdi. Amma Allahın tədbiri bütün planları puça çıxardı.

12. Planı cızan, müşavir, əmr edən və əmri yerinə yetirən şəxslər hamılıqla günaha şərikdirlər.


Ayə 9:



Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin