“Fahişə” sözü pisliyi aşkarda olan çirkin əməl və ya söz mənasını bildirir. Lut qövmü arasında həmcinsbazlıq rəvac tapdığından Quran “fahişə” sözünü işlədir.
Bildirişlər
1. Dini rəhbərlər cəmiyyətin ümumi fəsadlarına, nizamsızlıqlarına və təhlükələrə qarşı diqqətli olmalı, onları aradan qaldırmaq üçün çalışmalıdırlar. (Həzrət Lut öz dövrünün məşhur günahı ilə bağlı xəbərdarlıq etdi.)
2. Hər yeniliyi dəyər saymaq olmaz. (Yeni günah insani dəyərlərə ziddir.)
«Siz kişilərin sorağınca gedir, (izdivacda təbii) yolu kəsir və öz məclislərinizdə (açıq-aşkar) çirkin işlər görürsünüz? Qövmü cavab olaraq yalnız bunu dedi: “Əgər doğru danışanlardansansa, Allahın əzabını bizə göstər.”»