Nöqtələr
“Nadi” dedikdə ümumi məclis nəzərdə tutulur. Təfsirlərdə bildirilir ki, Lut qövmü əxlaq baxımından tam süqut etmiş, fəsad və günahda qərq olmuşdu. Belə ki, onlar ümumi məclisdə bir-birləri ilə ədəbsiz danışır, qumar oynayır, göz qabağında soyunur, yoldan ötənlərə daş atır, xalqın gözü qarşısında müsafirlərlə həmcinsbazlıq edib onların mallarını əllərindən alırdılar.
Əzab istəyi başqa peyğəmbərlərin qövmləri tərəfindən də bəyan olunmuşdur. Nuh və Ad qövmü, Səmud qövmü, eləcə də İslam Peyğəmbərinin (s) dövründə bir dəstə peyğəmbərdən əzab tələb edirdi.1
“Yolun kəsilməsi” dedikdə qarət və ya həmcinsbazlıq məqsədi ilə insanların qarşısını kəsmək də nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |