Bildirişlər
1. Şəhvət hissini təmin etmək üçün təbii və şəri yol olduğu halda insanların həmcinsbazlığa meyli təəccüb doğurur.
2. Bir günahın geniş yayılması nəhy əz münkər (pisliyə qadağa) vəzifəsini aradan qaldırmır.
3. Əxlaqi fəsad insanı əqidə fəsadına sürükləyir. (Əxlaqi dəyərlərə biganəlik həzrət Lutun peyğəmbərliyinə şübhəyə səbəb oldu.)
4. Allah cinsi ehtiyacın təmini üçün insanı çıxılmaz vəziyyətə salmamış, təbii yol qoymuşdur.
5. Aşkar günah ən çirkin günahdır.
6. Ümumi əmin-amanlıq və həya-abır möhtərəm saxlanmalı, hifz olunmalıdır.
7. Aşkar günahın sonu həmişəlik rüsvayçılıqdır. (Lut qövmü qısa bir müddət günaha batmışdı. Amma onlara əsrlərdir ki, bu qövm bədnamdır.)
8. Sədaqət və doğruçuluq azğınların da nəzərində müsbət səciyyədir.
9. Həmcinsbazlıq çirkin və günah işdir. Həmcinsbazlıq edən şəxs yer üzündə fəsad törədənlərdən sayılır.
10. İnsanın tənhalığı onun pisliyə qadağa qoymasına mane olmur. Həzrət Lut (ə) tənha olsa da azğınların qarşısında dayanıb Allahdan yardım istədi.
11. Daim fəsad əhlinə qələbə haqqında düşünməliyik. Heç vəchlə onların hakimiyyətini qəbul etmək olmaz.
Ayə 31:
﴿وَلَمَّا جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَى قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَذِهِ الْقَرْيَةِ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ﴾
“Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Biz bu məntəqə əhlini məhv edənlərik. Çünki onlar sitəmkarlardır.”
Dostları ilə paylaş: |