Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə137/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   133   134   135   136   137   138   139   140   ...   572

Nöqtələr


Hazırkı ayə və “Zariyat” surəsinin 36-cı ayəsindən (“Biz imanlı bir ailədən savay kimsəni mömin görmədik”) məlum olur ki, yalnız həzrət Lut və övladları mömin imişlər. Hətta Lutun zövcəsi əzaba düçar oldu.

“Hud” surəsinin 74-cü ayəsindən aydın olur ki, həzrət İbrahim Lut qövmünə əzab nazil olmamasını istəyirmiş. Amma bu istək qəbul olmamış və belə cavab verilmişdi: “O fikrindən daşın.”2


Bildirişlər


1. Cəmiyyətdə övliyaların varlığı ilahi qəzəbin qarşısını alır.

2. Peyğəmbərlər və onların ardıcılları ilahi qəhr-qəzəbdən amandadırlar.

3. Mələklər bütün insanları (tək-tək) tanıyırlar.

4. Bəzən ilahi insanlar ən ağır qürbət hissi yaşayırlar. (Həzrət Luta yalnız övladları iman gətirmişdi!)

5. Ata-ana arasında ziddiyyət yaranarkən övladlar haqq yolu seçə bilərlər. (Lutun övladları atalarının yolunu analarının yolundan üstün tutdular.)

6. Qadın müstəqil şəxsiyyətə malikdir, o, ərin, ailədəki iqtisadi və ideoloji ab-havanın təsiri altına düşməyə də bilər.

7. Ailə bağlılığı yox, paklıq qurtuluş rəmzidir. (Lutun zövcəsi ailə rabitəsi ilə ona bağlı olsa da pak deyildi.)

8. İnsanlıq meyarı şan-şöhrət yox, iman və əməldir. (Peyğəmbər zövcəsi olmaq bəs etmir, peyğəmbərə itaət dəyər sayılır.)

9. Peyğəmbərlərin zövcələri məsum deyildilər. (Hətta İslam Peyğəmbərinin (s) zövcələri arasında yalnız bəziləri xüsusi ilahi lütfdən faydalanırdı.1

Ayə 33:


﴿وَلَمَّا أَن جَاءتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ﴾

Mələklərimiz Lutun yanına gəldikləri vaxt onların gəlişi Lutun halını pisləşdirdi və əli hər yerdən üzüldü. (Mələklər) dedilər: “Nə qorx, nə də qəmlən. Biz səni və ailəni xilas edərik. Yalnız (əzabda) qalanlardan olan zövcəndən savay!”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin