Nöqtələr
“Qəryə” dedikdə Sədum məntəqəsi nəzərdə tutulur. Lut qövmü bu böyük cəmiyyətli məntəqədə yaşayırdı.
“Fisq” dedikdə itaətdən çıxmaq nəzərdə tutulur. Şirk və küfr də fisq sayılır.
Bildirişlər
1. Çirkin əməlin sonu Allahın qəzəbidir.
2. Səmadan həm ilahi rəhmət, həm də qəhr-qəzəb nazil olur.
3. İnsanın əməlləri təbiət aləminə təsir göstərir. Yaxşı əməl nemət, pis əməl isə əzab səbəbidir.1 Günahlar nəzərdə tutulan nemətləri əzaba çevirir.
4. Günahın təkrarı ilahi qəzəbə səbəb olur.
5. Bəzən qədim xarabalıqları qorumaq, bərpa etmək lazım gəlir.
6. Quran tarixi fəlsəfə və keçmiş qövmlərlə tanışlığa əhəmiyyət verir.
7. Xarabalıqlardan da ibrət götürmək olar.
8. İbrət götürmək üçün diqqət və düşüncəyə ehtiyac var. Qafil insanlar səthi bir baxışla həqiqətləri dərk edib ibrət götürə bilməz.
9. Ağıl və düşüncə hidayət və ibrət şərtidir.
Ayə 36:
﴿وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ﴾
“Mədyənə doğru qardaşları Şüeybi (peyğəmbərlik üçün göndərdik); o dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, Qiyamət gününə ümidvar olun və yer üzündə fəsad törətməyin.”
Dostları ilə paylaş: |