Bildirişlər
1. Təkəbbürlülərin sonu fənadır. Onların acı aqibəti ibrət dərsidir.
2. Xəbərdarlığı başa çatdırıb cəzalandırmaq Allahın sünnəsidir.
3. Təkəbbürlü qüvvələrin müxtəlif cilvələri var: Qarun dünyapərəstlik, Firon və Haman qüdrətpərəstlik nümunəsi idi. Amma onlar haqqa qarşı tüğyan qoparmaqda, azğınlıq və inadkarlıqda şərik idilər.
4. Zər və zor ilahi qüdrət qarşısında aciz və təsirsizdir.
Ayə 40:
﴿فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ﴾
“Onların hər birini günahına (görə əzaba) düçar etdik. Onlardan bəzilərinin üzərinə çınqıllı möhkəm külək əsdirdik, bəzilərini səmadan gələn dəhşətli səs yaxaladı, bəzilərini yerə batırdıq, bəzilərini qərq etdik. Allah onlara zülm etmədi, lakin özləri özlərinə sitəm qıldılar.”
Dostları ilə paylaş: |