Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə145/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   141   142   143   144   145   146   147   148   ...   572

Nöqtələr


“Hasib” dedikdə çınqıl və ya dolu ilə müşayiət olunan tufan, “xəsəf” dedikdə yerə batırılma nəzərdə tutulur.

Ad qövmü tufan, Səmud qövmü səmadan gələn dəhşətli səs, Qarun yerə gömülmə, Firon və Haman suda qərqolma vasitəsi ilə məhv edildi. Bəli, bəzən Allah təbii vasitələrlə cəzalandırır.


Bildirişlər


1. Təbliğ zamanı mövzular və nümunələr bəyan olunduqdan sonra qruplaşdırma və sıralama aparmaq faydalı və təsirlidir.

2. Hər bir qövm öz günahına münasib cəzalandırılır.

3. Cəzalar bütünlüklə Qiyamətə saxlanılmır. (Bəzi qövmlər elə bu dünyadaca cəzalandırılır.)

4. Allahın verdiyi möhlət bizi qürrələndirməsin, günahın sonu cəzadır.

5. Allah müxtəlif cəzalar verməyə qadirdir.

6. Allahın qəhr-qəzəbi ədalətə əsaslanır.

7. Hər kəsin taleyi onun əməllərindən asılıdır.

8. İnsan haqq qarşısında təkəbbür göstərməklə özünə zülm edir.

9. Zülmdən də pisi onu davam etdirməkdir.

Ayə 41:


﴿مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاء كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ﴾

Allahdan qeyrisini özünə himayəçi seçənlər tor quran hörümçəyə bənzəyirlər. Əgər bilsəydiniz, şübhəsiz, evlər arasında ən zəifi hörümçək evidir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin