Nöqtələr
Allahdan savay nə varsa hörümçək yuvası kimi kövrək, davamsız və fanidir. Amma Allah həm alimdir, həm qüvvət və hikmət sahibidir, həm də varlıq aləminin yaradıcısıdır.
Bildirişlər
1. Varlıq aləmi məqsədli yaradılıb. Biz də bu aləmə məqsədlə nəzər salmalıyıq.
2. Materialistlər təbiət hadisələri qarşısında donub qalır, Allahpərəstlər isə bu hadisələri adlayıb ilahi mərifət əldə edirlər.
3. İman varlıq həqiqətlərinin dərk olunma şərtlərindəndir.
Ayə 45:
﴿اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ﴾
“Kitabdan (səmavi Qurandan) sənə vəhy olunanı oxu və namazı bərpa et. Həqiqətən, namaz (insanı) günah və çirkin işlərdən uzaqlaşdırır. Əlbəttə, Allahın zikri ucadır və Allah gördüyünüz işlərdən xəbərdardır.”
Dostları ilə paylaş: |