Nöqtələr
Bu ayədə Allah Öz peyğəmbərinə Quran tilavəti və namazı yanaşı şəkildə əmr edir. Çünki Quran və namaz iki güc mənbəyidir. Peyğəmbərini ağır məsuliyyətdən1 xəbərdar edən Allah buyurur: “Bu ağır məsuliyyəti yerinə yetirmək üçün iki mənbədən güc al: Quran tilavəti və gecə namazı.”2 Quran və namaz digər ayələrdə də yanaşı zikr olunmuşdur.3
“Allah zikri böyükdür, ucadır” cümləsi bir neçə cür mənalandırılmışdır:
a) Namaz Allahın ən böyük zikridir. “Taha” surəsinin 14-cü ayəsində namaz Allahın zikri sayılır.
b) Allahın zikri (və qəlb iştirakı) namazın zahirindən ucadır.
v) Allah zikri insan üçün bütün digər işlərdən üstündür.
q) Allah zikri günah və çirkin işlərin qarşısının alınmasında bütün vasitələrdən güclüdür.
d) Allahın sizi yada salması sizin Onu yada salmağınızdan daha böyükdür. (Əlbəttə, bu məna “Bəqərə” surəsinin 152-ci ayəsi ilə bağlı nəql olunmuş rəvayətlərdən alınır.4)
Əziz Peyğəmbərə (s) dedilər: “Filankəs həm namaz qılır, həm də xilaf iş görür.” Həzrət buyurdu: “Nəhayət bir gün namaz onu xilas edəcək.”5
İmam Sadiq (ə) buyurur: “Namazının qəbul olub-olmadığını bilmək istəyən şəxs namazın onu günah və çirkin işdən ayırıb-ayırmadığına nəzər salsın.” Sonra imam buyurur: “Namaz insanı çirkin işlərdən uzaqlaşdırdığı qədər qəbuldur.”6
Dostları ilə paylaş: |