Bildirişlər
1. Quranı təkcə oxuyub-öyrənmək, onun məhfumları ilə tanış olmaq bəs etmir, Quran göstərişlərinə əməl etmək lazımdır.
2. Quran və namaz tərbiyəvi proqramların başlanğıcında gəlir.
3. Peyğəmbər xalqla Quran tilavəti və ilahi göstərişlərin bəyanı ilə, Allah-təala ilə isə ibadət və namaz yolu ilə rabitə saxlayır.
4. Təbliğ və haqqa çağırışda dini göstərişlərin hikmət və təsirlərini bəyan edək.
5. Allah qarşısında namazın xüsusi əzəməti və yeri var.
6. Namazın fərd və cəmiyyəti islah etməsi ehtimal yox, dəqiq məlumatdır.
7. Əgər namaz insanı günah və çirkin işlərdən uzaqlaşdırmırsa, bu namazın qəbuluna şəkk var.
8. Yaxşı və bəyənilmiş işlərin yayılması təbii şəkildə pis işlərin genişlənməsinə mane olur.
9. Allahın elmi Onun göstərişlərinin düzgün icrasına zamindir.
10. Namazda bir çox sirlər və rəmzlər, yaradıcılıqlar və zövqlər mövcuddur.
Dostları ilə paylaş: |