İYİRMİ BİRİNCİ Cüz Ayə 46:
﴿وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَهُنَا وَإِلَهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾
“Kitab əhli ilə yalnız ən gözəl şəkildə mücadilə edin. Yalnız onların sitəmkarları istisnadır. (Onlara) deyin: “Bizə və sizə nazil olana iman gətirmişik, bizim və sizin Allahınız birdir, biz Ona təslimik.”
Nöqtələr
“Cidal” sözünün lüğətdə mənası bir-birinin üzərinə şığımaqdır. İki tərəfin bir-birinə qalib gəlmək məqsədi ilə sözləşməsi cidal adlanır. Tənədən, istehzadan, söyüşdən və təhqirdən uzaq söhbət “gözəl cidal” sayılır. Belə cidalda tərəflər dəlillər gətirir, məhəbbət göstərir və islah məqsədində olurlar. Cidal tövsiyəsindən sonra “deyin” göstərişinin verilməsi bu ayənin “gözəl cidal” nümunəsi olduğunu göstərir.
İmam Sadiq (ə) “Yasin” surəsinin son ayələrini gözəl cidal nümunəsi kimi tanıtdırır: Bir şəxs çürümüş sümüyü ovub dedi: “Kimdir bunu dirildən?!” Quran cavab verdi ki, öncə ona ruh verən yenə onu dirildər.1
Dostları ilə paylaş: |