Bildirişlər
1. Qeyri-müsəlmanla da ən gözəl şəkildə danışmaq lazımdır.
2. Mahiyyəti, üslubu və gedişində istifadə edilən sözlər gözəl olan cidal məqbuldur.
3. İslam məktəblər, mədəniyyətlər və ümmətlər arasında fikir mübadiləsini və düzgün danışıqları qəbul edir.
4. Qarşı tərəfi tanıyaq və hər qrupla münasib şəkildə danışaq. Çünki sitəmkarlar üçün məntiq, söhbət və mülayimliyin heç bir dəyəri yoxdur.
5. İslamın bütün müxaliflərini sitəmkar saymaq olmaz.
6. Danışıqda əqidəni izhar etdikdən sonra müştərək tərəfləri qeyd edək.
7. İman təklikdə bəs etmir, təslimçilik və itaət də lazımdır.
Ayə 47:
﴿وَكَذَلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ وَمِنْ هَؤُلَاء مَن يُؤْمِنُ بِهِ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ﴾
“Beləcə sənə kitab nazil etdik. Səmavi kitab verdiklərimiz (onların bəziləri) ona iman gətirər. Bu (müşrik) insanlardan da ona iman gətirən olar. Kafirlərdən savay ayələrimizi inkar edən olmaz.”
Dostları ilə paylaş: |