Nöqtələr
47-ci ayədə ilahi ayələrin yalnız kafirlər tərəfindən inkar olunduğu bildirildi. Bu ayədə isə yalnız zalımlarda bu münasibətin mövcudluğu bəyan olunur. Belə məlum olur ki, küfr zülmün və ya əksinə, zülm küfrün bir növüdür.
Təfsir kitablarında nəql olunmuş 20-dən çox hədisdə “elm əta olunmuş” təbirinin məsum imamlara aid olduğu bildirilir.
Bildirişlər
1. Quranın bəzi ayələri mütəşabeh (izahata ehtiyaclı) olsa da, əksər ayələr aydın və anlaşılandır.
2. Aşkar ilahi ayələrin qəbulu gerçək elmin nişanəsidir.
3. İnsan öz məqsədinə çatmaq üçün çalışmağa vəzifəli olsa da, elm Allahın hədiyyəsidir.
4. Quran ayələri elm əhlinin qəlbinə yatır. Bu zümrədən olanlar Quranın gerçəkliyini bütün vücudları ilə dərk edirlər.
5. İdeoloji zülm və yersiz inkar zülmün aşkar nümunəsidir.
6. İnsanın anladığı bir şeyi inkar etməsi bir növ zülmdür.
Ayə 50:
﴿وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ﴾
“Dedilər: “Nə üçün ona Rəbbi tərəfindən (Musanın əsası kimi) bir möcüzə nazil olmur?” De ki, möcüzə yalnız Allahın yanındadır (Onun göstərişi ilə baş verir). Mən yalnız aşkar xəbərdarlıq edənəm.”
Dostları ilə paylaş: |