Nöqtələr
İnsanlar əziz Peyğəmbərdən (s) Musanın (ə) əsası, bəyaz əl kimi maddi möcüzələr istəyirdilər. Amma hər bir möcüzə baş verdiyi dövrə münasib şəkildə olur. Bu səbəbdən də İslam Peyğəmbərinin (s) möcüzəsi söz, kəlam idi. Görəsən Quran kimi bir möcüzə olan yerdə başqa bir möcüzə istəmək naşükürlük deyilmi?
Bildirişlər
1. İnadkar insanların bəhanəçiliyi sona yetəsi deyil. (Onlar müxtəlif möcüzələr görür, amma yenə də başqa möcüzə istəyirlər.)
2. Peyğəmbər bəhanə axtaranlara qarşı çıxır, onlara cavab verirdi. Çünki möcüzə bəhanəçilər üçün oyuncaq yox, ilahi bir işdir.
3. İnsanı qəflətdən oyatmaq üçün ona xəbərdarlıq edib qorxutmaq müjdələyib ümid verməkdən daha təsirlidir.
4. Peyğəmbərlərin xəbərdarlıqları kinayəli və eyhamlı yox, aşkar və şəffafdır.
Ayə 51:
﴿أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً وَذِكْرَى لِقَوْمٍ يُؤْمِنُونَ﴾
“Onlar üçün tilavət edəsən deyə sənə (səmavi) Kitab nazil etməyimiz onları qane etmirmi? Həqiqətən, bu Kitabda iman gətirən qövm üçün mərhəmət və qəti xəbərdarlıq var.”
Dostları ilə paylaş: |