Nöqtələr
Ötən ayədə oxuduq ki, kafirlər Peyğəmbərdən (s) həzrət Musa və İsanın möcüzələri kimi möcüzə istəyirdilər. Hazırkı ayə onlara cavab verir.
Bildirişlər
1. Quran əhatəli və kamil bir kitabdır. Bu kitabda bütün mənəvi ehtiyaclara bir növ cavab verilmiş və bu ehtiyaclar təmin olunmuşdur.
2. Həm Peyğəmbər (s), həm də onun kitabı aləmlər üçün rəhmətdir.1
3. Quran bir mərhəmət, eyni zamanda qəflətdən uzaqlıq səbəbidir.
4. Rəhmətə çatmaq və ilahi xəbərdarlıqların qəbulu üçün iman şərtdir.
Ayə 52:
﴿قُلْ كَفَى بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ﴾
“De ki, mənimlə sizin aranızda Allahın şahidliyi yetər. O, göylərdə və yerdə olanı bilir. (Haqqı qoyub) batilə iman gətirənlər və Allahı inkar edənlər həmin ziyankarlardır.”
Dostları ilə paylaş: |