Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə159/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   155   156   157   158   159   160   161   162   ...   572

Nöqtələr


Bu ayə ilə İslam Peyğəmbərinə (s) təsəlli verilir, inadkar və höcətkeş bəhanəçilər hədələnir. Çünki peyğəmbərlə kafirlər arasında Allah şahiddir və O hər şeyin hesabını aparır.

Bildirişlər


1. Qarşı tərəf irəli sürülən dəlilləri qəbul etmirsə, söhbəti kəsin və onu Allaha tapşırın.

2. Allah Quranı nazil etməklə və öncəki səmavi kitablarda Peyğəmbərin (s) gəlişi ilə bağlı müjdə verməklə onun sədaqətini təsdiqləmiş və şəhadət vermişdir.

3. Allah hər şeydən xəbərdardır. Beləsə inadkarlıq və bəhanənin nə faydası?!

4. İman və mənəviyyatı boşlayıb, Allahdan qeyrisinə bağlanmaq, küfr və batilə yaxınlaşmaq gerçək zərərlə sonuclanır.

5. Kafirlər əsil ziyankarlardır.

Ayə 53:


﴿وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَجَاءهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ﴾

Onlar səndən tələsərək əzab istəyirlər. Əgər müəyyən möhlət (müəyyənləşmiş) olmasaydı, hökmən əzab onların sorağına gələrdi. (Amma bilsinlər ki,) əzab onları xəbərsiz olduqları halda qəfil yaxalayacaq.”


Ayə 54:


﴿يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ﴾

Onlar səndən dərhal əzab istəyirlər. Hansı ki, cəhənnəm kafirləri bürüyəsidir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin